Qışda getmək mümkün olmayan Azərbaycan kəndindən 13 foto
Buduq kəndi Azərbaycanın şimalındakı Quba rayonundan 50 kilometrlik məsafədə yerləşir. Kəndə iki saata gedib çıxmaq mümkündür: köhnə “Niva”, başqa sözlə, “sovet cipi” dağ yolları ilə çətinliklə qalxır.
Kəndin azı beş yüz yaşı var. Bu kəndi elə ona görə belə yüksəkdə salıblar ki, ora gedib çıxmaq çətin olsun. Əhali bu yolla silahlı feodalların basqınından qorunurdu.
İndi bərbad yol kəndi Qubadan, həm də sivilizasiyadan qismən təcrid edir, çünki müalicə, təhsil, hətta ərzaq üçün də Qubaya getmək lazım gəlir.
Qışda yol buz bağlayır və hərəkət dayanır. Buduqlular qalan dünyadan qopur və qədim zamandakı kimi yaşayırlar – dağ çayından axan su, ev südü və pendiri, yayda hazırlanmış ehtiyat konservlər.
Burada maldarlıq əsas dolanışıq mənbəyidir – adamların imkanı mal-qarasının sayı ilə ölçülür. Hər bir Buduq sakininin təxminən 30-40 baş heyvanı var – bunsuz burada yaşamaq mümkün deyil. Mal-qaranı əsrlərlə formalaşmış qaydaya uyğun saxlayırlar – yayda qoyunları dağların yoxuşlarında otarırlar, qışda isə dərəyə enirlər.
Dağ kəndində vacib olan şeylərdən biri də maşındır. Maşını olmayanlar ayda bir dəfə Qubaya gedib, ərzaq tədarükü görmək üçün taksi tutmalı olur.
Qonşu kəndlərdən Buduqa kömür, şəkər və benzin gətirib, ev yağı və pendirlə dəyişirlər.
İndi Buduqda 40 ailə qalıb. Çoxları, xüsusən də gənclər təbii təsərrüfatın “gözəlliklərindən” yorulub, Qubaya və digər şəhərlərə köçürlər.