Moskvada seçkiqabağı qiyam – bu, müxalifətin real gücünün nümayişi idi. Və bu, hazırkı hakimiyyətin formal qələbəsindən daha vacibdir" />

Şərh. Rusiya: seçkilər bitdi, ən maraqlısı başladı

Moskvada seçkiqabağı qiyam – bu, müxalifətin real gücünün nümayişi idi. Və bu, hazırkı hakimiyyətin formal qələbəsindən daha vacibdir

Россия, Путин, оппозиция, власти, борьба, бунт, протесты, выборы, Мосгордума, Навальный

Rusiyada bir neçə yerli qanunverici qurumun tərkibinin və bir necə vilayət qubernatorunun kimliyinin müəyyən edildiyi seçkilər başa çatıb.

Bu seçkilərdə hazırkı hakimiyyət formal olaraq əmin qələbə qazanıb. Nəticədə bütün vilayətlərdə qubernator vəzifəsinə hakimiyyətin istədiyi şəxslər seçilib. Yerli qanunvericilik orqanlarına isə real müxalifətin bircə nəfər də nümayəndəsi buraxılmayıb.

Rusiyada seçkilərin əsas sensassiyası haqda

Rusiya: polisə toxunduğu üçün iki il həbs cəzası

Reallıqda bu qələbə pir qələbəsi kimidir.

Bunu dərk etmək üçün Rusiya siyasi sisteminin necə qurulduğunu anlamaq lazımdır.

Konstitusiyaya əsasən, siyasi sistem çoxpartiyalıdır. Təcrübədə isə belə deyil.

Uzun illər ərzində sərf edilən səylər nəticəsində hər şey sadə sxemə gətirilib: bir iqtidar partiyası var – “Vahid Rusiya”, bir də rəsmi qeydiyyatdan keçmiş və müxtəlif qanunvericilik orqanlarında təmsil olunan daha dörd partiya.

Amma bu dörd partiya feykdir, statistdir, dekorasiyadır, heç vaxt və heç bir şəraitdə müəyyən ciddiyəti olan heç bir məsələ ilə bağlı müstəqil fikrə sahib olmaq haqları yoxdur.

Onların rolu çoxpartiyalılığı oynamaqdır. Qərar qəbul etmək isə “Vahid Rusiya” partiyasının işidir (hansı ki, heç o da partiya deyil, icra hakimiyyətinin nəzarətində olan parlament alətidir).

İstənilən seçkilərdə qaliblər əvvəlcədən bəlli olub – “Vahid Rusiya”nın siyahısına daxil olan namizədlər. Onilliklər boyu məhz bu cür olub.

Amma 2019-cu ilin yayında sistem sınıb.

Oyuncaq yox, real müxalifət öz lideri Aleksey Nevalnının timsalında Moskva şəhər Dumasına beş namizədini irəli sürüb.

Hakimiyyət belə qərara gəlib ki, müxalifətin hətta belə rəmzi təmsilçiliyi də, üstəlik sadəcə yerli səviyyədə, dözülməzdir. Bu namizədlər misilsiz saxtakarlıqlar sayəsində seçkiyə buraxılmayıb.

Buna cavab olaraq, Navalnı öz tərəfdarlarını küçə etirazlarına səsləyib. On minlərlə insan bu çağırışla küçəyə çıxıb.

Hakimiyyət polis terroru, fəalların həbsi və uzun müddətli cəzalarla reaksiya verib.

Və bu zaman Navalnı kimsənin ondan gözləmədiyi addımı atıb. O, hakimiyyət partiyasının namizədlərinə qarşı olan istənilən namizədə səs verməyə çağırıb – hətta yalançı müxalifətdən olsa belə. Bununla da o qələbə qazanıb: paytaxt parlamentində yerlərin demək olar ki, yarısı “Vahid Rusiya”nı təmsil etməyən namizədlər qazanıb.

İlk baxışdan, bunu qələbə adlandırmaq çətindir. İlk baxışdan düşünürsən ki, nə fərqi var – bu klounlar, ya da digərləri?

Amma Navalnı və onun tərəfdarları bununla iki prinsipial məsələyə nail oldular.

Biirincisi, onlar göstərdilər ki, seçki institut olaraq vacibdir və hələlik ideal olmasa da, seçkilərdə nəticəyə nail olmaq mümkündür.

İkincisi, onlar hakimiyyəti geri çəkilməyə məcbur etdilər – onlar yeni kütləvi küçə etirazlarından çəkinərək səslər sayılan zaman saxtakarlığa getmədilər.

Moskva qiyamı müvəqqəti nəticə deyil, prosesin ən başlanğıcıdır.

Məsələ burasındadır ki, Moskvada etirazlar hakimiyyət üçün çox naxoş fonda davam edirdi (hələ də davam edir).

• Rusiya iqtisadiyyatı fəlakət tendensiyaları nümayiş etdirir, altıncı ildir ki, ard-arda əhalinin həyat səviyyəsi enir.

• Sosioloji sorğular hazırkı hakimiyyətə, o cümlədən də prezident Putinə qarşı etibarın sürətlə azaldığını qeyd edir.

• Əsas təbliğat aləti – dövlət televiziyası effektivliyini itirir.

• Etirazlar yalnız paytaxtda yox, həm də regionlarda, üstəlik ən müxtəlif səbəblərlə – iqtisadi məsələlərdən tutmuş, pensiya yaşının yüksəldilməsinə, polis özbaşınalığına və ya seçki saxtakarlığına qədər – baş verir.

• Ziyalı mühitində isə hökumətin istefası və növbədənkənar parlament seçkiləri ilə bağlı tələb getdikcə daha tez-tez səslənir.

Yaxın aylarda Rusiya parlaq xəbərlər mənbəyi ola bilər. Çünki sərt avtoritar rejimlər uzun müddət yaşayır, amma sürətlə dağılırlar.

Россия, Путин, оппозиция, власти, борьба, бунт, протесты, выборы, Мосгордума, Навальный

Rusiya prezidenti Vladimir Putinin mühafizəsi. Avqust, 2019. REUTERS/Yevgeniya Novojenina


More on JAMnews