İrlandiya aviaşirkəti artıq bildirib ki, Rusiya istiqamətində uçuşlar həyata keçirməyəcək" />

“Ryanair”lə Avropaya: Ermənistanda ilk Avropa loukosteri fəaliyyətə başlayıb

İrlandiya aviaşirkəti artıq bildirib ki, Rusiya istiqamətində uçuşlar həyata keçirməyəcək

Ryanair, Qələbə, Yerevan, Avropa, mülki aviasiya

İrlandiyanın loukoster aviaşirkəti “Ryanair” Ermənistan bazarında fəaliyyət göstərəcəyini elan edib. Yerevandan Roma və Milana ilk birbaşa ucuz reyslər 2020-ci ilin yanvarından həyata keçirilməyə başlayacaq. Bu haqda “Ryanair” şirkətinin kommersiya direktoru Devid O’Brayen oktyabrın 16-da Yerevanda keçirilən mətbuat konfransında bildirib.

O’Brayenin sözlərinə görə, loukoster uçuş coğrafiyasını genişləndirmək niyyətindədir, amma Rusiya istiqamətində reyslər şirkəti dəqiq maraqlandırmır.

Rusiya loukosteri Ermənistanın “Şirak” aeroportuna qayıdır. Yenilənib

Gələcək üçün cəlbedici layihələr çox olsa da, bu gün yaxşı nəsə azdır – Ermənistanın mülki aviasiyası haqda

Uçuşların coğrafiyası və qiymətləri

İtaliya şəhərlərindən başqa 2020-ci ilin yayından Yerevandan Berlinə də ucuz qiymətə uçmaq mümkün olacaq.

Bundan başqa, O’Brayen bildirib ki, Avropaya yalnız paytaxt aeroportundan yox, həm də Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümridən də uçmaq mümkün olacaq.

Aviaşirkətin kommersiya direktoru uçuşların qiymət siyasətinə də toxunub:

“Bütün nəzərdə tutulan istiqamətlərdə bilet qiymətləri kifayət qədər ucuz olacaq, orta hesabla 35 avro”.

JAMnews qiymətlərin müqayisəsi üçünYerevan-Roma istiqamətinə oktyabrın 24-ə internet vasitəsinə bilet almağa çalışıb. Bir sərnişinin bir istiqamətsə hazırda təxminən 280 dollara başa gəlir.

O’Brayen vurğulayıb ki, uçuş coğrafiyası mütəmadi olaraq genişləndiriləcək, amma “Ryanair” Rusiyaya uçuşlar həyata keçirməyəcək.

Yeni istiqamətlər “hava vergisindən” azad edəcək

Ermənistanın Mülki Aviasiya Komitəsinin başçısı Tatevik Revazyan bildirib ki, yeni uçuş istiqamətlərini “hava vergisindən” azad etmək haqda qərar qəbul edilib.

“Hava vergisi” Ermənistan hökuməti tərəfindən 2008-ci ilin sonunda “Dövlət rüsumları haqda” qanunda əks olunub.

Vergi tətbiq ediləndən indiyə qədər Ermənistandan havalanan sərnişinlər 10 min dram (20 dollar) həcmində “hava vergisi” ödəyirlər. Bu məbləğ biletin ümumi dəyərinə daxil edilir. Aşağıdakı istisnalarla;

• 12 yaşına qədər uşaqlar;

• tranzit sərnişinlər;

• İkinci Dünya Müharibəsi iştirakçıları, əlilləri və veteranları, həlak olanların dul arvadları;

• Ermənistanın və Sovet İttifaqının milli qəhrəmanları.

Mülki Aviasiya Komitəsinin rəhbəri hesab edir ki, bu verginin tətbiq edilməsi yanlış qərar olub və Ermənistan bazarına yeni aviaşirkətlərin cəlb edilməsinə mane olur:

“Mən hesab edirəm ki, Ermənistanda aviabiletlərin yüksək qiymətini nəzərə alaraq, xidmət qiymətlərini maksimal dərəcədə azaltmaq, vergiləri, o cümlədən də bu vergini məhdudlaşdırmaq lazımdır”.

Bununla belə o qeyd edib ki, “hava vergisindən” hazırda hansısa aviaşirkətlər yox, bu istiqamətlər azad edilir.

Pusiyanın “Qələbə” loukosteri isə əksinə, qiymətləri yüksəldir

2016-cı ilin dekabrından indiyə qədər Ermənistanda yalnız Rusiyanın loukosteri fəaliyyət göstərirdi.

Hazırda şirkət elan edib ki, xarici aeroportlardan Rusiyaya uçuşların qiymətini 40 faiz yüksəldəcək. “Qələbə” şirkətinin nümayəndəsi Yelena Selivanova izah edib ki, ötən qış sərnişindaşıma üzrə beynəlxalq xətlərdə bir tərəfli reyslərin orta qiyməti 4500 rubl (təxminən 33 min dram və ya 62 avro) təşkil edirdi. İndi isə bu məbləğin üzərinə 25 avro gələcək.

Selivanovanın sözlərinə görə, bu bahalaşma Moskva Şəhər Məhkəməsinin aviaşirkətə aeroportların qeydiyyat masasında sərnişinlərdən 25 avro həcmində ödəniş almağı qadağan edən qərarı ilə əlaqədardır.

“Rusiyada aeroportda qeydiyyat prosesi əlavə xidmət deyil və buna görə ödəniş ümumi aeroport rüsumlarının və bilet qiymətinin ümumi həcminə daxildir. Amma xarici aeroportlarda ödənişlər bir-birindən ayrılıb və qeydiyyatdan keçmək üçün ayrıca pul ödənilir”, – Rusiya loukosterinin nümayəndəsi aydınlıq gətirib.

Qiymətlər artıq oktyabrın 28-dən yüksələcək.


More on JAMnews