Cənubi Osetiyada o, Andrey Laptyev kimi tanınırdı, işdə isə adı Oleq İvannikovdur" />

Rusiya generalı, Cənubi Osetiyanın keçmiş müdafiə naziri MN-17 təyyarəsinə qarşı hücuma rəhbərlik edib

Cənubi Osetiyada o, Andrey Laptyev kimi tanınırdı, işdə isə adı Oleq İvannikovdur

Bellingcat  beynəlxalq tədqiqat təşkilatı və The Insider nəşrinin birgə araşdırması MN-17 sərnişin təyyarəsinin Ukrayna üzərində vurulması işi ilə bağlı axtarılan iki şübhəlidən sonuncunu müəyyən etməyə imkan verib. Bu, Dövlət İstintaq İdraəsinin hazırkı generalı,Cənubi Osetiyanın Andrey Laptyev adı ilə tanınan keçmiş müdafiə naziri Oleq Vladimiroviç İvannikovdur. Ukraynanın “Orion” adlanan ərazisində Rusiya qoşunlarına məhz o rəhbərlik edib.

Onun şəxsiyyətini münaqişə zonasında istifadə etdiyi telefon nömrələrinin analizi nəticəsində, o cümlədən də şahidlərin köməyi və qadın səsinə yaxın qeyri-adi yüksək səs tembri sayəsində müəyyən etmək mümkün olub.

The Insider nəşrinin materiallarından belə nəticəyə gəlmək olar ki, məhz İvannikovun rəhbərliyi altında Buk-M qurğusu Rusiya-Ukrayna sərhədindən keçirilib və döyüş əməliyyatlarının getdiyi zonaya aparılıb, orada isə 2015-ci il iyulun 17-də bu qurğudan içində 298 nəfər sərnişinin olduğu Malayziyaya məxsus boinqi məhv edən raket buraxılıb.

İvannikov kimdir?

 

Oleq İvannikov 1967-ci ildə ADR-də Karl-Marks-Ştadt şəhərində sovet hərbçisinin ailəsində doğulub. 80-ci illərdə Kiyevdə Ali Hərbi Aviasiya Mühəndisliyi məktəbində təhsil alıb. 1988-ci ildə Moskvaya köçüb və təhsilini Moskva Aviasiya İnstitutunun altıncı fakültəsində (ballestik raket fakültəsi) bitirib. Bundan sonra o, Rostov şəhərinə qayıdıb və ən azı 2003-cü ilə qədər elə oradaca yaşayıb.

2004-cü ildə o, Andrey İvanoviç Laptyev adı ilə Cənubi Osetiyaya yollanıb: əvvəlcə Təhlükəsizlik Şurasının sədri, daha sonra 2006-cı ildən 2008-ci ilə qədər nə az, nə çox, Cənubi Osetiyanın müdafiə naziri olub. Şimali Osetiyanın “15-ci region” nəşrındə dərc olunan məqalələrin birində Laptyev-İvannikov Dövlət Kəşfiyyat İdarəsinin Tbilisidəki rezidenturası ilə sıx əlaqədə olan şəxs kimi təsvir edilib, bu da 2006-cı ildə rezidenturanın axtarışına və Rusiya Dövlət Kəşfiyyat İdarəsinin altı zabitinin həbsinə gətirib çıxarıb.

“Moskovskiy komsomolets” qəzetinin məlumatına görə, Laptyev Cənubi Osetiya müdafiə naziri postundan gedəndən sonra Moskvaya köçüb və orada başqa soyadla yaşayıb. Həqiqətən də əldə olan məlumatlara əsasən, 2008-ci ildə İvannikov və ailəsi Moskvaya köçüblər və orada o, tezliklə “Qafqazda informasiya müharibəsinin kompleks xarakteri: sosial-fəlsəfi aspektlər” mövzusunda dissertasiya yazıb, daha sonra isə Rostov Cənubi Federal Universitetində müdafiə edib. The Insider və Bellingcat-in əlində olan dessertasiyada İvannikov ultra mühafizəkar konspiroloq Aleksandr Duqindən fəal şəkildə sitat gətirir və “yüksək vəzifəli şəxslər və xüsusi xidmət orqanlarının (Xarici Kəşfiyyat Xidməti, Baş Kəşfiyyat İdarəsi, Federal Təhlükəsizlik Xidməti və s.) nümayəndələrindən ibarət xüsusi qrupların” vasitəsilə “Qərbin informasiya və mədəniyyət yolu ilə Qafqaza müdaxiləsinin” qarşısını almağa çağırır.

İvannikov gedişindən sonra da Cənubi Osetiyada bu kimi məsələlərin həlli ilə məşğul olmağı tam dayandırmayıb. Məsələn, 2013-cü ildə İvannikovun Cənubi Osetiya sərhədini həqiqi familiyası, üstəlik Federal Təhlükəsizlik Xidmətində qeydiyyatdan keçirilmiş avtomobili ilə keçdiyi haqda Bellingat-a məlumat daxil olub.

Müdafiə naziri vəzifəsindən çıxarılandan sonra Laptyev-İvannikov Sxinvalidə məkan icarəyə götürüb və buranı “Avrasiya Tədqiqatları Mərkəzi” adlandırıb, bu mərkəzin direktorluğuna isə daha əvvəl Rusiya Baş Kəşfiyyat İdarəsi ilə əlaqəli olan elmi institutda işləmiş Soslan Pliyevi təyin edib.


More on JAMnews