JAMnews “Azadlıq Radiosu” və “İnterfaks”ın materialları əsasında " />

Şimali Koreya rusiyalı turistləri ölkəyə dəvət edir

JAMnews “Azadlıq Radiosu” və “İnterfaks”ın materialları əsasında

İnzanlar azadlıq gününü bayram edir. Pxenyan, Şimali Koreya, 2015-ci ilin avqustu. /Yuri Maltsev

Turizmin qurulması

NKOREAN şirkəti Rusiyadan olan turistlərə üç – beş gün ərzində ŞKDR vizası almağa kömək edəcək. Daha əvvəl bu proses iki – üç həftəyə qədər çəkirdir. Bu haqda Şimali Koreya səfirliyinin müşaviri Kim Sen Xun deyib.

Rusiya turizm agentlikləri İttifaqının prezidenti Sergey Qolov az əvvəl keçirilən mətbuat konfransında bildirib ki, açılmış bu turagentliyə böyük ümid bəsləyir, çünki Rusiya istehlakçısının ŞKDR-a səfər etməyə böyük marağı var.

O, söz verib ki, ittifaq NKOREAN şirkətinə informasiya dəstəyi təmin edəcək.

Rusiya turizm industriyası ittifaqının məlumatına görə, 2016-cı ildə 423 turist Rusiyadan Şimali Koreyaya səfər edib.

Turizmin nəticələri

Bu yaxınlarda ABŞ hökuməti öz vətəndaşlarına ŞKDR-a səfər etməyi qadağan edib. Bu, Şimali Koreyada 15 il islah-əmək cəzasına məhkum edilən amerikalı tələbənin ölümündən sonra baş verdi.

Otto Uormbir 2016-cı ilin martından 2017-ci ilin iyununa qədər Şimali Koreya həbsxanasında saxlanılıb. Onu təbliğat plakatını oğurlamaqda günahlandıraraq 15 il müddətinə məhkum etmiçdilər. Ehtimal olunur ki, bütün bunlardan sonra Uormbir komaya düşüb və nəhayət iyunda onu vətəninə qaytardılar. Bir neçə gündən sonra o, vəfat etdi. Amerikalı həkimlər Uormbirə “ağır nevroloji travma” diaqnozu qoydular.

İndi demək olar ki, hər gün hər iki tərəfdən – həm Şimali Koreya, həm Amerikadan kəskin aqressiv bəyanatlar səslənir. Son həftələrdə hər iki dövlət başçısının istifadə etdiyi ritorikada təhdid yükü  gündən günə daha da artır.

ABŞ prezidenti Donald Tramp artıq bildirib ki, əgər ŞKDR Amerikaya və ya onun müttəfiqlərinə qarşı silah istifadə etsəŞ ABŞ Şimali Koreyanı məhv edəcək. ŞKDR lideri Kim Çen In Trampın bu sözlərini açıq müharibə elanı kimi qəbul edib və söz verib ki, onun ölkəsi də “cavab olaraq məhvedici tədbirlərə” əl atacaq.

Turizmin imkanları

Şimali Koreyanın Rusiyadakı səfirliyinin nümayəndləri vaxtaşırı olaraq mətbuat konfransları keçirir, ŞKDR-də qanuna hörmət edən turistlər üçün heç bir təhlükə yoxdur. Sadəcə orada olduğunuz müddətdə bəzi qaydalara əməl etmək lazımdır.

Məsələn:

  • Turistlər Şimali Koreyada yerli bələdçi olmadan azad hərəkət edə bilməz;
  • Kasıbçılıq, ölüm və boşanma haqda danışmaq qadağandır;
  • Yerli vətəndaşlarla uzun-uzadı söhbətlər qadağandır;
  • Şimali koreyalıların fotolarını  yalnız onların icazəsi olduğu halda çəkmək olar.

 


More on JAMnews