O, terrorizmlə bağlı hazırladığı analitik məqaləsində terrora haqq qazandırmaqda günahlandırılır. JAMnews həmrəylik aksiyasına qoşulur" />

Rusiyalı jurnalist Svetlana Prokopyevanı 7 il həbs cəzası gözləyir

O, terrorizmlə bağlı hazırladığı analitik məqaləsində terrora haqq qazandırmaqda günahlandırılır. JAMnews həmrəylik aksiyasına qoşulur

Rusiyanın Pskov şəhərindən olan jurnalist Svetlana Prokopyeva terrorizmə haqq qazandırmaqda günahlandırılır. Bu maddə ilə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hər şey fevral qyında Svetlana Prokopyyevanın yerli radiostansiyanın saytında dərc olunan məqaləsindən başlayıb. Materialda Arxangelsk şəhərində 17 yaşlı yeniyetmənin Federal Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin qarşısında bu qurum tərəfindən həyata keçirilən həbs və işgəncə hallarına qarşı etiraz əlaməti olaraq özünü partlatması haqda bəhs edilir. 

Prokopyevanın fikrincə, bu cür terror aktlarının getdikcə çoxalmasının əsas səbəbi dövlət tərəfindən istənilən etiraza qarşı repressiya tətbiq edilməsidir.

Bu məqalədən sonra jurnalistə qarşı “Terrorizmə haqq qazandırmaq”  maddədi ilə cinayət işi açılıb. Bu ittihamla onu 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Onun evində axtarış aparılıb, bütün elektron daşıyıcılar müsadirə olunub. Prokopyevanın bank hesabları bloklanıb.

Svetlana Prokopyeva özünü günahkar saymır. Onun fikrincə, o, terrorizm kimi hbir halın səbəblərini analiz etməklə sadəcə öz işini görüb. Jurnalist  FB-səhibəsində dəstək üçün həmkarlarına müraciət edərək bunları yazıb:

“Qorxmursunuzsa, sitatı dərc edin:

“Güclü dövlət. güclü prezident, güclü qubernator. Hakimiyyətin güc strukturlarına məxsus olduğu bir ölkə.

Arxangelskdə özünü partladan şəxs bu atmosferdə böyüyən nəslin nümayəndəsidir. Onlar bilirlər ki, mitinqlərə getmək olmaz, dağıdacaqlar, hətta döyəcək, sonra da mühakimə edəcəklər. Onlar bilirlər ki, təkadamlıq piketlər cəzalandırılır. Onlar görürlər ki, yalnız müəyyən partiyaların tərkibində təhlükəsizlikdə ola bilərsən və yalnız müəyyən spektrda qorxmadan fikir səsləndirmək mümkündür. Bu nəsl nümunələrlə öyrənib ki, məhkəmədə ədalətə nail olmaq mümkün deyil – məhkəmə yoldaş mayorun gəldiyi qənaəti ştamplayacaq.

Siyasi və vətəndaş azadlıqlarının uzun müddətli məhdudlaşdırılması Rusiyada nəinki qeyri-azad, hətta repressiv dövlətçilik formalaşdırıb. Qarşısında təhlükəsizliyinin olmadığı və qarşı-qarşıya gəlməyin qorxulu olduğu bir dövlət”.”.

Rusiyanın 20-dən çox kütləvi informasiya vasitəsi bu müraciətə dəstək verib və mətni dərc edib.

Bundan sonra Svetlana Prokopyevanın Pskovdakı həmkarları dindirilməyə çağırılıblar.

JAMnews Svetlana Prokopyevaya peşəkar dəstək aksiyasına qoşulur.


More on JAMnews