Putinə məktəblilərin xarici görünüşünün nizamlanması mövzusunda məruzə təqdim olunacaq" />

Rusiya prezidenti yanında İnsan Haqları Şurası məktəblərdə hicab haqda qanunun qəbulunu təklif edir

Putinə məktəblilərin xarici görünüşünün nizamlanması mövzusunda məruzə təqdim olunacaq

Rusiya prezidenti yanında İnsan Haqları Şurası dövlət başçısına təqdim etmək üçün məktəblərdə hicab geyinilməsi ilə bağlı təkliflərin olduğu məruzə hazırlayır.

Şura üzvləri ilk növbədə məktəblilərin xarici görünüşünün nizamlanması və onların dini atributlar gəzdirmək hüququ haqda qanun qəbul etmək təklifini irəli sürürlər.

“Məsələ ondadır ki, məktəblilər öz dini etiqadlarını nə dərəcədə açıq nümayiş etdirə bilərlər və bu, dövlətin dünyəviliyinə, həmçinin təhsil haqqına xələl gətirməyəcəkmi?” – Şura üzvü Yevgeni Bobrov “İzvestiya” qəzetinə deyib.

Onun sözlərinə görə, Şura bu məsələni ayın sonunda baş tutacaq toplantıda müzakirə edəcək.

Qüvvədə olan qanuna əsasən məktəblilərin geyim formasını məktəblər müəyyənləşdirir.

Məktəblərdə hicab geyinilməsi Rusiyada bir neçə dəfə kəskin diskussiyalar üçün mövzu olub:

  • Yanvarın 24-də Rusiyanın Təhsil və Elm naziri Olqa Vasilyeva Mordoviyaya səfəri zamanı bildirmişdi ki, Rusiya məktəblərində təhsil alanlar öz dini etiqadlarını atributlarla vurğulamamalıdırlar. O, həmçinin qeyd etmişdi ki, “məsələ artıq Konstitusiya Məhkəməsində həllini tapıb” və “milli mənsubiyyəti vurğulayan hicaba məktəblərdə yer yoxdur”.
  • Yanvarın 28-də Çeçenistan rəhbəri Ramzam Kadırov Olqa Vasilyevanı bu bəyanatına görə tənqid edib. “Təəccüblüdür ki, nazir yerli məmurların səhvini düzəltmək əvəzinə öz “şəxsi inancını” milyonlarla vətəndaşa sırıyır. Mınim üç qızım məktəbdə oxuyur, hicab geyinirlər, əla qiymətlər alırlar. Olqa Vasilyeva tələb edir ki, onlar başlarını açsınlar? Qızlarım bunu heç vaxt etməyəcəklər”, – Kadırov İnstagramda yazıb.
  • 2015-ci ilin fevralında Rusiya Ali Məhkəməsi Mordoviya məktəblərinə hicab və digər dini atributlarla, həmçinin mini ətək, dərin dekolteli paltar və pirsinqlə gəlməklə bağlı respublika hökumətinin qoyduğu qadağanı qanuniləşdirdi.  
  • Daha əvvəl 2012-ci ildə məktəbdə hicabla bağlı münaqişə Stavrapolda yaşanmışdı – vilayətin bəzi rayonlarında müsəlman qızları məktəbə hicabla buraxmamışdılar və bu müsəlmanların qəzəbinə səbəb olmuşdu. O zaman münaqişəyə prezident Vladimir Putin qarışmışdı və bildirmişdi ki, məktəblərdə hicab geyinilməsində yaxşı heç nə yoxdur. Onun sözlərinə görə, Rusiyada, hətta müsəlman regionlarında da bu ənənə heç vaxt olmayıb. Münaqişə Stavropolun bütün məktəblərində klassik məktəbli formasının tətbiqi ilə nəticələndi. Məktəblilərə rəsmi şəkildə baş örtüləri, həmçinin hicab və dini rəmzləri olan paltar geyinmək qadağan edildi.
  • 2013-cü ilin yayında Rusiya Ali Məhkəməsinin qərarı ilə Stavropol orta təhsil məktəblərində hicab qadağası qanuniləşdi.

More on JAMnews