Rusiyanın Mərkəzi Afrikadakı hərbi maraqları və orada rusiyalı jurnalistlərin öldürülmə səbəbi

Mərkəzi Afrika Respublikasında öldürülən üç rusiyalı jurnalistin cənazəsi Moskvaya gətirilib. Onların ölümünə nə səbəb olub?

İndi Mərkəzi Afrika Respublikasında ona yaxın hərbiləşmiş qruplaşma mövcuddur. Bu yaxınlarda bu ölkədə Rusiyadan olan muzdlular da peyda olub.

İyulun 31-də Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalistlərin ölümündə “Seleka” qruplaşmasının silahlıları şübhəli bilinir. Bu qruplaşmada müxtəlif yönlü müsəlnan silahlıları birləşib, onun qeyri-formal lideri isə Mişel Cotodiya 10 ilə yaxın SSRİ-də yaşayıb, Oryol şəhərində texnikumda oxuyub və sonra Patris Lumumba adna Xalqlar Dostluğu Universitetini bitirib.

Jurnalist Orxan Camal, operator Kiril Ratçenko və rejissor Aleksandr Rostorquyev Mərkəzi Afrikada olan rusiyalı muzdlular haqda araşdırma filmi çəkmək üçün ora yollanıblar.

Nəticədə jurnalisstlərin ölümü Rusiyanın Mərkəzi Afrika Respublikasında hərbi mövcudluğunu beynəlxalq medianın əsas müzakirə mövzusuna çevirib.

Rusiya və MAR: hazırkı məqamda nə məlumdur?

Rusiyanın Mərkəzi Afrika Respublikasında mümkün hərbi mövcudluğu haqda jurnalistlər ilk olaraq 2018-ci ilin əvvəlində danışmağa başlayıblar. Məsələn, martda Frans Press agentliyi paytaxtın 60 kilometrliyində 170-dən çox təlimçinin olduğu haqda məlumat yayıb. AFR müxbiri orada çadırlar və yerli əsgərlərə təlim keçən Rusiyaya məxsus hərbi formalı hərbçiləri aşkarlayıb. Ona şəkil çəkməyi qadağan ediblər.

Bir müddət sonra bir çox beynəlxalq araşdırmaçı jurnalist belə nəticəyə gəlib ki, bu Afrika ölkəsində də Ukraynanın şərqində və Suriyada döyüşdüyü ehtimal olunan “Vaqnerin Özəl Hərbi Şirkəti” (“Vaqnerin ÖHŞ”) qərarlaşıb.

“Vaqnerin ÖHŞ” nədir?

“Vaqnerin ÖHŞ” Rusiyanın hərbi və mühafizə xidməti göstərən şirkətidir. Bu şirkətin cəlb etdiyi mütəxəssislər Ukrayna, Suriya və Sudanda döyüşüb. “Hərbi xidmətlər göstərən podratçı təşkilat” əsasən Rusiya Ordusunun keçmiş zabitlərindən ibarətdir.

Bir çox KİV-lərin məlumatına görə, “Vaqnerin ÖHŞ” bilavasitə Rusiya hökumətinə tabe olur. Onun saxlanmasına ildə bir neçə yüz milyon dollar xərclənir. ÖHŞ-nın mövcudluğu Rusiya hakimiyyətinə məsələn, Rusiya nizamlı ordusunun öz qoşunlarını Suriyadan çıxardığını söyləməyə imkan verir. Formal olaraq bu həqiqətən də belədir, amma RF Müdafiə Nazirliyinin nəzarəti altında olan “Vaqnerin ÖHŞ” Suriyada qalmaqda davam edir.

MFR-da daxili siyasi vəziyyət

Ölkə 1960-cı ildə Fransadan müstəqillik əldə edib. O zamandan bəri orada vətəndaş müharibəsi dinmək bilmir. 2012-ci ildən ölkəni Fosten Arkanc Tuadera idarə edir. Son məlumatlara görə, hökumət qoşunları ölkə ərazisinin yalnız 20 faizini nəzarət altında saxlayır. MAR-ın qalan hissəsi ondan çox hərbi qruplaşma arasında bölüşdürülüb.

2013-cü ildə Fransa MAR-a qoşun yeridib ölkədə hərbi münaqişəni nizamlamağa çalışıb. Amma 2016-cı ildə Paris ilhaqı bitirəndən və əsgərlərini vətənə qaytarandan sonra MAR-da hərbi əməliyyatlar yenidən və daha şiddətli başlayıb.

Rusiya muzdluları MAR-da nə edir?

Rusiyalı hərbçilərin MAR-da iştirakı bu ilin əvvəlində bəlli olub. Bir neçə Fransa nəşri eyni zamanda MAR-da 170-dən çox rusiyalı təlimçinin yerləşdiyi haqda məlumat yayıb.

2013-cü ildən MAR-ın silahla təchizatına BMT qadağa qoyub. Amma 2017-ci ildə Rusiya ölkəyə yüngül silah gətirmək üçün BMT-nin Təhlükəsizlik Şurası ilə razılığa gələ bilib. Bir çox ekspertlər hesab edir ki, BMT bu addıma Çinin Afrikanı ilhaqına imkan verməmək üçün razılaşıb.

2018-ci ilin əvvəlində MAR-a silah təchizatına qoyulan qadağa bir il uzadılıb. Rusiya bu qadağadan istisna hüququnu saxlaya bilib.

Rusiyanın maraqları

Rusiyanı regionda ilk növbədə zəngin olduğu təbii sərvətlər maraqlandıra bilər: neft, qızıl, uran və sairə.

MAR prezidenti Tuadera son bir ildə iki dəfə Rusiyada olub. Əvvəlcə o, RF Xarici İşlər Nazirliyində Sergey Lavrovla görüşüb, mayda isə Peterburq İqtisadi Forumunda iştirak edib və Rusiya prezidenti Vladimir Putinə “mürəkkəb humanitar vəziyyətdə göstərdiyi dəstəyə görə” minnətdarlığını bilririb.

Üstəlik Qərb mediasının məlumatına görə, Rusiya MAR-da üsyançıların nümayəndələri ilə əlaqə saxlayır, çünki Kremli maraqlandıran resurslardan çoxu onun nəzarəti altında olan ərazilərdə yerləşir. Rusiyalı diplomatlar ən azı üç hərbi qruplaşmanın nümayəndələri ilə görüşüblər.


More on JAMnews