Çoxları bunu hakimiyyətlə barışıq aktı və siyasətdən getməsinin göstəricisi kimi dəyərləndirib " />

Rüstəm İbrahimbəyov uzun zamandan sonra nəhayət vətənə gəlib

Çoxları bunu hakimiyyətlə barışıq aktı və siyasətdən getməsinin göstəricisi kimi dəyərləndirib

2013-cü ildə prezidentliyə namizədliyi irəli sürülən azərbaycanlı kinodrammaturq və rejissor Rüstəm İbrahimbəyov altı ildən sonra nəhayət, vətəninə gəlib. Dostlarını və həmkarlarını restorana toplayan İbrahimbəyov 80 illik yubileyini qeyd edib. Bu o deməkdirmi ki, İbrahimbəyov hakimiyyətlə barışıb, siyasəti tərk edir?

Rüstəm İbrahimbəyov kimdir?

Rüstəm İbrahimbəyov Azərbaycanın və Rusiyanın görkəmli kinodrammaturqu və rejissoru, çox sayda mükafatların sahibidir.

• Azərbaycanda 2018-ci il prezident seçkiləri: nələr oldu?

• Azərbaycan kinosu: var və yox arasında

Son illərdə o, müxalif siyasətçiyə çevrilmişdi. Məsələn, 2013-cü il prezident seçkilərində birləşmiş müxalifətin vahid namizədi olmuşdu, amma Rusiya vətəndaşlığından imtina etdiyi haqda sənədi zamanında təqdim edə bilmədiyi üçün namizədliyi qeydə alınmamışdı.

Həmin vaxtdan bəri o, Rusiyada yaşayır və bu müddətdə Azərbaycana gəlməyib, amma hakimiyyətə qarşı tənqidlərini davam etdirib. Vətənində o, persona non-qrata hesab olunurdu. Azərbaycan hakimiyyəti tərəfindən təqibə məruz qalmasa da, mətbuatda İbrahimbəyova qarşı hücumlar səngimirdi. Bütün bunlarla yanaşı onu “Qafqaz üçlüyü” filminin ssenarisinə görə ermənilərə qarşı rəğbətdə günahlandırır, az qala vətən xaini elan etmişdilər.

İbrahimbəyovun Azərbaycana səfəri nə ilə əlamətdardır?

Rüstəm İbrahimbəyovun Bakıya bu dəfəki gəlişini çoxları onunla ölkə hakimiyyəti arasındakı barışıq kimi dəyərləndirib.

Musavat saytı hətta Rüstəm İbrahimbəyovun siyasətdən getmək niyyətində olduğunu da ehtimal edib. Arqument olaraq isə “Yeni Müsavat” yubiley məclisində müxalifətdən heç kimin olmadığını göstərir. Əvəzində isə qonaqlar arasında az əvvələ qədər onunla “səngərin əks tərəflərində dayanan” çox sayda mədəniyyət məmurları olub.

Facebook Comments

More on JAMnews