Bu gün Aleksis Ohanyan bu imkanı Ermənistanın baş naziri ilə müzakirə edib" />

Reddit sosial şəbəkəsinin banisi, amerikalı milyonçu Aleksis Ohanyan Ermənistanda İT sferasının inkişafına kömək edəcək

Bu gün Aleksis Ohanyan bu imkanı Ermənistanın baş naziri ilə müzakirə edib

Erməni əsilli amerikalı milyonçu Reddit sosial şəbəkəsinin yaradıcısı Aleksis Ohanyan Ermənistanda biznesə başlamaq imkanını nəzərdən keçirir.

O, Ermənistana bu yaxınlarda gəlib. Köhnə “YerAZ” (1964-cü ildən 2002-ci ilədək fəaliyyətdə olan Yerevan avtomobil zavodu) markalı avtomobillə dostlarıyla birgə paytaxtı və ölkəni də gəzib. Ohanyan həmçinin piknik təşkil edərək dostlarını erməni təamlarına qonaq edib. Bu barədə vidonu isə sosial şəbəkədə yerləşdirib.

O, əsasən informasiya texnologiyaları sahəsinin inkişafına kömək göstərmək niyyətindədir.

Dünyanın ən uğurlu sosial şəbəkələrindən birinin sahibi baş nazir Nikol Paşinyanla Ermənistanda İT sahəsinin inkişaf perspektivlərini müzakirə edib.

Paşinyan Ohanyanın Ermənistanın ən prioritet sahələrinin birini inkişaf etdirmək təklifinə cavabında bildirib ki, bu yöndə diasporanın potensialından da istifadə etmək lazımdır.

Aleksis Ohanyan “Böyük dəbilqə” turnirin 23 qat qalibi Serena Uilyamsın əri kimi də tanınır.


More on JAMnews