Üzərində narkotik “aşkarlanmış” jurnalist İvan Qolunovu cəmiyyət xilas edə bildi. Lakin hakimiyyət saxtakarlığı etiraf etmədi və on minlərlə rusiyalı oxşar ittihamlarla məhbus həyatı yaşamaqda davam edirlər" />

Rusiyada hakimiyyəti tənqid edənlərə narkotikləri necə “atırlar”

Üzərində narkotik “aşkarlanmış” jurnalist İvan Qolunovu cəmiyyət xilas edə bildi. Lakin hakimiyyət saxtakarlığı etiraf etmədi və on minlərlə rusiyalı oxşar ittihamlarla məhbus həyatı yaşamaqda davam edirlər

“228 – hamıya “ata” bilməzlər!”

İyunun 12-də Moskvada araşdırmaçı jurnalist İvan Qolunova dəstək yürüşünün iştirakçıları belə bir şüar səsləndiriblər.

Qolunovu narkotik “atmaqla” həbs etməyə cəhd etmişdilər. Onu Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə ittiham edəcəkdilər və şüar da elə bundan qaynaqlanır.

Minlərlə insan İvan Qolunovu müdafiə etmək üçün Rusiyada küçələrə çıxdı. Video və işin təfərrüatları

228-ci maddə Rusiyada müxalifətçilərlə və sadəcə nədənsə narazılarla mübarizənin ən populyar alətlərindən birinə çevrilib. Rusiyada dərc olunanNovaya qazeta nəşri bu maddə ətrafındakı prosesləri analiz edib.

Putinin dövründə küçə cinayətkarlığı mafioz dövlətlə necə əvəz olundu. Araşdırma

Cinayət məcəlləsinin “xalq maddəsi”

228-i “xalq maddəsi” adlandırırlar: yalnız 2018-ci ildə bu maddə ilə 74 752 nəfər ittiham olunub.

Bu göstərici Rusiyanın Cinayət Məcəlləsinin hər hansı başqa maddəsi üzrə ittiham olunanların sayından çoxdur.

228-ci maddə ilə ittiham olunanların yarıdan çoxu – 61 faizi – yaşı 18-lə 34 arasında olan insanlardır.

İttiham olunanların yarıdan çox hissəsi – 57 faizi – 2 ildən 5 ilə qədər müddətə həbs ediliblər. Bunlar istifadəçilərdir.

Söhbət satışdan gedərsə, həbs müddəti 15 ilə qədər arta bilər. İvan Qolunova qarşı məhz bu ittiham irəli sürülmüşdü.

Əgər narkotiklərin həcmi “əhəmiyyətli”, yaxud “iri” olarsa, həbs meddəti məhz həmin qədər artır.

Dəqiq ölçü

“Əhəmiyyətli” miqdar hesab olunur: marixuana – 6 qram, həşiş – 2 ram, mefedron – 0,2 qram, heroin – 0,5 qram.

“İri” ölçüdə marixuana – 100 qram, həşiş – 25 qram, mefedron – 2,5 qram, heroin – 2,5 qram.

Hüququn tətbiqi problemləri institutunun ekspertləri 2017-ci ildə dərc etdikləri və narkotiklərin aşkarlanması statistikasına həsr olunmuş tədqiqatda belə bir tendensiyanı qeyd edirlər ki, üzərində bu və ya digər maddə tapılan insanlarda ölçünün “əhəmiyyətli”, yaxud “iri” hesab edilməsi üçün məhz zəruri olan qədər və ya daha çox maddə tapılır, xeyli az hallarda isə daha az miqdar aşkarlanır (yalnız heroinin aşkarlandığı 54 mindən çox hadisə analiz edilib).

Başqa cür düşünənlərə qarşı alət

Rusiyada narkotiklərin saxlanması, yaxud satışı ittihamından tez-tez hazırkı hakimiyyətin tənidçilərinə qarşı istifadə edirlər. Jurnalist İvan Qolunovun işi heç də birinci belə iş deyil.

Pskovda baş vermiş hadisəni nümunəvi saymaq olar ki, burada artıq beş aydır “Açıq Rusiya” müxalifət təşkilatının yerli fəalı Artyom Miluşkin həbsdədir, onun həyat yoldaşı Liya Miluşkina isə ev dustaqlığına məhkum edilib. Onlar iri həcmdə narkotiklərin satışında ittiham olunurlar.

Miluşkinlər 2019-cu ilin yanvar ayının 16-da saxlanılıblar. Artyomla Liyanın evinə Narkotiklərin qeyri-qanuni dövriyyəsinə nəzarət üzrə idarənin əməkdaşları maskalı və əli silahlı xüsusi təyinatlıların müşayiəti ilə soxulublar. Onlar pəncərələrin şüşələrini sındırıblar, uşaqları qorxudublar, ər-arvadın əllərini qandallayıblar və dörd saat ərzində axtarış aparıblar.

“Mənə belə gəlir ki, oğlumun və İvan Qolunovun işləri oxşardır. Mən hətta İvanın vəkilinə zəng etmişdim. O vaxt o hələ həbsdə idi və xahiş etdim ki, ona mənim dəstəyimi çatdırsınlar.

Oğlum Artyom Miluşkin artıq beş aydır ki, istintaq təcridxanasındadır. Onda əzginlik və ruh düşkünlüyü var. Bronxial astmadan və hipertoniyadan əziyyət çəkir. Onun heç vaxt narkotiklərlə işi olmayıb. Yəqin ki, kimsə onun siyasi fəallığına görə əvəz çıxır”, – Artyomun anası İrina Miluşkina deyib.


More on JAMnews