At oyunları abxazların ən çox pərəstiş etdiyi idman növüdür" />

Sevgi və at ayaqlarının tappıltısı

At oyunları abxazların ən çox pərəstiş etdiyi idman növüdür

Bəziləri futbol və xokkeyi sevir, başqaları isə əksinə, bu idman növlərinə qaz qaynağına baxan kimi baxırlar. Bütün bu sxemlər, taktikalar, top və şayba uğrunda mübarizə onların ürəyini sıxır. Belə adamlar adətən estetika və qrasiyanın olduğu fiqurlu konkisürmə və ya bədii gimnastikanı sevirlər.

Başqaları təkbətək döyüşü – boks, güləş və cüdonu xoşlayırlar. Cəld və güclü insanlar həmişə diqqət mərkəzində olur. Bu zövq xüsusiyyətləri istənilən ölkə üçün unikaldır, o cümlədən də Abxaziya üçün. Heç bir abxazın biganə qala bilmədiyi yeganə idman növü isə at oyunlarıdır.

Ata genetik sevgini heç bir leksusla məhv etmək mümkün deyil. Düzdür etiraf etmək lazımdır ki, son zamanlar dəmir at mövqelərini möhkəmlədir. Amma abxazlar atın rolunu o dərəcədə əbədiləşdirdilər ki, bu heyvana olan sevgi vaxt və sivilizasiya çərçivələrindən kənarda qalır.

Hətta gigiyena da abxaz dilində məhz atla assosiasiya olunur: “çimmək sözünün abxaz dilindən hərfi tərcüməsi “öz atını çimizdirmək deməkdir. Bundan əlavə, özünə qəsd kimi bir günah da hərfi tərcümədə “öz atını öldürmək mənasını verir.

Xülasə, ata olan müqəddəs sevgi avtomatik olaraq ona yaxın müxtəlif növü olan at oyunlarına da ötürüldü.

Adətən turnir mövsümü mayda açılır. Əvvəlcə rayon, sonra da respublika yarışları keçirilir. Demək olar ki, hər bir abxaz kəndinin öz komandası var. Bu drujinalar həvəskar sayılsa da, hətta qısa müddətli fasilələri və rejim pozuntusu olmayan məşq prosesinə az qala peşəkar yanaşma var. Biriləri öz kəndlərindən müxtəlif distansiyalarda at yarışlarında, digərləri isə ҽыла ампыл асра (at futbolu), аҵәеигәыдҵара (mizraq atma), аҽырхәмарра (at oynatma) oyunlarında iştirak edirlər.

Atın iştirakı ilə keçirilən geniş yayılmış oyunlardan biri də “Çarazdır. O aşağıdakı kimi oynanılır: hamar ot meydançasında böyük sürətlə çapan atlı yedəklə atı dayanmağa və yerdə dörd ayaqla sürüşməyə məcbur edir. Bu oyunda atı daha uzun iz qoyan atlı qalib gəlir. Amma qalibin müəyyən olunması zamanı aşağıdakılar da nəzərə alınır: atın sürüşməsi, atlının oturuşu, meydandan çıxma və digər oyun məqamları.

“Аҵәеигәыдҵара adlanan başqa bir at oyununda atlılar iki qrup şəklində bir-birinin qarşısında 100 metrdən 300 metrə qədər məsafədə düzülürlər. Hər bir atlının əlində 2-2,5 metr uzunluğunda olan qoz çubuğu olur.

Oyun birinci qrupun atlılarından birinin asta addımlarla qabağa çıxması ilə başlayır, o asta yerişlə ikinci qrupa yaxınlaşır və təyin edilmiş xəttə 20-30 metr qalmış, atını geri döndərib, var gücü ilə öz yerinə çapır. Əks qrupdan həmin vaxt atlılardan biri çaparaq “düşmənini yaxalamağa və atlını və ya atı mizraqla vurmağa çalır.

Oyun atlıların sayı qədər təkrar olunur. Qaçan atlının ona atılan mizrağı tutub, əks-hücuma keçməsi böyük ustalıq sayılır.

Daha çox sayda mizraqla “düşməni vuran komanda qalib gəlir.

Ən maraqlı oyun topla at oyunu sayılır. Oyunda iki atlı komandası iştirak edir. Onların əllərində 1,5-2 metr uzunluğunda olan qəribə “raketkalar olur. Onun bir ucu tennis “raketkası kimi kəndirli toru olan armud formasındadır. Oyunda içində mamır olan iki yumruq böyüklüyündə dəri topdan istifadə edilir.

Oyun meydanı oyunçuların özlərinin cızdığı iki yan və iki qabaq xətlə məhdudlaşır.

Oyun mərkəzdən başlayır. Top yuxarı atılır. İştirakçılar topu “raketka ilə tutub, onunla birlikdə qabaq xətdən çıxmağa çalışırlar. Topu daha çox qabaq xətdən çıxaran qrup oyunda qalib gəlir.

At futbolu üzrə turnir zamanı meydanda əməlli-başlı coşqunluq yaşanır. Bir dəfə də olsun Lıxnı və Kutola kəndlərinin komandaları arasında gedən zərbə, yıxılma, inventar və əl və ayaqların sınması ilə müşayiət olunan bu sərt oyunu görəni düşünürəm ki, bir axşam bütün dünya “Barselona və “Real futbol qrandlarının oyununu izləmək üçün televizora gözlərini dikəndə əsmə tutacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dərc olunub: 15.05.2016

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews