İxtiraçı Entoni Levandovski vahid tanrı yaratmaq istəyir" />

Silikon vadisi tanrıya can atır

İxtiraçı Entoni Levandovski vahid tanrı yaratmaq istəyir

REUTERS/Toru Hanai

İxtiraçı Entoni Levandovski botların idarə etdiyi dinin əsasını qoyub: texnologiya ruhani dünyaya sirayət edir.

Botlar insan əllərinin işidir, ümumiyyətlə son zamanlar nəzarətdən altından çıxıblar. İnternetdə baş verən əməllərin yarıdan çoxu botlar tərəfindən yerinə yetirilir və artıq o yerə gəlib çıxıb ki, onlar artıq bizim seçimlərimizə qarışmağa başlayıblar. Onların artan təsiri Entoni Levandovskini qorxutmayıb və o, vahid tanrı yaratmaq qərarına gəlib. 2015-ci ildə o, “Gələcəyin yolu” adlı dini təşkilat yaradıb, bu təşkilatın məqsədi süni intellekt əsasında ilahi idrakın yaradılmasıdır.

Levandovskinin özündən başqa heç kim onun bu niyyətinin baş tutacağına inanıb-inanmadığını bilmir. Bu ideya sərsəmcə görünsə də, tarix daha ekzotik ideyalar ətrafında dinlərin yarandığının şahidi olub. Hətta “Gələcəyin yolu”nun vergidən yayınmanın incə sxemi olduğu ortaya çıxsa da, o, yenə də din olaraq qalacaq. İnsanlar, məsələn, sayentologiyaya inanırlar axı.

Başlanğıcda botlar standart mətnlərin köməyilə bizim sorğularımıza cavab verən sadə proqramlardan ibarət idi. Amma onlar inkişaf edir, getdikcə mürəkkəbləşirdilər. İndi məsələn, internetdə müəllif hüquqlarının pozulması hallarını axtaran yaxşı botlar, həmçinin kompüterlərə virus hücumları edən və ya Twitter-də siyasiləşdirilmiş dezinformasiya yayan pis botlar var.

Onların bəzilərinin hətta adları da var. Məsələn, Denverdə Dante adlı proqram sizə ev almaqda kömək edə bilər. Botlar var, cisim də var və insanlar kimi onlar da bu cismin çox ovçusu olduğunu bilirlər. Avstriyada elektron incəsənət festivalında Samanta adlı seks-robotun sahibi sonda onu təmirə göndərməli olub, çünki oraya gələn insanlar robotla çox sərhədsiz davranıblar.

Silikon vadisində müşahidə olunan tendensiyalar insanlığın nə dərəcədə özündən narazı ola biləcəyini göstərir. Orada ixtira olunan servislər – Google və Twitter – tam olaraq dünyəvi din kimi istifadə oluna bilər. Ən yeni ixtiralar, məsələn, mütəmadi yemək yeməyi vacib etməyən tozşəkilli “Soylent” maddəsi insanla robotun yaxınlaşmasına doğru adıdmdır.

Entoni Levandovski isə ən mühüm insani zəiflikdən – ölümdən qurtulmuş ilahi idrak yaratmaq istəyir. Levandovskinin yaratmaq istədiyi ölümsüz olacaq.

Facebook Comments

More on JAMnews