Hakim Respublikaçılar Partiyasında hesab edirlər ki, respondentlərin əksəriyyəti “Avropaya inteqrasiya” anlayışını sorğunu aparanların anladığı şəkildə dərk etmir " />

Sosial sorğu nəticələrinə görə, Ermənistanda çoxları ölkənin gələcəyini Avropa İttifaqı ilə bağlayır

Hakim Respublikaçılar Partiyasında hesab edirlər ki, respondentlərin əksəriyyəti “Avropaya inteqrasiya” anlayışını sorğunu aparanların anladığı şəkildə dərk etmir

Ermənistan sakinlərinin çoxu Avropa İttifaqı ilə münasibətlərin aktivləşməsini müsbət qiymətləndirir. Bu haqda Qloballaşma və Regional Tədqiqat üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan təşkilatın apardığı sosial sorğunun nəticələrini açıqlayarkən deyib.

Tədqiqata əsasən respondentlərin 88,6 faizi Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin fəallaşmasını müsbət qiymətləndirir.

Üstəlik sorğu olunanların çoxu Ermənistanın gələcəyini Aİ-ə daxil olmaqda görür. Göstəricilərə əsasən əhalinin 40 faizi hesab edir ki, Rusiya ilə sıx münasibətlər Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinə mane olur, 29 faiz isə düşünür ki, Rusiya ilə münasibətlər Aİ əlaqələrinə sadəcə qismən mane olur.

Ermənistanın hakim Respublikaçılar Partiyasının sədr müavini, deputat Armen Aşotyan sorğu haqda danışarkən, bildirib ki, Stepan Qriqoryan və onun mərkəzinə hörmətlə yanaşır, amma onun fikrincə, ölkədə sosial sorğu sarıdan qıtlıq yoxdur, sorğuların nəticələrinin həqiqətə uyğunluğu isə informasiya toplama metodikasından və bu informasiyanın emalından asılıdır. “Vətəndaşların əksəriyyəti Avropaya inteqrasiya deyəndə sizin dərk etdiyinizi anlamayıb”, – Armen Aşotyan deyib.

Sorğu 2017-ci il iyunun 1-dən sentyabrın 1-ə qədər Yeravan, GGümri, Vanadzor, Vayk, Yexeqnadzor, Martuni və digər icmalarda 900 respondent arasında keçirilib. Sorğuda iştirak edənlərin yarıdan çoxu qadınlar olub (496 nəfər).

 


More on JAMnews