Ergenetidə Tatunaşvilinin ölümü, Kutaşvili və Pavliaşvilinin saxlanılması ilə bağlı görüş keçirilir" />

Rəsmi Tbilisi Ergenetidə növbədənkənar görüş çağırıb. Sxinvali bildirir ki, saxlanılmış gürcülər artıq azad edilib

Ergenetidə Tatunaşvilinin ölümü, Kutaşvili və Pavliaşvilinin saxlanılması ilə bağlı görüş keçirilir

Bu gün Ergenetidə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin tələbi ilə insidentlərin və onlara reaksiya verilməsinin qarşısının alınması üzrə mexanizm (IPRM) üzvlərinin növbədənkənar görüşü keçirilir. Görüşdə həlak olmuş Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin cənazəsinin, həmçinin saxlanılmış Levan Kutaşvili və İoseb Pavliaşvilinin Gürcüstan tərəfinə təhvil verilməsi məsələsinin müzakirə edildiyi ehtimal olunur. Sxinvalidə bildirirlər ki, saxlanılan Kutaşvili və Pavliaşvili artıq azadlıqdadır.

“Saxlanılanlar Leninqor (Axalqori) sakinləridir. Onlar srağagün azad edilib və evlərinə gediblər. Bəzi məsələlər aydınlaşana qədər onların keçid icazəsi ləğv edilib. Kutaşvili və Pavliaşvili hələlik heç nə ilə ittiham olunmur, amma yaxın zamanda bəzi suallar ortaya çıxacaq, çünki onlar mərhumla birlikdə olublar”, – Cənubi Osetiya prezidentinin Cenevrə danışıqlarındakı nümayəndəsi Murat Cioyev bildirib.

Gürcüstan vətəndaşları Arçil Tatunaşvili, Levan Kutaşvili və İoseb Pavliaşvili 2018-ci il fevralın 22-də Cənubi Osetiyanın de-fakto hakimiyyətinin təmsilçiləri tərəfindən saxlanılmışdı. Osetiya tərəfinin məlumatına görə, Arçil Tatunaşvili fevralın 23-də Sxinvali xəstəxanasında “ürək çatışmazlığı” səbəbindən vəfat edib.

Cənubi Osetiya DTK-nın məlumatına görə, onun 2008-ci ildə Gürcüstan tərəfindən müharibədə döyüşdüyü və bununla da “osetin genosidində” iştirak etdiyi ehtimal olunur. Qurum bildirir ki, saxlanılan Tatunaşvili suallara cavab verməkdən imtina edib, təcridxanaya keçiriləndə isə müqavimət göstərib və nəzarətçilərdən birinin silahını əlindən almağa cəhd göstərib.

Gürcüstanın Axalqor rayon administrasiyasının rəhbəri Nuqzar Tinikaşvili Gürcüstanın Birinci telekanalına bildirib ki, Tatunaşvili tez-tez Gürcüstan hakimiyyətinin nəzarət etdiyi ərazilərdən keçərək Axalqoriyə gedir, orada meyvə və tərəvəz satırmış.

Mətndə istifadə olunan terminlər və toponimlər, o cümlədən də fikir və ideyalar məqalə müəllifinin mövqeyini əks etdirir, JAMnew-un və ayrı-ayrı əməkdaşlarının mövqeyi və baxışları ilə üst-üstə düşməyə bilər. JAMnew məqalənin altında yazılan təhqir, təhdid və zorakılığa çağırış məzmunlu, o cümlədən də etik və ya başqa baxımdan yolverilməz olan şərhləri silmək haqqını özündə saxlayır

More on JAMnews