İtaliya baş nazirinin rusiyayönlü baxışları Rusiya büdcəsindən ödənişin nəticəsi ola bilər" />

Rusiya Avropa siyasətçilərini necə maliyyələşdirir?

İtaliya baş nazirinin rusiyayönlü baxışları Rusiya büdcəsindən ödənişin nəticəsi ola bilər

Amerikanın  Buzzfeed nəşri bildirir ki, əllərində olan səs yazısı İtaliyanın “Liqa” sağçı partiyasının Kreml nümayəndələri ilə birlikdə Rusiya neftinin İtaliyaya çatdırılması prosesində böyük məbləğlərin oğurlanmasına dair hiyləgər sxem hazırladığından xəbər verir.

Gürcüstan kanalında Putinin ünvanına söyüş. Siyasətçilərin və ekspertlərin şərhi

Rəy: Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın

Nəticədə “Liqa” öz ehtiyacları üçün deklarasiyadan kənar 65 milyon dollar, rusiyalı vasitəçilər isə böyük “otkat” əldə edib. 2018-ci il seçkilərinin nəticələrinə görə, “Liqa” İtaliyada iqtidar partiyası olub. Buzzfeed reportyorları bütün bu sxemi açıblar, onlar bu sövdələşmə ilə bağlı 2018-ci ildə Moskvada keçirilən gizli görüşlər və maliyyə danışıqları haqda məlumat veriblər.

Görüş

Nəşrin məlumatına əsasən, 2018-ci ilin oktyabrında Salvininin (o zaman o, baş nazirin müavini idi) Moskvaya səfəri zamanı köməkçisi Canluka Savoyni də onunla gəlib. Məhz o, Kremlin adı çəkilməyən yüksək vəzifəli məmurları ilə görüşləri təşkil edib. Moskvanın “Metropol” otelində şam yeməyinə Savoyninin “Şimal Liqasından” daha iki silahdaşı da qatılıb.

Qiymət

Səs yazıları italyanların Rusiya neftinin İtaliyaya bir il ərzində 1,5 milyard dollara çatdırılması ilə bağlı razılığa gəlməyə çalışdığına işarə edir. Müqavilənin ümumi dəyərinin 4 faizi bilavasitə “Şimal Liqasına” çatmalı imiş.

Nəşrin hesablamalarına görə, baş nazir Salvininin partiyası bu əməliyyatlar sayəsində ümumilikdə 65 milyon dollara yaxın vəsait əldə etmək ümidində olub. Danışıqlar zamanı italyanlar bir neçə dəfə vurğulayıblar ki, “gözlənilən seçkilərə” görə çatdırılmaları mümkün qədər tez həyata keçirmək lazımdır. Çox güman ki, söhbət bu ilin mayında Avropa Parlamentinə keçirilən seçkilərdən gedir.

Mal

“Şimal Liqası” partiyası İtaliyada rusiyayönlü baxışları dəstəkləyir, Salvininin özü isə daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları “iqtisadi, sosial və mədəni səbəblərdən dolayı mənasızdır”.


More on JAMnews