Azərbaycan Qarabağın sənəddə xatırlanmasına israr edir. Gürcüstan və Ukrayna isə Avropaya inteqrasiyada onların rolunun dəyərləndirilməsindən razı qalmayıb" />

“Şərq Tərəfdaşlığı” bəyannaməsi Azərbaycanı qəzəbləndirib. Ukrayna və Gürcüstan da narazıdır

Azərbaycan Qarabağın sənəddə xatırlanmasına israr edir. Gürcüstan və Ukrayna isə Avropaya inteqrasiyada onların rolunun dəyərləndirilməsindən razı qalmayıb

Azərbaycan, Ukrayna və Gürcüstanın mövqeyi üzündən Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə keçirilən sammitin yekunuo qədər də uğurlu olmayıb, Azadlıq Radiosu xəbər verir.

Yekun bəyannamə ətrafında ziddiyyət

Sammitin yekununa əsasən, təntənəli bəyannamə imzalanıb, amma sammit iştirakçıları olan ölkələr sənədəyüksək status verməmək qərarına gəliblər. Nəticədə “Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndələri onu imzalamayıb, mətnin altına yalnız Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini imza atıb.

Bu qərar Azərbaycanın mövqeyinə görə qəbul olunub. Azərbaycan sənəddə Dağlıq Qarabağ ətrafında münaqişə ilə əlaqədar olaraq ölkənin ərazi bütövlüyü məsələsinin yer almadığına etiraz edib.

Ukrayna və Gürcüstan da bəyannamənin mətnindən narazı qalıb, çünki orada bəzi “Şərq Tərəfdaşlığı” üzvlərinin Aİ-ə inteqrasiyaya can atması haqda qeyd olunmayıb. Bu narazılıq müəyyən mənada təmin edilib, mətnə bu haqda qeyd olunmuş daha əvvəlki bəyannamələrə keçid əlavə olunub.

Azərbaycanın reaksiyası

Azərbaycan mediası ölkənin bəyannaməni imzalamaqdan imtina etməsini sensasiyalı bir şey kimi təqdim edib. Sosial şəbəkələrdə isə olay xüsusi bir reaksiya doğurmayıb.

Bu mövzuda azsaylı müzakirələr bu nəticələrlə yekunlaşıb:

•Azərbaycan sərf eləməyən bəyannaməni imzalamamaqla doğru hərəkət edib;

•İstənilən halda Azərbaycan və Avropa İttifaqı bir—birinə lazımdır, buna görə də nə cürsə razılığa gəlmək vacibdir.

Qafqaz Siyasi Analiz Mərkəsinin direktoru Əhməd Əlili hesab edir ki,“qalmaqallı heç nə baş veriməyib”:

“Avropa İttifaqı “Şərq Tərəfdaşlığına” daxil olan başqa ölkələrlə yanaşı Azərbaycanın da ərazi bütövlüyünü tamamən tanıyır. Azərbaycanın bəyannamə mətnini blok etməsi Bakının öz ərazi bütövlüyününmüdafiəsi məsələsində həmişə maksimumu istəməsi ilə bağlıdır… Amma bu, Avropa İttifaqında heç bir mənfi reaksiya doğurmayıb. Azərbaycan və Aİ arasında danışıqlar davam edir”.

JAMnews-un siyasi şərhçisi Şahin Rzayev hesab edir ki, “Avropa İttifaqının Azərbaycana münasibəti Ukrayna, Gürcüstan və Moldovaya olan münasibətindən fərqlənir, çünki Azərbaycan bu üç ölkədən fərqli olaraq Avropa İttifaqına daxil olmağı qarşısına məqsəd qoymayıb. Ola bilər ki, Avropa İttifaqı buna görə Azərbaycanın ərazi bütövlüyü məsələsində daha az qətiyyət nümayiş etdirir”.

“Şərq Tərəfdaşlığı” nədir?

Bu proqram 2009-cu ildə başlayıb. Məqsəd keçmiş sovet respublikalarının Avropa İttifaqına inteqrasiyasına dəstək olmaqdır.

Proqramda Ermənistan, Azərbaycan, Gürcüstan, Belorusiya və Ukrayna iştirak edir.

Rusiya və Belorusiya: xüsusi mövqe

Brüsseldəki sammitə Belorusiya prezidenti istisna olmaqla proqram iştirakçısı olan bütün ölkələrin liderləri qatılıb. Belorusiya prezidentini xarici işlər naziri Vladimir Makey əvəz edib.

O, bunu ölkəsi ilə Avropa İttifaqı arasında “müəyyən məhdudiyyətlərin” hələ də qalması ilə izah edib.

Rusiya öz növbəsində “Şərq Tərəfdaşlığında” iştirakdan imtina edib və Avropa İttifaqından tələb edib ki, əlaqələr ikitərəfli əsasda inkişaf etdirilsin.


More on JAMnews