Rusiyada miqrantları fahişəliyə necə cəlb edirlər

Ümidə və Rusiyaya müxtəlif ölkələrdən gələn 12 qadının məhkəmə yolu ilə hələlik nəticəsiz ədalətə nail olma cəhdi haqqında hekayə

«Novaya Qazeta»nın materialları əsasında   

 Rusiyada 800 min nəfər müasir quldarlıq şəraitində yaşayır.

“Global Slavery Index” müəllifləri hədə, zorakılıq və hakimiyyətdən sui-istifadə yolu ilə istənilən istismarı belə adlandırır.

Mütəxəssislərin təcrübəsinə görə, bu halların yarısı seksual istismardır.

Bir çox səbəbdən istismara məruz qalmış insanlar nadir hallarda polisə müraciət edir. Müraciət etməyə qərar verənlər isə orada da təhqirlərə məruz qalır. Amma ruhlandırıcı istisnalar da var.

Namus qətli

• Stalin, Putin, Puşkin – rusiyalıların qəhrəmanları

• “Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”

Aldanma və zorlanma

2018-ci il yanvar ayının əvvələrində özbəkistanlı mühacir Ümidəyə tanımadığı bir kişi zəng vurur və özünü Dmitri kimi təqdim edir.

Kişi deyir ki, Ümidənin nömrəsini guya onun “qızlığını satmağa” söz verdiyi Annadan götürüb. Ümidə təsdiq edir ki, maraq xətrinə sosial şəbəkələrdə Anna Rotşild adında biri ilə danışıb, amma həmin vaxt artıq bunları unutmuşdu.

Dmitri görüşməyə israr edir və Ümidə Moskvada metro stansiyalarının birində onunla görüşməyə razılıq verir. Dmitri maşınla idi.  

«Ən qəribəsi, başıma bir iş gəlsə məni müdafiə edəcək birinin olub olmadığını soruşmağı idi».

Dmitri dedi ki, qəhvə dalınca gedir, bundan sonra da Ümidəni evə aparacaq. Sonra Ümidənin sözlərinə görə, Dmitri  salona nəsə çiləyir və onun halı qarışır.

Xanımın sözlərinə görə, bundan sonra o üçüncü mərtəbədə yerləşən mənzilə necə gəldiyini belə xatırlamır. Mənzildə Ümidə kürən saçlı, “Rıjir” ləqəbli bir oğlan görür. Dmitri onu kiçik qardaşı kimi təqdim edir.

Əvvəlcə Dmitri xanımdan intim xidmətlər göstərməyə könüllü razı olması haqda yazmağı tələb edir. O, imtina edəndən sonra isə Dmitri “ona görə pul ödədiyini” və  ona borclu olduğunu bildirir.

Xanım ona səhərə qədər vaxt verməyilini istəyir. Amma onu öncə Dmitri sonra isə, “Rıjik” zorlayır.

“Mənə elə gəlirdi ki, həmin gün sağ çıxmayacam. Amma sağ qalmaq istəyirdim. Mən oradan çıxıb, buna görə onları cəzalandırmaq istəyirdim”, – Ümidə xatırlayır.

 Tinder vs Toynder: niyə Azərbaycanda populyar mobil tanışlıq əlavələri geniş istifadə olunmur

Sevgi haqqında foto tarixçə: İran homoseksualları azadlıq gözləntisində

Sonra onun üçün taksi çağırırlar. Ümidənin sürücüdən onu haradan götürdüyünü soruşmaq ağlına gəlir və o, ünvanı deyir. Evdə qız duş qəbul edir və yatır.

Şantaj

Növbəti gün Ümidə uzun müddət başına nə gəldiyini xatırlamağa çalışır. Stresdən qorunmağa çalışan psixikası keçən gecənin bütün hadisələrini yaddaşından silib, ancaq metronun yanında bir kişi ilə görüşünü saxlamışdı. Unutduğu hadisələri yadına salmağa zorlayanın özü kömək edib.  

«O, axşam zəng vurub, məni hədələməyə başladı. Mən ümumiyyətlə zorlamanın nə demək olduğunu və necə davranacağımı bilmirdim. Mən şikayət ərizəsi yazmalı olduğumu bilmirdim. Bu haqda düşünmürdüm belə», – Ümidə deyir.

Dmitri hər gün pul tələb edərək, hədələyirdi. O zorlanmanı videoya çəkdiyini deyir və Ümidənin qardaşının yatdığı, “otuz nəfərin bir telefon” işlətdiyi həbsxanaya göndərəyəcəyi ilə hədələyirdi.

Sonra o şantajı başqa bir səviyyəyə qaldırdı:

«Dedi: “Pulun yoxdursa, bizə işləyəcəksən.” Fahişəlik etməyi təklif etdi».

Ümidə başına gələnləri “Deməyə çəkinmirəm” qrupunda danışdı və tezliklə ona cavab gəldi

Ümidə “Dmitri”nin maşınına oturduğu “VDNX” metrosunun yanında. Foto: Viktoriya Odissonova / “Novaya qazeta”

Ailə biznesi

“Mənə bir qız yazdı ki, bizim hekayələrimiz eynidir, kişi də həmin kişidir. O mənə Dmitrinin şəklini göndərdi və əslində onun adının Yeqor Şuşkin olduğunu dedi. Başqa heç nə demədi”.

Daha sonra Ümidə Anna Rotşildin kim olduğunu aydınlaşdırır, əslində o Yeqorun həyat yoldaşı, Olesya Şuşkina imiş və onların iki övladı var.

Zərərçəkmiş xanımlar “Rıjik”i də tapır. O, Moskva universitetlərindən birinin 22 yaşlı tələbəsi Sergey Demindir.

Ümidə ümumilikdə il yarım, iki və üç il öncə zorlanmış 12 zərərçəkmiş tapır.

Zərərçəkmişlərin əksəriyyəti polisə müraciət etməyib, çünki guya Şuşkin onları iltizam yazmağa məcbur edib.

Beş nəfər Ümidəyə  ərizə yazmağa cəhd etdiklərini, polislərin isə onları fahişəliyə görə özlərini həbs etməklə hədələdiyini bildirib (əslində Rusiyada seksual xidmətlərin göstərilməsinə görə cinayət məsuliyyəti yoxdur ).

Ümidə polisə, prokurorluğa, istintaq komitəsinə müraciət edib, amma hər yerdə ona kömək etməkdən imtina ediblər. Ədalətə nail olmaq üçün qaynar xətlərə” zəng vurublar, psixoloji cəhətdən çətin anlarda  isə psixoloqla məsləhətləşiblər.

Bir dəfə ona zəng vuran anası həyəcan içində dedi ki, bir nəfər ona zəng vurub Ümidəni öldürəcəyini deyib. Şuşkin də zəng vurub, ərizəni geri götürmək qarşılığında pul təklif edib.

«Mən dedim ki, razıyam, özüm də müstəntiqin yanına gedib, təklif etdim ki,  əgər artıq gecikmişiksə və mənim sübutlarım yoxdursa, onda o pulla gələndə onu həbs etsinlər».

Üzləşdirmədə Ümidənin sözlərinə görə, Şüşkin “heç nə olmamış kimi gülümsəyirdi” və onu birinci dəfə gördüyünü deyirdi. Ona və Deminə qarşı “zorlama” maddəsi ilə cinayət işi qaldırılıb və həbs olunublar.

“Beş ay keçib, amma istintaq aparılmır”, – Ümidə belə hesab edir. – “İndi işi rayondan vilayətə göndəriblər, çünki mən istintaqın getmədiyi barədə ərizə yazdım. Ancaq bundan sonra mənə məhkəmə tibbi ekspertizasına göndəriş verdilər”.  

«Novaya Qazeta»nın məlumatına görə, Sergey Demin və Yeqor Şuşkin bir neçə zorlama faktında ittiham olunur.


More on JAMnews