Prezident Rusiya modelinin, cəmiyyətin böyük hissəsi isə Avropa modelinin tərəfdarıdır" />

Rusiya ailə modeli nə deməkdir və Ermənistan niyə onu dəstəkləyir

Prezident Rusiya modelinin, cəmiyyətin böyük hissəsi isə Avropa modelinin tərəfdarıdır

Foto: Gevorq Kazaryan, JAMnews

Ermənistanda ailədaxili zorakılığa qarşı qanunun qəbulunun vacibliyinin müzakirəsi fonunda prezident Serj Sarqsyan bəyan edib ki, Ermənistan Rusiya ailə modelini dəstəkləyir.

“Biz Rusiya tərəfinin təklif etdiyi ailə institutunun və ənənəvi ailə dəyərlərinin dəstəklənməsi haqda bəyanatını dəstəkləyirik… Ailə institutu cəmiyyətin əsası və xalqları birləşdirən amildir”, – Ermənistan prezidenti sentyabrın 11-də Soçidə MDB ölkə başçıları şurasının toplantısında bəyan etmişdi.

“Rusiya ailə modeli” dedikdə nəyi nəzərdə tutduğunu Serj Sarqsyan izah etməyib. O, həmçinin Rusiyada az əvvəl qəbul edilən ailədaxili zorakılığın dekriminallaşdırılması haqda qanunu da dəstəkləyib dəstəkləmədiyini də şərh etməyib.

Facebook istifadəçiləri isə Rusiya ailəsi haqda təsəvvürlərini ətraflı təsvir ediblər.

Bir neçə xarakterik şərh:

“Rusiya ailə modeli nə deməkdir? Bu, alkoqoliklərin və hər tərəfdə uşaqlarını uşaq evlərinə verənlərin modelidir? ”

“Anlamıranm niyə Sarqsyan hamının yerinə danışır və qərar verir?”

“Onların ailələri nədir ki, sən də onlardan nümunə  götürmək istəyirsən? Bizim erməni ailələri dünyanın ən yaxşı ailələridir”.

“Ailə zorakılığının qarşısının alınması” haqda yeni qanun layihəsi hazırda Ermənistanda ictimai müzakirəyə verilib. Ekspertlərin əksəriyyəti bu təşəbbüsü  mühüm və Avropa dəyərlərinə uyğun hesab edir.

2017-ci ilin birinci altı ayı ərzində Ermənistanda ailədaxili zorakılıqla bağlı 215 i.ə baxılıb.

2017-ci ildə Ermənistanın İstintaq Komitəsi ailə zorakılığı ilə bağlı 215 işə baxıb


More on JAMnews