Tarixi şəxsiyyətlərin qəribə vərdişləri" />

Stalin insanların xasiyyətini nəcislərindən öyrənirdi

Tarixi şəxsiyyətlərin qəribə vərdişləri

Hamının, o cümlədən də tarixi şəxsiyyətlərin qəribə vərdişləri var. İosif Stalin insanların hərəkətlərinə qiymət vermək üçün onların… nəcislərini yoxlayırdı. Bethoven ancaq soyuq su ilə yuyunandan sonra musiqi bəstələməyə başlayırdı.  Çarlz Dikkens həm yatan zaman, həm də kitab yazarkən üzünü şimala tərəf tuturdu. Uilyam Harvi meditasiya üçün mağara qazır, Fateh Vilhelm isə çəkisini azaltmaq üçün alkoqol pəhrizi saxlayırdı.

1.   İosif Stalin

Sovet İttifaqının keçmiş lideri İosif Stalin inanırdı ki, insanın xasiyyətini onun nəcisindən müəyyən etmək olar. O buna o dərəcədə inanırdı ki, xüsusi xidmət orqanlarının bütöv bir departamentini nəcisləri nəzərdən keçirməyə məcbur edirdi. Bu planın əsas hədəfləri də dünya liderləri, o cümlədən də Mao Tze Dun idi.

Maonun Moskvaya səfəri zamanı Stalinin göstərişi ilə onun yaşadığı evdə kanalizasiya xüsusi qablara quraşdırılmışdı, buradan da nəcis analiz üçün laboratoriyaya aparılırdı.

Bu laboratoriya Stalinin bütün hakimiyyəti boyu mövcud olub və Nikita Xruşov hakimiyyətə gələndən sonra bağlanıb.   

2.   Çarlz Dikkens

Çarls Dikkens obsessiv-kompulsiv pozğunluqdan əziyyət çəkirdi (insanın əşyaları bir neçə dəfə yoxlamaq ehtiyacının yarandığı mental xəstəlik), bu müəyyən eksentrik vərdişlərlə xarakterizə olunurdu.

O daimi güzgüdə başını nəzərdən keçirir və gün ərzində təxminən 100 dəfə saçını darayırdı. Mebelin yerini otaqdan otağa dəyişirdi. Ancaq üzü şimala tərəf olanda yazırdı, belə vəziyyətdə daha yaxşı yazdığına inanırdı. Hətta özü ilə həmişə kompas da gəzdirirdi ki, yerin düz istiqamətini müəyyən edə bilsin. 

Dikkens yatmağa uzananda da mütləq “şimal qaydasına riayət edirdi və düz çarpayının ortasında özünə yer edirdi. O həm də somnambulizmdən əziyyət çəkir və tez-tez gecələr London küçələrinə çıxırdı. Yeri gəlmişkən, yuxuda gəzmək vərdişi onun o dövrkü başqa yazıçılar qarşısında üstünlüyü oldu, çünki bu vərdiş bir neçə novellası üçün yaxşı ideya oldu.  

3.   Marsel Prust

Fransız yazıçısı Marsel Prustun səhhəti o dərəcədə zəif idi ki, əvvəlcə evə qapanmalı oldu, sonra da ümumiyyətlə yataqdan qalxa bilmədi. O, gecələr yazır, gündüzlər isə yatırdı. Bir dəfə yuxusu ərşə çəkilir və o üç sutka ərzində dayanmadan yazır.

Prust inanırdı ki, əsər yazan zaman ətraf dünya ilə əlaqəsini kəsməlidir. Buna görə də otağa azca da olsa günəş şüası, küçədən səs daxil olmasın deyə, qapı-pəncərəni bərk-bərk bağlayırdı. Prustun cəmiyyətdən və dünyadan təcrid olunması xarici görünüşündə də özünü büruzə verirdi – onun ölü kimi solğun bənizi və həmişə soyuq əlləri vardı.

4.   Lüdviq van Bethoven

Dahi bəstəkar Lüdviq van Bethoven əyyaş ailəsində anadan olub, atası onun uşaqlıqda digər dahi bəstəkar Volfqanq Amadey Motsartdan daha istedadlı olduğunu qürurla deyirdi. Bethovenin musiqidən zəhləsi gedirdi, amma onun istedadı ilə pul qazanmaq niyyətində olan atası tez-tez onu yuxudan oyadıb,  pianinoda ifa etməyə məcbur edirdi. Hər dəfə səhv edəndə də qəddarcasına döyürdü.

Bethoven musiqiyə qarşı ikili münasibət və müxtəlif qəribə vərdişlərlə böyüdü. O cümlədən də növbəti musiqi əsərini bəstələməyə oturmazdan əvvəl o başından aşağı soyuq su tökür, yuyunur və bu zaman o qədər su istifadə edirdi ki, aşağı mərtəbələrdəki otaqların tavanı damırdı.

5.   Uilyam Harvi

Kral Birinci Çarlzın şəxsi həkimi Uilyam Harvi meditasiyaya o dərəcədə inanırdı ki, bu məşğuliyyət üçün xüsusi yerlər axtarıb tapırdı. O, zil qaranlıqda meditasiya edir və inanırdı ki, bu onun analitik təfəkkürünə yaxşı təsir edir. 

Londondakı evində meditasiya üçün xüsusi guşə ayırmışdı. Eyni məqsədlə vətəni Oksfordşirdə isə mağara qazmışdı. O, bir saat ərzində səs-küydən  və günəş işığından gizlənərək, meditasiya edirdi.

6.   Stounuoll Cekson

Vətən müharibəsi illərində Amerika Konfederativ Ştatları generalı Stounuoll Cekson həmişə bir əlini yuxarı qaldıraraq yeriyirdi. O hesab edirdi ki, bədəninin bir hissəsi o birisindən daha ağırdır və əlini qaldırmaqla o çəkisini balanslaşdırır və bədəninin o biri hissəsində qan dövranını yaxşılaşdırırdı. Bəzi mənbələr bildirir ki, Ceksonun əlləri müxtəlif uzunluqda idi və qaldırılan əl ətrafdakılara onları müqayisə etmək imkanı vermirdi.

Cekson iki döyüş zamanı məhz qaldırılan əlindən güllə yarası almışdı. Nəticədə əlini amputasiya edərək, ayrıca qəbirdə dəfn etmişdilər.

7.   Fateh Vilhelm

Fateh Vilhelm İngiltərənin ilk norman kralıdır, tacqoyma mərasimindən sonra onun çəkisi sürətlə artmağa başlayır, o dərəcədə ki, atı onun çəkisinə dözmür və Fransa kralı tez-tez ona istehza edirdi. Buna görə Fateh Vilhelm ciddi pəhriz saxlayır, bu zaman da alkoqoldan başqa heç nə qəbul etmirdi. 

Belə pəhrizin ona necə təsir etdiyi məlum deyil, amma elə “pəhrizli qidaya başladığı həmin il növbəti dəfə atdan düşərək ölür. Heç kim bilmir ki, bu zaman o kefli olub, yoxsa at onun hədsiz çəkisinə dözə bilməyib. Hər halda onun bədəni o qədər yekə idi ki, tabuta yerləşməmişdi.  

8.   Nikola Tesla

Kəşfiyyatçı Nikola Tesla mirvariyə nifrət edir və bu qiymətli daşı gəzdirən qadınlarla vaxt keçirməkdən imtina edirdi. Bir dəfə o, mirvari taxıb, işə gələn katibəsini evə qaytarır. O, həm də 3 rəqəmini sevir və hər şeyi üç qat və ya üçə bölünən ölçüdə edirdi.

Binaya daxil olmazdan əvvəl üç dəfə onun ətrafında dövrə vururdu və hər axşam stəkanları və qabları təmizləmək üçün 18 dəsmaldan istifadə edirdi. Taleyin ironiyası ilə o 87 yaşı tamam olandan üç gün əvvəl, mehmanxananın 33-cü mərtəbəsində, 3327 saylı otaqda dünyasını dəyişir.

9.   Henri Kavendiş

XVIII əsrdə yaşayan  britaniyalı fizik və kimyaçı Henri Kavendiş o qədər utancaq adam olub ki, insanlarla, o cümlədən də öz qulluqçuları ilə ünsiyyətdən qaçırmış. Kavendiş qulluqçuları ilə yazılı şəkildə əlaqə qururmuş və onlardan biri ilə pilləkəndə üz-üzə gələndən sonra şəxsi istifadəsi üçün daha bir pilləkən tikdirib. O dərəcədə qapalı adam olub ki, qonşular onu anormal sayırmış. Onlar Kavendişlə o bir qadını ölümdən xilas edəndən sonra tanış olmuşdular.

Kavendiş nadir hallara, ancaq tibbi assosiasiyaların görüşlərində iştirak etmək üçün evindən çıxırmış, tibbi assosiasiyanın bir neçə üzvündən başqa heç kimi qonaq qəbul etmirmiş. Həm də müəyyən olunmamış səbəb üzündən o qonaqlarına ancaq qoyun əti verirmiş. Kavendişin utancaqlığı siyasətlə məşğul olmamasının səbəblərindən biri idi, bu da atasının qəzəbinə və ona kömək etməkdən imtina etməsinə səbəb olmuşdu.

Dərc edilib: 02.09.2016


More on JAMnews