Gələcəyi müdafiə etmək üçün təhlükəsizlik məsələlərini müzakirə etmək yetərli deyil – qarşılıqlı güzəştlər haqda danışmaq lazımdır" />

Şərh: Siyasət və təhlükəsizlik Dağlıq Qarabağda bir-birinin girovluğunda qalıb

Gələcəyi müdafiə etmək üçün təhlükəsizlik məsələlərini müzakirə etmək yetərli deyil – qarşılıqlı güzəştlər haqda danışmaq lazımdır

Mühafizəçi Azərbaycan və Ermənistan bayraqlarının yanından ötür. Cenevrə danışıqları ərəfəsi, 16 oktyabr 2017-ci il. Foto REUTERS/Denis Balibouse

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu həftə baş tutacaq görüşünün mərkəzində çox güman ki, təhlükəsizlik problemləri, o cümlədən də Dağlıq Qarabağda beynəlxalq müşahidəçilərin sayı haqda məsələ olacaq. Amma əgər hər iki nazir gələcək nizamlamanın vacib siyasi aspektlərinin üstündən keçərsə, bu görüşün nəticələri məyusluq doğuracaq.

A

zərbaycanla sərhəddə yerləşən Ermənistanın Tavuş rayonunun Nerkin Karmiraqbür kəndində snayper atəşindən qorunmaq üçün demək olar ki, yer yoxdur. Köhnə qatar vaqonunda ilk ehtiyac malları satan mağazanın sahibəsi Nərgiz taleyindən şikayətlənir.

“Biz heç vaxt özümüzü təhlükəsizlikdə hiss etmirik. Biz gecələr atəş səsləri eşidir, səhərlər də qorxu içindəyik. Qonşular daha üzümlüklərində işləmirlər. İş vaxtı oraları atəşə tuturdular”.

Bu gün xarici işlər nazirləri nadir baş tutan, yanvarın 18-ə planlaşdırılmış növbəti ikitərəfli görüşə hazırlaşırlar. Nərgizin hekayəsi onlara artıq otuz ildir sürən münaqişəni həll edə bilməmələrinin hər iki tərəfə nə qədər ziyan vurduğunun xatırlatması ola bilər.

Ermənistan-Azərbaycan sərhədində və erməni tərəfinin nəzarətində olan Dağlıq Qarabağ və ətraf Azərbaycan ərazilərini əhatələyən təmas xəttində təhlükəsizlik 1994-cü ildə atəşkəs elan olunandan bəri heç vaxt stabil olmayıb. Dünyanın ən hərbiləşmiş rayonlarından birində yalnız bir ovuc ATƏT müşahidəçisi çalışır.

2000-ci illərin əvvəllərində regionda bahalı və stabilliyi pozan silahlanma yarışı güclənib, bu prosesi Azərbaycanın qaz və neftdən əldə etdiyi böyük gəlirlər stimullaşdırıb. Hərbləşmənin digər stimulu həm Bakı, həm Yerevana silah satan Moskvadır. Rusiya eyni zamanda ABŞ və Fransa ilə birlikdə nizamlama prosesinə cavabdeh olan Minsk Qrupunun həmsədrlərindən biridir.

2014-cü ildən başlayaraq burada vəziyyət tədricən pisləşib. Getdikcə ağır artilleriyadan daha çox istifadə olunmağa başlayıb, 2016-cı ilin aprelində azı 200 nəfərin həyatına son qoyan döyüşlər baş verib.

Bu toqquşmalar dalana dirənən sülh prosesinin bərpası üçün stimul olub.

2014-cı ilin may və iyun aylarında Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyan və İlham Əliyev etimadın və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlərlə bağlı razılığa gəlib. Söhbət ATƏT müşahidəçilərinin sayının artırılmasından (çox güman ki, 6 nəfərdən 12 nəfərə qədər), insidentlərin tədqiqatı mexanizminin yaradılmasından və vacib məsələlər üzrə danışıqların davam etdirilməsindən gedir.

Amma bu, 2016-cı ilin sentyabrında təmas zonasında qarşıdurma baş verən zaman yeni etimad böhranının yaranmasına və danışıqların dayanmasına mane olmadı.

Yeni danışıqlara hazırlıq 2017-ci ilin yayında başladı.

2017-ci ilin oktyabrında keçirilən görüşdə Sarqsyan və Əliyev etimadın möhkəmləndirilməsi və mövcud danışıqlar üzrə tədbirlərə sədaqətini təsdiqlədi. Yenidən diplomatiyanın yeni eskalasiya ehtimalının qarşısını alacağına dair ümid yarandı. Ermənistan və Azərbaycanın müvafiq olaraq Rusiya və Türkiyə ilə müdafiə, strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqda sazişləri olduğunu nəzərə alsaq, növbəti eskalasiya ən pis halda regionda hadisələrin təhlükəli inkişafını təhrik edə bilər.

Amma bu görüşlərin məhsuldar olmayacağı təqdirdə diplomatiya ilə bağlı növbəti məyusluğa səbəb olacağı və güc tətbiqinin münaqişənin qanuni həll yolu kimi nəzərdən keçiriləcəyi təhlükəsi mövcuddur.

Bunun qarşısını almaq üçün təhlükəsizlik məsələlərində inkişafa nail olmaq və eyni zamanda siyasi məsələlərin müzakirəsini bərpa etmək lazımdır. Amma bir çox başqa münaqişələrdə olduğu kimi siyasət və təhlükəsizlik bir-birini girovluqda saxlayır.

Ermənistan tərəfi etimadın möhkəmləndirilməsi və təhlükəsizlik üzrə tədbirlərin gələcək nizamlamanın mahiyyəti ətrafında danışıqlar başlamazdan əvvəl həyata keçirilməsində israr edir. “Bizi atəşə tuturlarsa, kim nizamlamanı müzakirə edəcək?” – bir erməni siyasətçi Crisis Group-a bildirib.

Azərbaycanda isə etimadın möhkəmləndirilməsi üzrə tədbirləri gələcək razılaşmaların məzmunundan ayrı şəkildə həyata keçirmək istəmirlər, çünki Bakının fikrincə, yalnız etimadın möhkəmləndirilməsi haqda qərar hazırkı status-kvonu dəyişməz saxlayır.

Sülh prosesinə yaxın olan diplomatların məlumatına görə, xarici işlər nazirlərinin 2018-ci il 18 yanvar görüşündə ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi müzakirə olunacaq. Amma tərəflər hələ də bu məsələ ilə bağlı müxtəlif fikirdədirlər.

Bakı öz üzərinə öhdəlik götürməmək və müşahidəçilərin sayının olduğu kimi saxlanması tərəfdarıdır. Yerevan isə onların sayının çoxaldılmasını və səlahiyyətlərinin artırılmasını istəyir.

Crisis Group-un şəxsi mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan tərəfi Dağlıq Qarabağda əhalinin sıx məskunlaşdığı təmas xətti boyu ərazilərdə ATƏT-in müşahidəçilərinin daimi mövcudluğuna nail olmaq istəyir.

Bütün təmas xətti boyu ərazilərə aşağı-yuxarı on silahsız müşahidəçinin nəzarət etməsi çox ağır vəzifə olsa da, bu, ən azından prosesdə bir irəliləyiş ola bilərdi, hansı ki, hələlik sadəcə növbəti görüşün tarixinin müəyyən edilməsi ilə kifayətlənir.

Diplomatlar güman edirlər ki, digər etimad tədbirinin – insidentlərin tədqiqi mexanizminin – razılaşdırılması mümkün olmayacaq.

D

ağlıq Qarabağın şimalında, Ermənistan və Azərbaycan arasındakə beynəlxalq səviyyədə tanınan sərhədə yaxın yerləşən Nərgizin doğma kəndi Nerkin Karmiraqbürdə son zamanlar heç kim öldürülməyib, yaralanmayıb da. Amma bütün sərhəd xətti boyu qorxu ab-havası hökm sürür.

Ermənistan tərəfində, Tavuş rayonunda humanitar təşkilatlar və yerli hakimiyyət uşaqları güllələrdən qorumaq üçün məktəb və uşaq bağçaları ətrafında divarlar ucaldıb. Yerli hakimiyyət sərhəd kəndləri arasında gedib-gələn avtomobillərin təhlükəsizliyini təmin etmək üçün açıq hissələrini daş istehkamların qoruduğu dolama yol da inşa edib. İnsanlar öz evlərində yataqlarını pəncərələrdən uzaq yerə çəkirlər. Nərgizin köhnə vaqondan düzəldilmiş mağazasının divarlarında isə güllə izləri görünür.

Dağlıq Qarabağda yaşayan 150 min insandan 7 min nəfərinin evi təmas xəttindən 15 kilometr məsafədə yerləşir.

1990-cı illərin hərbi əməliyyatları nəticəsində Azərbaycan tərəfində on minlərlə insan köçkünlük həyatı yaşayır, Orada 2017-ci ilin iyulunda yaşlı qadın iki yaşlı nəvəsi ilə birlikdə həlak olmuşdu.

Təmas xətti ərazisində insanlar acınacaqlı vəziyyətdədirlər – həm indi, həm də gərginliyin artdığı zamanlarda. Humanitar təşkilatlar fövqəladə hallar üçün planlar hazırlayır və güman edirlər ki, hərbi əməliyyatlar yenidən başlayarsa, ilk növbədə mülki əhali ziyan çəkəcək.

H

adisələrin bu cür inkişafının qarşısını almaq üçün sadəcə təhlükəsizlik məsələlərinin müzakirəsi yetərli deyil. Qarşılıqlı güzəşt və beynəlxalq təminat əsasında tərtib olunacaq gələcək sazişin siyasi aspektlərini də nəzərdən keçirmək lazımdır. Ədalətli nizamlamaya doğru yol xəritəsi münaqişənin nizamlamasının on il əvvəl işlənib hazırlanmış baza prinsiplərində qeyd olunub və eyni zamanda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması; Dağlıq Qarabağ üçün təhlükəsizlik və özünüidarə zəmanəti olan keçid statusun müəyyən olunması; Dağlıq Qarabağ və Ermənistanı birləşdirən dəhlizi nəzərdə tutur.

Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması;

Dağlıq Qarabağ üçün təhlükəsizlik və özünüidarə zəmanəti olan keçid status;

Dağlıq Qarabağ və Ermənistanı birləşdirən dəhliz;

Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə müəyyən olunması;

Məcburi köçkün və qaçqınların evlərinə qayıtmaq hüququ;

Sülhməramlı qüvvələr də daxil olmaqla, təhlükəsizliyə dair beynəlxalq zəmanət.

Tərəflər bu prinsipləri hələ də nizamlamanın baza əsası kimi qəbul edir. Təcrübədə isə bu prinsiplər hər iki cəmiyyətdə iqnor edilir. Onların həyatı artıq iyirmi beş ildir ki, faktiki olaraq münaqişə ətrafında qurulur və bu da hər iki tərəfin hakimiyyətləri tərəfindən qızışdırılır.

Tərəflərin liderləri nizamlamaya öz şərtləri çərçivəsində baxdıqları müddətcə təhlükəsizlik və siyasət bir-birini girovluqda saxlayacaq. Hər iki tərəfdə Nərgiz kimi insanlar da ölümlə burun-buruna yaşayacaq.


More on JAMnews