Ali məktəbə qəbul olunmaq üçün qızıl medalçılar ancaq bir imtahan verməli olacaq " />

Qızıl medal azərbaycanlı məzunları qəbul imtahanlarından azad edəcək

Ali məktəbə qəbul olunmaq üçün qızıl medalçılar ancaq bir imtahan verməli olacaq

Məktəbi qızıl medalla bitirən şagirdlər ali məktəblərə qəbul imtahanlarından azad olunacaq. Daha doğrusu, qəbul olunmaq üçün onlar ixtisas üzrə cəmi bir imtahan verməli olacaqlar. Bu haqda Milli Məclisin Elm və Təhsil Komitəsinin bu günkü plenar iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” yeni qanun layihəsində deyilir.

Qızıl medal attestatında təkcə əla qiymətlər olan orta məktəb məzunlarına verilir.

Azərbaycanlı tələbələrin xaricdə təhsillə bağlı təəssüratları 

Niyə maliyyələşdirmənin artırılması Gürcüstanda təhsilin səviyyəsinə təsir etmir? 

Ermənistanda inklüziv təhsilin problemləri və nailiyyətləri 

Hazırda universitetlərə necə qəbul olunurlar?

Abituriyentlər qəbul olunmaq istədikləri fakültələrin siyahısını qeyd etdikləri formanı doldururlar. Sonra bir neçə fənn üzrə test imtahanı verirlər və topladıqları baldan asılı olaraq, qeyd olunan fakültələrdən birinə qəbul olunurlar. Çox az bal topladıqları halda isə heç yerə qəbul edilmirlər. Qızıl medalın olması bu prosesə heç bir təsir göstərmir.

Rüşvət üçün daha bir səbəb?

Sosial şəbəkələrdə bu xəbəri ehtiyatla qarşıladılar. Yeni qanundan çoxları ancaq qızıl medalın “qiymətinin” artırılmasını gözləyir:

“Bu, nə dərəbəylikdir… Bu ona gətirib çıxaracaq ki, məktəb direktorları qızıl medalları çox baha satacaqlar”

“Qardaşım qızından qızıl medal üçün təxminən 300 dollar istədilər. Gələn il isə yəqin ki, artıq 30 min istəyəcəklər”

“Lap SSRİ vaxtındakı kimi. O vaxtlar da eyni qayda olub”.

Yeniliklərdən başqa, qanun layihəsinə həm də artıq mövcud olan, amma riayət olunmayan qaydalar da daxil edilib. Belə ki, misal üçün, o, bütün məktəbliləri Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş vahid formaya geyindirməyə çalışacaq. Azərbaycanda məktəb formasını geyinməklə bağlı qayda artıq çoxdan mövcudur, amma heç də bütün məktəblər buna riayət etmir.

Facebook Comments

More on JAMnews