Yaxın zamanda Rusiyada ən populyar messenger-lərdən biri bloklanacaq" />

Rusiya məhkəməsi Telegram-ın bloklanması haqda qərar çıxarıb

Yaxın zamanda Rusiyada ən populyar messenger-lərdən biri bloklanacaq

Rusiya məhkəməsi Telegram messenger-inin bloklanması haqda qərar çıxarıb.  Bu, Telegram-ın yaradıcısı Pavel Durovun Rusiya məhkəməsinin bundan əvvəlki qərarına əməl etməkdən imtina etməsi ilə bağlıdır. Həmin qərara əsasən Telegram istifadəçilərin yazışmalarını Rusiya xüsusi xidmət orqanlarına təqdim etməli idi. Ötən gün Durov öz hüquqşünaslarına məhkəmədə iştirak etməyi yasaqlayıb. O, bunu “açıq saxtakarlığı legitimləndinmək” istəməməsi ilə arqumentləndirib.

Telegram nədir?                                                                                                            

Dünyada populyarlığına görə yeddinci sosial şəbəkə olan “ВКонтакте”-nin yaradıcısı Pavel Durov 2013-cü ildə Telegram messenger-ini işə salıb. Onun özünün danışdığına görə, xüsusi xidmət orqanlarının müdaxilə edə bilmədiyi əlaqə kanalının yaradılması ideyası Durovun ağlına 2011-ci ildə onun Sankt-Peterburqdakı mənzilinə polislər girməyə cahd göstərəndən sonra gəlib.

İki ildən sonra Durovun qardaşı ilə birlikdə hazırladığı Telegram işə düşüb. Bir neçə il ərzində Telegram dünyanın ən populyar messenger-lərindən biri olub. Telegram-ın ən çox istifadəçisi İran sakinləridir. İkinci yeri Rusiya tutur – orada on milyondan çox insan bu resursdan istifadə edir. O, həmçinin Braziliya, İtaliya, ABŞ-da da populyardır. İstifadəçilərin ümumi sayı 200 milyon nəfərdən çoxdur.

Rusiya xüsusi xidmət orqanları ilə münaqişə

2017-ci ilin yayında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Pavel Durovdan “qəbul olunan, göndərilən, çatdırılan və (və ya) emal olunan elektron məlumatların şifrədən çıxarılması üçün lazım olan informasiyanı” təqdim etməsini istəyib. Durov bunu etməkdən boyun qaçırıb, çünki onun fikrincə, Rusiya xüsusi xidmət orqanlarının Telegram istifadəçilərinin yazışmalarına girmək imkanı olarsa, o zaman onun messenger-inin anlamı və unikallığı qalmayacaq.

Ötən ayın sonunda Rusiya Ali Məhkəməsi FTX-nin tələbini qanuni hesab edib və Durovun bu tələbi yerinə yetirməsi haqda qərar verib. Telegram yaradıcısı yenidən yazışmaların şifrədən çıxarılması üçün məlumatı FTX-ə verməkdən imtina edib, məhkəmə qərarını konstitusiyaya zidd adlandırıb.

Telegrama nə edə bilərlər?

Mahiyyət etibarilə heç nə. Əvvəlcədən Telegram auditoriyasını internet-texnologiyalara sahib olan gənclər təşkil edir. Onlar əsasən, yazışmalarının konfidensiallığı vacib olan istifadəçilərdir. Buna görə də, bu istifadəçilər üçün öz smartfonlarına blok kilidini sındırmağa imkan verən VPN-əlavələr quraşdırmaq çətin deyil. Üstəlik Rusiyadakı internet istifadəçilərinin artıq VPN istifadəsilə bağlı təcrübələri var, çünki hakimiyyət mütəmadi olaraq müxtəlif saytları bloklayır.

Rusiyanın ən populyar Telegram-kanallarından biri olan “НЕЗЫГАРЬ”-ın anonim müəllifləri bunları yazır:

“Biz Telegram-da işləməyə davam edəcəyik. Biz platforma dəyişikliyini nəzərdən keçirmirik və Rusiyada Telegram-ın bloklanmasını təhlükə kimi dəyərləndiririk”. <…>

Dövlət məmurlarının bir qismi bu gün gözümüzün qarşısında mümstəqil informasiya yayımı seqmenti yaradır. Bu seqment tam şəkildə dövlətin nəzarətindən çıxacaq, müxalif olacaq və əlbəttə ki, çox ciddi amilə çevriləcək.


More on JAMnews