Bəziləri valideynləri, bəziləri isə məmurları günahlandırır" />

Sosial şəbəkələrdə nəzarətsiz çimərlikdə dörd uşağın boğulması müzakirə olunur

Bəziləri valideynləri, bəziləri isə məmurları günahlandırır

Sosial şəbəkələrin Azərbaycan seqmentində Bakı kənarındakı nəzarətsiz çimərlikdə bir ailədən olan dörd uşağın boğulmasının “günahkarları axtarılır”. Bəziləri valideynləri, bəziləri isə məmurları günahlandırır.

• Azərbaycan çimərliklərində insanlar niyə boğulur?

Nə baş verib?

Uşaqlar avqustun 10-da Bakı yaxınlığında Nardaran qəsəbəsi ərazisindəki çimərlikdə boğulublar. Böyüyünün 12, kiçiyinin 8 yaşı olub.

Prokurorluq “ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olan səhlənkarlıq” maddəsi ilə cinayət işi başladıb – Turan yazır. Amma cinayət işinin kimə qarşı qaldırıldığı deyilmir.

Mediada heç bir təfərrüat yoxdur. Uşaqların məhz necə boğulduğu, bu zaman valideynlərinin harada olduğu məlum deyil.

Kimdir müqəssir?

İndi insanlar sosial şəbəkələrdə kimin günahkar olduğu haqda mübahisə edirlər.

Əksəriyyət bütün günahı övladlarına nəzarətsiz çimərlikdə üzməyə icazə verən və onlara nəzarət edə bilməyən valideynlərdə görür:

“Valideynlər günahkardır. Uşaqları necə təkbaşına dənizə buraxmaq və ya nəzarətsiz qoymaq olar?”;

“Polis bu uşaqların valideynlərini tapıb dindirməlidir. Və azı il yarın içəri salmalıdır ki, bəlkə ağılları başlarına gələ”.

Digərləri proqnozlaşdırmaq mümkün olmayan dənizi günahlandırırlar və hesab edirlər ki, uşaqlara dövlət səviyyəsində üzgüçülük öyrədilməlidir:

“Məktəblərdə dinin əsasları dərsini tədris etməyi planlaşdırırlar, bəs niyə üzgüçülük dərsi keçilməsin?”. 

“Əvvəllər pulsuz hovuzlar vardı, indi isə pulludur və bahalıdır. Baxmayaraq ki, onları büdcə vəsaiti hesabına tikirlər”.

Bəziləri isə insanların təhlükəli nəzarətsiz çimərliklərə getməsinin qarşısını almayan Fövqəladə Hallar Nazirliyini tənqid edir:

“Nəzarətsiz çimərliklərdə niyə çimməyi qadağan edən işarəlır və plakatlar asılmır?”.

Azərbaycanda çimərliklərin vəziyyəti

Hər il bütün çimərlik mövsümü boyu bakılılar Abşeron yarımadasının çimərliklərindən narazılıq edir.

Əsas iddialar:

  • Qum çirklidir, dəniz suyunda isə bağırsaq çöpü və başqa xəstəliklər var;
  • Pulsuz ictimai çimərliklər demək olar ki qalmayıb – əsasən pullu və ya hansısa otellərə, istirahət zonalarına məxsus çimərliklər var. 

Öz növbəsində, məmurlar hər il bu tənqidlərlə razılaşır və deyirlər ki, problem həll olunmalıdır, amma reallıqda heç nə dəyişmir.

İyunun 14-də mediada iki yeni ictimai çimərliyin açılması haqda məlumat yayılıb. Məlumata görə, bunun təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva olub.

Sosial şəbəkələrdə bu xəbərə pessimist reaksiya veriblər. İnsanlar hesab edirlər ki, yaxın zamanda bu yeni pulsuz çimərliklər də artıq mövcud olanlar kimi zibilxanaya çevriləcək.


More on JAMnews