Dörd yeniyetmə qız qadının cəmiyyətdəki sosial rolundan danışır. Çox da qorxunc bir filmdir" />

Qızların da deməyə sözü var

Dörd yeniyetmə qız qadının cəmiyyətdəki sosial rolundan danışır. Çox da qorxunc bir filmdir

Qadınlara qarşı zorakılıq problemi elə geniş miqyas alıb ki, beynəlxalq ictimaiyyət artıq bu zorakılığa qarşı mübarizəyə həsr olunan xüsusi bir gün də ayırıb – 25 noyabr günü.

Go Group Media bu filmi çəkəndə çəkiliş qrupu bu zorakılığın əslində nədən ibarət olduğunu daha yaxşı anlamağa başladı. Adətən bu haqda qadını əri, atası və ya qardaşı, yaxud qohumlardan hər hansı biri döyəndə danışırlar. Tam miqyaslı zorakılıq isə ondan ibarətdir ki, artıq kiçik yaşlı qızları tərbiyə edərkən onlara başa salmağa çalışırlar ki, onlar cəmiyyətdə ikinci dərəcəli məxluqlardır və onları kişilər – ataları, ərləri idarə etməlidir.  

Film boyu özlərinin indiki həyatı və gələcəklərini necə gördükləri barədə danışan dörd yeniyetmə qızın hekayəsi yavaş-yavaş faciəyə dönür. Ailə qızın istəyi olmadan onu ərə verə bilər; kilsə aybaşı dövründə onlara gəlib dua etməyi qadağan edir; qardaşı gözləyir ki, bacısı ona qulluq etməli, paltarını yumalı, yemək hazırlamalıdır, çünki bacısı qızdır, o isə oğlan; ər hesab edir ki, xanımı gününün ən azı 12 saatını ona, uşaqlara qulluğa və ev işlərinə həsr etməlidir, “qalan vaxtı da istəsə hardasa işləyə bilər. 

Filmin qəhrəmanları olan qızlar da bununla razıdır. Onları bu cür böyüdüblər.

 


More on JAMnews