Prokurorluq bildirir ki, yüksək vəzifəli din xadiminə sui-qəsdin qarşısını alıb. İşin bütün detalları " />

Sianid haqqında iş. Real sui-qəsd yoxsa patriarxiyanın oyunları

Prokurorluq bildirir ki, yüksək vəzifəli din xadiminə sui-qəsdin qarşısını alıb. İşin bütün detalları

Gürcüstan prokurorluğu presedentsiz qalmaqallı işin araşdırılması ilə məşğuldur – Gürcüstanın katalikos patriarxı İkinci İliyanı sianidlə zəhərləməyi planlaşdırmaqda şübhəli bilinən ruhani saxlanılıb.

Bu, bir çoxlarının şübhə ilə qarşıladığı istintaqın versiyasıdır.

Hazırda məlum olan nədir?

“Yüksək vəzifəli din xadiminin qətlinin hazırlanması” – fevralın 10-da Gürcüstanın Baş prokurorluğu Tbilisinin beynəlxalq hava limanındaPatriarxiya mülkünün idarə olunması xidmətinin rəhbərinin müavini, dyakon Giorgi Mamaladzeni saxlayıb.

Mamaladze din xadimlərindən ibarət nümayəndə heyətinin tərkibində Almaniyaya getməyə hazırlaşırdı, Katolikos patriarx İkinci İliya burada müalicə kursu keçir.

Hüquq-mühafizə orqanları işçiləri Mamaladzenin baqajının yoxlanması zamanı “sianid natri” zəhərli maddə aşkar ediblər. Dyakon saxlanılıb.

Sianid maddi sübut kimi işə əlavə edilib. Saxlanma faktını baş prokurorluq üç gün sonra, bu haqda məlumatı “Rustavi-2” televiziya şirkəti yaydıqdan sonra açıqlayıb.

Prokurorluğun versiyasi

Baş prokurorun bəyanatına görə, “yüksək vəzifəli din xadiminin qətli hazırlanırdı”.

Hüquq-mühafizə orqanları Mamaladzenin kimi zəhərləmək istədiyini təxmin edirlər, buna baxmayaraq, onun adı nə hüquq-mühafizə orqanları, nə də hakimiyyət nümayəndələri tərəfindən səsləndirilir,səsləndirilən eyhamlar isə deməyə əsas verir ki, söhbət Gürcüstan Pravoslav Kilsəsinin başçısı, 84 yaşlı Katolikos patriarx İkinci İliyadan gedir.

Mətbuat konfransında dəfələrlə qeyd edilib ki, Mamaladze məzh hazırda İkinci İliyanın olduğu ölkəyə getməyə hazırlaşırdı.

Prokurorluğun brifinqindən detallar

Fevralın 2-də prokurorluğa gələn naməlum şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına xəbər verib ki, Giorgi Mamaladze sianid almağa çalışıb.

Məhz b undan sonra da Mamaladze nəzarət altına alınıb. Prokurorun sözlərinə görə, Mamaldze sianid əldə etməyə çox tələsirdi, çünki mütləq Almaniyaya getməliydi. Buna görə də sianidə görə böyük məbləğdə pul da ödəməyə hazırlaşırdı, köməyə görə də böyük mükafat da söz verirdi. Onun axırda sianidi kimdən aldığı istintaqa hələlik məlum deyil. İstintaq yuxarıda qeyd edilən məlumatla prokurorluğa kimin müraciət etdiyini də açıqlamır

Məlum olan ancaq odur ki, istintaq tədbirləri zamanı əldə edilən audio və video materiallar da var. Cinayətin motivi kimi tamah göstərilir.

Mamaladzenin genahı sübuta yetirilsə onu 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

İstintaq artıq patriarxın mühafizə xidmətinin rəhbəri İoseb Oxanaşvilini dindirib. Patriarxiyanin digər nümayəndələri də ifadə verib. Dyakonun işi məxfi olmasa da prokurorluq işin “spesifikliyi” səbəbindən digər mövcud detalları açıqlamır.

Mamaladze saxlanılandan sonra onun evində axtarış aparılıb. Axtarış zamanı onnu qanunsuz yolla əldə etdiyi “kustar üsulla hazırlanmış nömrəsiz odlu silah” və 6 döyüş patronu götürülüb Prokurorluğun məlumatına görə, Mamaladze günahını etiraf etmir və susmaq haqqından istifadə edir.

İşin detalları barədə müttəhimin vəkili Giorgi Pantsulaya da məlumat vermir – prokurorluq onun dilindən bununla bağlı iltizam alıb.

Mamaladzenin Patriarxa məktubu

Prokurorluğun brifinqindən sonra “Rustavi-2” işə aid daha bir detal təqdim edib. Söhbət Giorgi Mamaladzenin guya İkinci İliyaya  Patriarxiya mülkünün idarə olunması xidmətinin rəhbərinin müavini qismində yazdığı məktubdan gedir.Məktubun əsilliyi hələ təsdiq olunmayıb. “Rustavi-2”nin bildirdiyinə görə, məktibi televiziya şirkətinə məxfi mötəbər mənbə təqdim edib.

Dyakon Giorgi Mamaladze tərəfindən yazıldığı güman edilən məktubda söhbət Patriarxiya nümayəndələrinin və dünyəvi hakimiyyətin patriarxiyanın mülkünə marağından gedir.

Həmin məktubda dyakom Mamaldze Partiarxa Patriarxiya əmlakı ətrafında vəziyyətlə bağlı hesabat verir. Məktubda Mamaladze bildirir ki, 3 ay ərzində vəziyyəti araşdıraraq, bir sıra pozuntular aşkar edib, amma Sinodun iclasında ona bu haqda danışmaq imkanı verilmədi, buna görə də şəxsən Patriarxdan bu məsələ ilə maraqlanmağı xahiş edir.

Məktubda vurğulanır ki, Patriarxiyanın 100 faizlik pay iştirakı ilə yaradılan təşkilatlar arasında qanunsuz fəaliyyətlə məşğul olanlar da var. [Partiarxiyanın pay iştirakı ilə təşkilatların yaradılması ona görə sərfəlidir ki, Patriarxiyanın fəaliyyətinə vergi qoyulmur

Bundan başqa da bildirilir ki, hüquqi cəhətdən kilsəyə aid kənd təsərrüfatı torpaqlarından özəl şəxslər istifadə edir, halbuki bu torpaqlardan kommersiya məqsədləriylə istifadə etmək olmaz.

Məktubdan məlum olur ki, Patriarxiyanın tibbi klinikasının 5 milyon lari həcmində borcu yığılıb, çünki klinikanın menecmenti korrupsiya sövdələşmələrində iştirak edir. Mamaladze həm də bildirir ki, yüksək vəzifəli din xadimi, xorepiskop İakob ondan klinika haqqında məlumatı yaymamağı xahiş edib.

Məktubda həm də dyakom Giorgi Mamaladzenin qarşılaşdığı təhdidlərdən də söhbət açılır.

Məktubun müəllifi Patriarxdan Patriarxiyanın maliyyə və əmlakının auditinin keçirilməsinə kömək etməyi xahiş edir, çünki mülk ətrafında yaranan vəziyyət kilsənin nüfuzuna böyük zərər yetirir. Məktubun tam mətnini buradan oxuya bilərsiz.

Mamaladze kimdir? 

Dyakom Giorgi Mamaladzenin 31 yaşı var. Kobuletidə anadan olub. Dyakon çinini 2010-cu ildə, 26 yaşında alıb

470_pgpgpgp_58a1897410839

Tutulana qədər Patriarxiyanın balansında olan “Gürcüstan Patriarxiyasının müqəddəs İakov və Annanın tibb mərkəzi”nə rəhbərlik edib. Həm də Patriarxiya mülkünün idarə olunması xidmətinin rəhbərinin müavini olub ki, bu da yüksək vəzifə sayılır.

Ona qədər də Mamaladze Batumidə müqəddəs Varvara kilsəsinin baş keşişi olub.

“Netгазеты”nın məlumatına görə, 2014-cü ildə Mədəni irsin Qorunması Agentliyindən xəbərsiz aparılan və kilsənin tarixi görünüşünə xələl yetirən təmir işləri də onun adı ilə bağlıdır. Giorgi Mamaladze Gürcüstanın ən nüfuzlu din xadimlərindən bir olan Dimitri Şiolaşvilinin komandasının üzvü, onun yaxın adamı sayılır. II İliyanın qardaşı oğlu olan Dimitriy Şiolaşvili patriarx postuna ən real varis sayılır. 2016-cı ildə Patriarx Dyakon Mamaladzeyə ikinci xaç taxmaq haqqını verib ki, bu da kilsə iyerarxiyasında ən yüksək qiymətlərdən biri sayılır.

Prokurorluğun brifinqində bildirildiyi kimi, Giorgi Mamaladze fəaliyyəti ilə əlaqədar olaraq daimi Katalikos Patriarx və onun yaxın ətrafı ilə ünsiyyətdə olub. Onun Patriarxla üzbəüz görüşmək imkanı olub. Bu məlumatı “Netqazeta” ilə söhbətində Patriarxın katibi Mikael Botkoveli də təsdiqləyib.

Patriarx haradadır?

Fevralın 13-də Katalikos Patriarx II İliyaya Berlinin klinikalarından birində laparoskopiya metodu ilə öd kisəsinin əməliyyatı edilib. Rəsmi məlumata görə, əməliyyat uğurla keçib. II İliya hələ bir neçə gün də Berlin klinikasında qalandan sonra vətənə qayıdacaq. Sosial şəbəkələrdə artıq Patriarxın əməliyyatdan sonrakı birinci şəkli yayılıb.

16708285_10211667017728930_4917831476395196330_n

Berlində II İliya güclü mühafizə altındadır. Dövlət Mühafizəsi Xidmətinin rəhbəri Anzor Çubinidze də indi onun yanındadır. II İliyanın artıq bir neçə ildir ki, səhhəti ilə bağlı problemləri var. 84 yaşlı Patriarx ictimaiyyət arasına çox gec-gec çıxır.

Din xadimləri nə deyir?

Patriarxın Giorgi Mamaladze tərəfindən zəhərlənməsi cəhdləri barədə fərziyyələr ruhanilər tərəfindən birmənalı qarşılanmadı ki, bu da kilsədə ciddi parçalanmadan xəbər verir. Jam-news bu yaxınlarda bu haqda artıq yazıb.

Ruhanilərin bir hissəsi prokurorluğun versiyasına  inanmır, o biri hissəsi isə bildirir ki, “kilsəni qatillərdən təmizləmək lazımdır”. Metropolit ÇkonDidski, sinod üzvü Petre kilsənin kölgə hakimiyyətindən danışır və bildirir ki, Patriarxiyanın “boz kardinalı” Patriarxın katib-referenti Şorena Tetruaşvilidir. Onun sözlərinə görə Tetruaşvili Patriarxiyada intriqalar qurmaqla yanaşı Patriarxiya əmlakının idarə olunmasında da iştirak edir. “Buna görə də Giorgi atanın əmlakın idarə olunması xidmətinə təyinatı bu qadına problemlər yaratdı”, – Petre ata “İmedi” televiziya şirkətinə bildirib.

Patriarxiyada nə baş verir?

İlahiyyatçıların böyük hissəsi əmindir ki, indiki proses Patriarxiyada Patriarx postuna yiyələnmək uğrunda mübarizə ilə bağlıdır. “Bilirik ki, artıq uzun müddətdir Batumi metropoliti Katalikos Patriarxın qardaşı oğlu olan Dimitri Şiolaşvili öz mövqelərinin möhkəmləndirilməsi uğrunda mübarizə aparır.

Görünən odur ki, Patriarxın özü də yerinin miras qalması məsələsində qohumluq əlaqələrini dəstəkləyir. Dyakon Giorgi Mamaladze də metropolit Dimitrinin yaxınlarındandır”, – ilahiyyatçı Beka Mindiaşvili “Azadlıq” radiosuna bildirib. O, prokurorluğun təklif etdiyi versiyaya inanmır.

Onun sözlərinə görə, Patriarx taxt-tacına mübarizədə bir tərəfdə Dimitri Şiolaşvili və onun tərəfdarları, digər tərəfdə isə Şiolaşvilini münasib namizəd saymayan dövlət durur. İndiki mərhələdə Mindiaşvili dünyəvi hakimiyyət tərəfindən irəli sürülən namizədin adını çəkmir, bununla belə vurğulayır ki, bu, idarə olunan adam olmalıdır. Bu zaman o, pravoslav kilsəsinin ənənələrinə diqqət yetirir. Bu ənənələrə əsasən uzun əsrlər boyu (qısa bir fasiləni nəzərə almasaq) Patriarx taxt-tacına mübarizədə əsasən hakimiyyətin dəstəklədiyi namizədlər qalib gəlib.

Patriarx haradadır?

 

Fevralın 13-də Katalikos Patriarx II İliyaya Berlinin klinikalarından birində laparoskopiya metodu ilə öd kisəsinin əməliyyatı edilib. Rəsmi məlumata görə, əməliyyat uğurla keçib. II İliya hələ bir neçə gün də Berlin klinikasında qalandan sonra vətənə qayıdacaq. Sosial şəbəkələrdə artıq Patriarxın əməliyyatdan sonrakı birinci şəkli yayılıb.

Berlində II İliya güclü mühafizə altındadır. Dövlət Mühafizəsi Xidmətinin rəhbəri Anzor Çubinidze də indi onun yanındadır. II İliyanın artıq bir neçə ildir ki, səhhəti ilə bağlı problemləri var. 84 yaşlı Patriarx ictimaiyyət arasına çox gec-gec çıxır.

Din xadimləri nə deyir?

Patriarxın Giorgi Mamaladze tərəfindən zəhərlənməsi cəhdləri barədə fərziyyələr ruhanilər tərəfindən birmənalı qarşılanmadı ki, bu da kilsədə ciddi parçalanmadan xəbər verir. Jam-news bu yaxınlarda bu haqda artıq yazıb.

Ruhanilərin bir hissəsi prokurorluğun versiyasına  inanmır, o biri hissəsi isə bildirir ki, “kilsəni qatillərdən təmizləmək lazımdır”. Metropolit ÇkonDidski, sinod üzvü Petre kilsənin kölgə hakimiyyətindən danışır və bildirir ki, Patriarxiyanın “boz kardinalı” Patriarxın katib-referenti Şorena Tetruaşvilidir. Onun sözlərinə görə Tetruaşvili Patriarxiyada intriqalar qurmaqla yanaşı Patriarxiya əmlakının idarə olunmasında da iştirak edir. “Buna görə də Giorgi atanın əmlakın idarə olunması xidmətinə təyinatı bu qadına problemlər yaratdı”, – Petre ata “İmedi” televiziya şirkətinə bildirib.

Patriarxiyada nə baş verir?

İlahiyyatçıların böyük hissəsi əmindir ki, indiki proses Patriarxiyada Patriarx postuna yiyələnmək uğrunda mübarizə ilə bağlıdır. “Bilirik ki, artıq uzun müddətdir Batumi metropoliti Katalikos Patriarxın qardaşı oğlu olan Dimitri Şiolaşvili öz mövqelərinin möhkəmləndirilməsi uğrunda mübarizə aparır. Görünən odur ki, Patriarxın özü də yerinin miras qalması məsələsində qohumluq əlaqələrini dəstəkləyir. Dyakon Giorgi Mamaladze də metropolit Dimitrinin yaxınlarındandır”, – ilahiyyatçı Beka Mindiaşvili “Azadlıq” radiosuna bildirib. O, prokurorluğun təklif etdiyi versiyaya inanmır. Onun sözlərinə görə, Patriarx taxt-tacına mübarizədə bir tərəfdə Dimitri Şiolaşvili və onun tərəfdarları, digər tərəfdə isə Şiolaşvilini münasib namizəd saymayan dövlət durur. İndiki mərhələdə Mindiaşvili dünyəvi hakimiyyət tərəfindən irəli sürülən namizədin adını çəkmir, bununla belə vurğulayır ki, bu, idarə olunan adam olmalıdır. Bu zaman o, pravoslav kilsəsinin ənənələrinə diqqət yetirir. Bu ənənələrə əsasən uzun əsrlər boyu (qısa bir fasiləni nəzərə almasaq) Patriarx taxt-tacına mübarizədə əsasən hakimiyyətin dəstəklədiyi namizədlər qalib gəlib.

Siyasətçilərin şərhləri

Müxalifət də prokurorluğun versiyasına inanmır və bu səs-küylü işlə bağlı maksimum detalların üzə çıxarılması üçün istintaq komitəsinin yaradılmasını tələb edir.

Parlamentdə azlıq təşkil edən “Avropa Gürcüstanı Naminə” fraksiyasının üzvü İrma Nadiraşvili: “Sərhəddən sianid keçirməyə cəhd göstərən bir insanın riski anlaşılan deyil. Bu, çox sayda suallar doğuran bir versiyadır”.

Sosial şəbəkə istifadəçiləri də bir çox suallar verir. İşdə “sionid”in olması ilə əlaqədar hətta Borcia ailəsini və Yekaterina Mediçini də xatırlayanlar oldu.

Hakimiyyətin versiyasını qəbul edən Facebook istifadəçiləri belə işə daha çox aydınlıq gətirilməsini tələb edirlər. Prokurorluğa ancaq ilk dəqiqələrdən səsləndirilən versiyanı etibarlı sayan hakimiyyət nümayəndələrinin sualı yoxdur.

Parlamentdə çoxluğun nümayəndələri və hökumət üzvləri dünən bir səslə prokurorluğa “faciənin qarşısını aldığına” və “operativ işinə görə” minnətdarlıqlarını bildiriblər. Mamaladzenin hələ ki ittiham olunan şəxs qismində olmasına baxmayaraq, hakimiyyətin irəli sürülən ittihamlarla bağlı şübhəsi yoxdur. Eyni zamanda hakimiyyət nümayəndələri sui-qəsdin məhz Patriarxa qarşı hazırlanmasında da şübhələnmirlər.

Baş nazir Giorgi Kvirikaşvili: “Hamımız böyük faciədən qurtulduq. Ölkəmizə qarşı cinayət, kilsəmizə xaincəsinə hücumun qarşısı alınıb. Hüquq mühafizə orqanlarına operativ və effektiv işinə görə minnətdarlığımı bildirmək istəyirəm. Hüquq mühafizə orqanları mənə bu məlumatı çatdırdığı ilk dəqiqələrdən iş mənim şəxsi nəzarətim altına götürülüb. Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfrans ərəfəsində Almaniyaya getmək və Berlində şəxsən Patriarxla görüşmək istəyirəm”.

Parlamentdə çoxluq təşkil edən “Gürcü arzusu” fraksiyasının lideri Arçil Talakvadze: “Patriarxın təhlükəsizliyinin qorunması tədbirləri lazım olduğu qədər davam etdiriləcək. Amma onu da unutmamalıyıq ki, bizdən və mühafizəçilərdən başqa Patriarxı, Tanrı və dualar qoruyur”.

  • 2014-cü ildə əhalinin siyahıya alınmasının məlumatlarına görə Gürcüstan əhalisinin 83,5 faizi özünü pravoslav xristian hesab edir. Amerikanın demokratiya institutu (NDİ) tərəfindən son illərdə aparılan bütün sorğularda Gürcüstan əhalisinin ən çox etibar etdiyi pravoslav kilsəsi sayılır.
  • Gürcü kilsəsinə 1977-ci Katalikos Patriarx II İliya (İliya Şiolaşvili) başçılıq edir, onun etimad reytinqi bütün üzdə olan şəxslərin reytinqindən müqayisə olunmaz dərəcədə yüksəkdir və az qala iki dəfə prezident və baş nazirin reytinqlərini üstələyir. Məhz II İliyanın yüksək olan şəxsi nüfuzu gürcü kilsəsinin xüsusi populyarlığının əsas səbəblərindən biri kimi göstərilir. İri maliyyə daxilolmaları, daşınan və daşınmaz əmlak, qanunla nəzərdə tutulan preferensiyalar bu gün kilsəni ən varlı təşkilatlardan birinə çevirib. Mərkəzi büdcədən kilsə hər il 25 milyon lariyə yaxın pul alır. Bundan başqa Patriarxiya yerli və bələdiyyə büdcələrindən, həm də baş nazir və prezidentin fondlarından  milyonlarla lari alır. Açıq reyestrin məlumatlarına görə, Patriarxiyanın mülkiyyətində aşağıdakı daşınmaz əmlak var – ümumi sahəsi 1674 hektar olan 565 torpaq sahəsi və 343 bina. Həmin sahədə Msxetadan təxminən 6 dəfə böyük olan şəhər tikmək olar.  Əmlakın böyük hissəsini Patriarxiya dövlətdən simvolik 1 lari qiymətinə alıb. Qeyd olunan mülkə şirkətlər və özəl şəxslərdən gələn ianələri də əlavə etmək olar. Kilsə digər imtiyazlardan da istifadə edir – başqa dini təşkilatlardan fərqli olaraq vergi ödəmir.

More on JAMnews