2017-ci il “One Caucasus” festivalından fotoreportaj" />

Sərhəd tanımayan musiqi

2017-ci il “One Caucasus” festivalından fotoreportaj

24-27 avqustda Gürcüstanın Serakvi kəndində dördüncü dəfə “Once Caucasus” festivalı baş tutub. Festivalın məqsədi Qafqaz regionu və xarici musiqiçilər üçün əməkdaşlıq məkanı yaratmaqdır. Dünyanın hər yerindən gələn könüllülərin tikdiyi balaca festival şəhərciyində musiqiçilərin və rəqqasların konsertləri və performansları baş tutub.  

Ermənistan, Azərbaycan, Gürcüstan, Polşa, ABŞ, Nigeriya, Rusiya və başqa ölkələrdən olan kuratorlar, artistlər, memarlar doğma ölkələrində ailələrindən, öz adət etdikləri yaşayış tərzindən ayrılaraq Azərbaycan, Ermənistan, Gürcüstan sərhədində yerləşən Marneuli rayonunun uzaq kiçik kəndinə gəliblər. Onlar festivala üç həftə ərzində hazırlaşıblar, yerli əhali üçün proqram – vorkşoplar tərtib edirdilər.   

Festivalın keçirilməsi üçün Marneuli rayonunun seçilməsi təsadüfi deyil. Rayonun 72 kəndinin 51-də etnik azərbaycanlılar, 11-də əsasən ermənilər, 8-də gürcülər məskunlaşıb. Ağrılı tarixə və Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, burdakı əhali sülh şəraitində yaşayır.

Festivalın təsisçilərindən biri olan Elene münasibətlərdə müsbət dəyişikliklərin əməkdaşlıq və qarşılıqlı anlaşma sayəsində mümkün olduğuna ümid edir. “Biz festivala hamını – musiqiçiləri, müxtəlif ölkə nümayəndələrini, yerli əhalini, mübahisəli ərazilərdə yaşayan əhalini qarşılıqlı anlaşmaya nail olmaq üçün dəvət edirik. Onlar bir-biriylə fikir,  ideya, musiqi, yeməklərini bölüşə bilər. Elə bir ab-hava qurmağa çalışırıq ki, insanların bir biri ilə ünsiyyət qurmaq istəyi yaransın. İnanıram ki, stereotiplərin, bir-birinə qarşı əvvəlcədən mövcud olan neqativ münasibəti məhz bu yolla dağıtmaq mümkündür, insanlar da bir-birini öz dövlətlərinin nümayəndələri kimi deyil, şəxsiyyət kimi görəcəklər”.   

 Memarlar inşaatçılar komandası ilə çiyin-çiyinə boş ərazidə festival şəhərciyi tikərkən

Şəfəq (soldan birinci) – Azərbaycandan olan könüllülərin əlaqələndiricisi. “Bura ilk dəfə üç il bundan öncə gəlmişəm. Və ilk dəfə burada erməni ilə tanış olmuşam. Çox qəribə bir hissiydi bu, amma sonda möhkəm dost olduq və indidə münasibətlərimiz davam edir. Ona görə də inanıram ki, “One Caucasus” sülhün möhkəmləndirilməsi və münaqişələrin transformasiyasına yönələn layihələrdən daha böyük şeylərə qadirdir.

Bu il könüllülərin əksəriyyəti Ermənistan və Azərbaycandandır. “İndiyə qədər heç vaxt ermənilərlə qarşılaşmamışdım. Əvvəlcə onlara qarşı münasibətim çox pisiydi, bir az qorxu varıydı. Bura gələndən sonra da məlum oldu ki, ermənilərin bizə münasibətdə də təxminən eyni stereotipləri var. Bütün bunların siyasətin bizim üzərimizdəki təsirinin nəticəsi olduğunun indi anladım. Regionumuzda baş verənlərdə mənim yeni dostlarımdan heç birini günahlandırmaq olmaz”, – Azərbaycandan olan Rəşid deyir.  

Anuş –  Ermənistandan olan könüllü, yerli Azərbaycan kəndində keçirilən vorkşopda yaşadığı təəssüratları ilə bölüşür. “Heç bir anlayışım olmadığı üçün qarşıma ilk çıxan evin qapısını döydüm. Qəhvə, onlarda qonaqlamağı təklif etdilər, möhtəşəm qonaqpərvərlik göstərdilər.  Milli mənsubiyyətimə məhəl belə qoymadılar, mən onlar üçün sadəcə qonaq idim. Çaşqınlıq içindəydim, Azərbaycan haqqında öz stereotiplərimi xatırladım. Burada isə tam fərqli bir reallıqla qarşılaşdım. Mən ağladım”.

Festivalın təşkilində yerli sakinlər də iştirak edirdi. Əziz bütün boş vaxtını festival şəhərciyində keçirib və təşkilatçılara əlindən gələn köməyi edib.

Lena mətbəxdə kömək edir

Yaxın kəndlərin sakinləri müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə festivalda iştirak edib

Festivalın keçirildiyi yerin ətrafı istirahət üçün əla yeriymiş

Axşamlar tünlük olurdu. Hər yerdə insanlar rəqs edir, bu əvəzolunmaz günlərdən həzz aldıqlarını gizlətmədən bir-biriylə tanış olur

Əsas səhnə musiqi eksperimentləri üçün yerə çevrildi – Zura – “Flight mode” gürcü qrupunun gitaraçısı

Gənc artistlər səhnəyə qalxır

Festival proqramının vacib hissələrindən biri beynəlxalq musiqi əməkdaşlığıdır. Psio Crew polyak qrupu və “Qordela” gürcü qrupu  gürcü və polyak folkunun bir-birini tamamladığı birgə konsert keçirirlər.  

“Natig Rhythm Group” (Azərbaycan) ilə “Masala Soundsystem” (Polşa) birlikdə unudulmaz konsert verdilər

“Musiqi həqiqətən sərhəd tanımır. Nə dərinin rəngi, nə millət, nə də ki din heç bir əhəmiyyət daşımır. Bunu festivalda iştirak edən artistlər, könüllülər, təşkilatçılar –  hər kəs anladı, biz əməkdaşlıq etməli və bir-birimizlə sıx əlaqədə olmalıyıq. Və məhz bu “One Caucasus” festivalının gözəl nəticəsi oldu” – festivalın həmtəsisçisini Elene deyir.


More on JAMnews