Britaniyanın Qetvik aeroportunda dronlar üzündən yüz minlərlə insanın üç gün təcrid olunmuş vəsiyyətdə qalması ilə nəticələnən hadisələrin izi ilə" />

Snayperlər və şahinlər dronlara qarşı: dünya sanksiyasız uçuş problemini necə həll edir?

Britaniyanın Qetvik aeroportunda dronlar üzündən yüz minlərlə insanın üç gün təcrid olunmuş vəsiyyətdə qalması ilə nəticələnən hadisələrin izi ilə

Pilotsuz uçan aparatlar durmadan ucuzlaşır və əlçatımlı olur. 2018-ci ildə dronlar Milad bayramında alınan ən populyar hədiyyələrin onluğuna daxil olub.

Amma dronların geniş yayılması yalnız yeni logistika və aero-foto çəkiliş imkanları demək deyil, həm də istinasız bütün ölkələrin qarşılaşdığı yeni təhlükə mənbəyi deməkdir.

ВВС bu problemin necə çözüldüyü haqda yazır.

• “Gürcüstan – göylərdən görünüş” – bir fotoqrafın missiyası

Ən ciddi hadisə

Qetvik aeroportunun sərnişinləri. 20 dekabr 2018. REUTERS/Peter Nicholls

Bu günə qədər dronlarla bağlı ən ciddi hadisə Britaniyanın böyüklüyünə görə ikinci aeroportu olan “Qatvik”in düz Milad bayramı öncəsi 20-22 dekabr 2018-ci il tarixlərində bağlanması olub.

Burada uçuş zolağı üzərində dronlar göründüyü üçün üç gün ərzində 36 reys təxirə salınıb. Yüz mindən çox insan aeroportda təcrid olunmuş vəziyyətdə qalıb.  

Dronları idarə edənlər hələ də tapılmayıb. “Qetvik” günahkarların aşkar edilməsi üçün yardıma görə 50 min funt-sterlinq mükafat təklif edib. Suçluları ciddi cinayət məsuliyyəti gözləyir.

Britaniya hakimiyyəti isə gələcəkdə belə hadisələrin qarşısını almaq üçün sistem hazırlayır.

Onlar aşağıdakılardan seçəcəklər.

Beynəlxalq təcrübə

REUTERS/Ralph Orlowski

Pilotsuz uçan aparatların sanksiyasız uçuşları ilə mübarizənin bir neçə yolu var.

•Dronların idarə olunması üçün istifadə edilən radiosiqnalların boğulması. Bu sistem ilk dəfə 2012-ci ildə Londonda Olimpiya oyunları keçirildiyi zaman təcrübədən çıxarılıb. Çində də istifadə olunur.

•Snayperlər. Onlar dronları adi tüfənglə və ya qumbaraatanla vururlar. Bundan başqa snayperlər xüsusi qurğulardan da istifadə edə bilirlər – onlar dronu tutmaq üçün tor da atırlar. Bu, Britaniyanın Open Works şirkətinin son hazırladığı qurğudur, Avropa ölkələrində, ABŞ və Asiyada istifadə olunur.

•Anti-dronlar, yerdən verilən komanda ilə dronu yaxalamaq üçün xüsusi tor atır. Bu metod Fransada uğurla sınaqdan çıxarılıb.

•Dronu “kor edə” bilən lazer silahı. Bu cür qurğuları ABŞ-ın Boeing şirkəti hazırlayır, o cümlədən də Çin bunun üzərində işləyir.

•Dronlara hücum edən xüsusi təlim keçmiş şahinlər. Bu metod Hollandiyada uğurla təcrübədən keçirilib və çox baha başa gəlsə də, ən effektiv üsul hesab edilir.


More on JAMnews