Gürcüstan vətəndaşlarından başqa Rusiya, Ukrayna və İsveç vətəndaşlarının da köməyə ehtiyacı var" />

Qudauridə kanat yolu sıradan çıxıb. Xəsarət alanlar var

Gürcüstan vətəndaşlarından başqa Rusiya, Ukrayna və İsveç vətəndaşlarının da köməyə ehtiyacı var

Məşhur Qudauri dağ-xizək istirahəti zonasında kanat yolu sıradan çıxıb. Ən azı 10 adam müxtəlif dərəcəli xəsarət alıb. Zərərçəkənlərin arasında Gürcüstan, Ukrayna, Rusiya, İsveç vətəndaşları var. Həkimlərin sözlərinə görə, vəziyyəti ağır olan yoxdur.

Martın 16-da günün ikinci yarısında Qudauri dağ-xizək trasında qaldırıcı kanat sıradan çıxıb. Kanat birdən-birə qəza rejimində dayanıb, sonra yenə gözlənilmədən aşağı nöqtədə hərəkətə gəlib. Sərnişinlər kanat hərəkətdəykən aşağı tullanaraq xilas olmağa çalışıblar.

Hadisənin kadrları bir müddət əvvəl  ilk dəfə Facebook-da yayılıb.

Kadrlarda istirahətçilərin “qondollardan” necə tullandıqları görünür.

Gürcüstanın səhiyyə naziri David Sergeyenkonun sözlərinə görə, yerli Qudauri klinikasına tibbi yardım üçün 8 nəfər müraciət edib. “Xoşbəxtlikdən heç kim həlak olmayıb, ağır yaralılar da yoxdur. Xəsarət alanlardan ikisinə – Ukrayna və İsveç vətəndaşlarına yüksək diqqət tələb olunur”, – Sergeyenko bildirib və İsveçdən olan qonağın hamilə olduğunu qeyd edib. Onların hər ikisi vertolyotla Qudauridən Tbilisiyə göndərilib.

Daxili İşlər Nazirliyi artıq Cinayət Məcəlləsinin  dəmiryolu, su, hava, kanat nəqliyyatının istifadə qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə cinayət işi qaldırıb.

[custom-related-posts title=”OXŞAR MƏQALƏLƏR” order_by=”title” order=”ASC” none_text=”None found”


More on JAMnews