Dünyaın HİV virusunun ən çox yayıldığı regionlarından birindən reportaj" />

Rusiya HİV-in yayılma mərkəzlərindən birinə çevrilir

Dünyaın HİV virusunun ən çox yayıldığı regionlarından birindən reportaj

Rusiya dünyada yeni HİV yoluxmalarının sayına görə üçüncü yeri tutur. Orta hesabla 87 rusiyalı hər gün QİÇS-dən dünyasını dəyişir. Rusiyanın milyondan çox vətəndaşı HİV-ə yoluxub. Rusiyada göz yumulan problem bəzi regionlarda epidemiya xarakteri alıb.

Belə regionlardan biri də İrkutsk vilayətidir. Orada 33,5 min nəfər HİV-ə yoluxmuş insan yaşayır. Region infeksiyanın yayılma tempinə görə Rusiyada ilk yerlərdən birini tutur. “Novaya qazeta”nın müxbirləri İrkutsk vilayətində olub və bu regionda sözügedən xəstəliklə kimin və necə mübarizə apardığını aydınlaşdırıb.

Dövlət səviyyəsində yoluxma ilə mübarizə

İrkutskda QİÇS-lə mübarizə və profilaktika mərkəzi 1989-cu ildə açılıb. Amma xəstəliklə real mübarizəni xarici təşkilatlar: Soros Fondu, “Sərhədsiz həkimlər”, Amerikanın Qımızı Xaçı aparıb. Onların yardımı HİV-lə heç olmasa müəyyən dərəcədə mübarizə aparmağa imkan verirdi.

Amma 2012-ci ildə vəziyyət dəyişib. Rusiyada “xarici xəfiyyələr haqda qanun” qəbul ediləndən sonra xaricdən maliyyə dəstəyi alan istənilən qeyri-kommersiya təşkilatını xarici xəfiyyə adlandırmaq və hüquqlarını məhdudlaşdırmaq mümkündür. O zaman UNAIDS – BMT-nin HİV və QİÇS-lə mübarizə üzrə birləşmiş proqramı İrkutskdan gedib. Onun ardınca digər təşkilatlar da regionu tərk edib.

HİV-lə mübarizə üzrə yerli təşkilatlar

QİÇS-lə mübarizə və profilaktika üzrə Dövlət Mərkəzindən başqa regionda bu problemlə məşğul olan  yalnız bir neçə xırda qeyri-kommersiya təşkilatı qalıb. Məsələn, narkotik asılılığı olanlara steril şpiris paylayan “Navigator” təşkilatı.

“Navoqator”u 90-cı illərdə HİV-ə yoluxan Aleksey yaradıb. O zaman o heroin asılılığından əziyyət çəkirdi və şprisdən təkrar istifadə etdiyi üçün yoluxmuşdu.

Aleksey hesab edir ki, artıq hər kəs HİV-in marjinal qruplar daxilində mövcud olduğu stereotipindən qurtulmalıdır. Onun sözlərinə görə, İrkutskda yoluxmaların üçdə iki hissəsi kişi və qadın arasındakı cinsi əlaqə zamanı baş verir.

İrkutskda LGBT birliyi

İrkutskda yeganə LGBT klunu olan “Miks”ə şəhərin demək olar ki, bütün gey, lesbiyan və transvestitləri toplaşır. Onun yaradıcıları Stanislav və Yevgeniyanın əsas  qürur yeri bütün “Miks”ə gələnlərin pulsuz HİV testindən keçə bilmək imkanının olmasıdır. Onların sözlərinə görə, adi aptekdə belə test 500 rubldır (8 dollar), kluba gələnlərə isə ayda azı dörd dəfə bu testdən keçmək məsləhət görülür.

Stanislav və Yevgeniya hesab edirlər ki, HİV və QİÇS-lə mübarizədə əsas problem bu problemin həlli sahəsində əsas təşkilatçı olmalı olan şəhər QİÇS mərkəzi ilə kommunikasiyanın olmamasıdır. Onlar danışırlar ki, Rusiyada geylər arasında HİV-ə  orta yoluxma həddi 18 faiz təşkil edir, amma QİÇS mərkəzin rəhbərliyi LGBT birliyi üçün xüsusi leksiyalar təşkil etməkdən imtina edir.

Rusiyada hələ də homofobiya geniş yayılıb, hətta həkimlər arasında da. Onlardan çoxu bilərəkdən gey və lesbiyanları müalicə etməkdən imtina edir.

Tibbi yolla yoluxma

İrina diaqnozu haqda hamiləliyinin ikinci həftəsində xəbər tutub. Həyat yoldaşı onun tibbi yolla yoluxduğuna inanmayıb və onu tərk edib.

İrina sağlam uşaq dünyaya gətirib. Övladını tərbiyə edir və paralel olaraq kiçik biznesi ilə məşğul olur. İrina HİV-in marjinallara aid xəstəlik olduğunun əsas təkzibidir. O, uğurlu, gözəl, yaxşı pul qazanan qadındır.

“Diaqnoz sayəsində biznesimi xeyli böyütmüşəm. Anlayırsan ki, həyat bitib, qaralama yazmağ vaxtın yoxdur. İndi mən yenə də biznes dünyasındayam, istədiyim işlə məşğul ola bilərəm. İrkutskda mən əfsanəyəm. Mən adi narkoman olan oğlanlar tanıyıram, indi onların uğurlu biznesi, milyon yarımlıq maşınları var. Sonra diaqnozu olmayan qonşuma baxıram, 12 min rubla qarovulçu işləyir. İndi sənə hansı təpik dəyməlidir ki, sən işləməyə başlayasan?” – İrina danışır.

Onun sözlərinə görə, əvvəlcə diaqnozu qəbul etmək çətin olub, amma sonra özünü realizə etməsi üçün yaxşı stimula çevrilib.


More on JAMnews