Rusiyada Gürcüstanla hava əlaqəsinin bərpası və sanksiyaların yolverilməzliyi haqda danışmağa başlayıblar. Niyə?" />

Rusiya-Gürcüstan: sanksiyalar təxirə düşdü?

Rusiyada Gürcüstanla hava əlaqəsinin bərpası və sanksiyaların yolverilməzliyi haqda danışmağa başlayıblar. Niyə?

Gürcüstan telekanallarından birinin efirindən prezident Putinin ünvanına səslənən söyüşlərə rəsmi Tbilisinin reaksiyası Moskvanı təmin edib.

Sanksiyalar təxirə düşür?

Rusiya hakimiyyəti Gürcüstana uçuşların bərpa olunacağını istisna etmir – Xarici İşlər Nazirliyindəki mənbə belə deyir. “Əgər Gürcüstanda vəziyyət normallaşarsa, rusofobiya aradan qalxarsa, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verilərsə, hava əlaqəsi haqda danışmaq mümkün olacaq”, – o  deyib.

İki ölkə arasında birbaşa hava əlaqəsi Moskvanın qərarı ilə dayandırılıb. Uçuşlara qadağa iyulun 8-də qüvvəyə minib.

Rusiya Parlamenti Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsini, o cümlədən də şərab və mineral suların idxalına, həmçinin Gürcüstana pul köçürmələrinə qadağa qoyulmasını təklif edib. Amma prezident Putin bu tədbirlərə qarşı çıxıb.

Rusiya hökumətinin nümayəndəsi bildirib ki, Putinin bəyanatından sonra sanksiyaların tətbiq edilməsi ehtimalı sıfıra bərabərdir.

Nə baş verib: versiyalar

Rusiya mediasında bu ölkənin Gürcüstanla bağlı siyasətində baş verənlərin səbəblərinə dair müxtəlif fikirlər səslənir.

Facebook Comments

More on JAMnews