ABŞ və Rusiya arasında nüvə silahı üzərində nəzarət sazişindən imtina iki ölkə kəşfiyyatının “qızıl dövrü” olacaq – ekspertlər belə hesab edir" />

Şərh. Yeni silahlanma yarışı dünyanı nə ilə təhdid edir?

ABŞ və Rusiya arasında nüvə silahı üzərində nəzarət sazişindən imtina iki ölkə kəşfiyyatının “qızıl dövrü” olacaq – ekspertlər belə hesab edir

Rusiya və ABŞ-da nüvə silahları üzərində nəzarət sazişindən imtina edir. Bütün dünya üçün bunun nəticəsi nə ola bilər? – bu haqda  «Açıq media» portalında nüfuzlu hərbi ekspert Aleksandr Qolts danışır.

 

Yeni reallıq?

Bu sazişlərdən imtina tərəfdarları bir neçə arqument göstərirlər. Birincisi, onlar bildirirlər ki, bu sazişlər son onilliklərin elmi-texniki nailiyyətlərini nəzərə almır. Məsələn, bu sazişlər kiber-məkan üzərində nəzarəti nizamlamır. İkincisi, dünya çoxölçülü olub. Əsas ikitərəfli sazişlər isə Moskva və Vaşinqton arasında imzalanıb. Bu sazişlər, məsələn, hərbi gücü böyüyən Çini nəzərdə tutmur.

Bu düşüncələrdə şübhəsiz ki, həqiqət payı var. Həqiqətən də hərbi texnologiyaların yeni inkişaf sahələri var ki, mövcud sazişlərdə nəzərdə tutulmayıb. Həqiqətən də Çinin və bir sıra digər ölkələrin hərbi gücü artır.

Köhnəni dağıtmaq nəyə lazımdır?

Amma bu düşüncələrdə kifayət qədər riyakarlıq payı da var. Hərbi qarşıdurmanın yeni sahələrinə nəzarət haqda mürəkkəb danışıqlara başlamaq üçün artıq mövcud olan sazişləri məhv etməyə ehtiyac yoxdur. Bəli, razılaşmalar sisteminə Çini daxil etməyə çalışmaq lazımdır. Amma bununla belə, dünyada toplanan nüvə silahının 90 faizindən çoxu Rusiya və ABŞ-ın payına düşür. Əslində, son nüvə qarşıdurmasından ötən iyirmi ildən çox müddətdə qarşılıqlı məhv qorxusu unudulub. Nüvə gücü ilə çəkişmək istəyən liderlər meydana gəlib. Və bəşəriyyətin məhdud nüvə müharibəsindən sağ çıxa biləcəyini iddia edən ekspertlər ortaya çıxıb.

Yeni silahlanma yarışı kimə sərf edir?

Hazırda onlar hakimiyyət əldə edəndən sonra silahlar üzərində mövcud olan nəzarət sistemini dağıtmağa can atırlar. Bu sistemi vaxtilə Karib böhranı ilə sarsılan siyasətçilər altı onillik boyunca böyük əziyyətlə ərsəyə gətiriblər.

İndi nüvə silahı nəzarətsizcə çoxalmağa başlayacaq. Üstəlik özünün sistem geriliyini dərk edərək Moskva mütəmadi olaraq hansısa fantastik ixtira sayəsində “super silah” yaratmağa çalışacaq. Bu isə yeni fəlakətlərə yol aça bilər ki, bunun da nəticəsinin çox ciddi olacağı istisna deyil.

Bundan başqa, mürəkkəb qarşılıqlı nəzarət mexanizmləri də məhv ediləcək. Tərəflər artıq bir-birinə buraxdıqları raketlərlə bağlı məlumatları verməyə və bütün yeni silahlarla bağlı ekspertlər üçün xüsusi nümayişlər keçirməyə borclu olmayacaqlar.

Sazişlərin mövcul olduğu illər boyu hər iki ölkənin “strateji triadasına” daxil olan güclər tam məxfidən ən açıq şərtlərə keçiblər. Bundan sonra isə digər tərəfi dəyərləndirən zaman Rusiya və ABŞ yalnız öz kəşfiyyatlarının məlumatlarına əsaslanmalı olacaq, onlar üçün isə ssenarilərin ən pisinə yönəlmək xarakterikdir.


More on JAMnews