Bu arada isə Dağıstan müftisinin arvadı Rusiya prezidentliyinə namizədliyini irəli sürüb" />

Rusiyada seçkilərə buraxılmayan siyasətçi yanvarın 28-dən etiraz aksiyalarına başlayır

Bu arada isə Dağıstan müftisinin arvadı Rusiya prezidentliyinə namizədliyini irəli sürüb

REUTERS/Tatyana Makeyeva 

Mərkəzi Seçki Komissiyasının Rusiya prezidentliyinə namizədliyini qeydiyyata almadığı rusiyalı müxalifətçi Aleksey Navalnı ümumrusiya seçicilərini tətilə təşviq etmək üçün yanvarın 28-də etiraz aksiyalarına başlayacaq, «Новая газета» yazır.

Navalnı öz bloqunda aksiya keçirməyi planlaşdırdığı 80-dən çox şəhərin adını sadalayıb. Bu şəhərlərin arasında Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Vladivostok, Rostov, Samara var.

Navalnının qeydiyyatla bağlı müraciəti dekabrın 25-də  rədd edilib. Komissiya üzvləri Navalnıya məhkuluğunu xatırladıb, bildiriblər ki, qanuna əsasən ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş vətəndaşlar məhkumluq bitəndən və ya xitam veriləndən sonra on il müddətində seçkilərdə iştirak edə bilməz. MSK-nın iclasında Aleksey Navalnı bu qərarı qanuna zidd adlandırıb.

“Mən Avropa İnsan Haqları Məhkəməsində sübuta yetirdim ki, bu hökmlər saxta olub. Rusiya Federasiyası dövlətinin Avropa Məhkəməsinin qərarını yerinə yetirmədiyi haqda xüsusi qərar da çıxarılıb. Və orada ayrıca yazılıb ki, Navalnı seçkilərə buraxılmalıdır”, – Navalnı bəyan edib.

MSK-dan bunun cavabında bildiriblər ki, Avropa Məhkəməsi “Rusiya məhkəmələrinin qərarlarını ləğv etmək iqtidarında deyil”.

Siyasətçi xüsusilə qeyd edib ki, onun arxasında çox sayda insan dayanıb və MSK-nın onun seçkiyə buraxılmaması haqda qərarı “milyonlarla insanı bu seçkilərdən kənarda qoyacaq”.

 R

usiya Federasiyasında prezident seçkiləri 2018-ci il martın 18-də baş tutacaq. Tanınmış namizədlər sırasında hazırkı prezident Vladimir Putindən və müxalifətçi Aleksey Navalnıdan başqa teleaparıcı Kseniya Sobçak və Kommunist Partiyasının nümayəndəsi Pavel Qrudinin də var.

Az əvvəl isə daha bir namizədin şəxsiyyəti diqqət çəkib. Dağıstan müftisinin arvadı, həmçinin “İslam” jurnalının baş redaktoru Ayna Hamzatova da Rusiya prezidentliyinə namizədliyini irəli sürüb, «Кавказский узел» xəbər verir.

Rusiyada seçkiqabağı kampaniya dekabrın 18-də rəsmi start götürüb.


More on JAMnews