İşləri 2018-ci ildə b aşlayıb 2019-cu ildə bitirmək nəzərdə tutulub " />

“Qazprom” Cənubi Osetiyanı qazlaşdırır

İşləri 2018-ci ildə b aşlayıb 2019-cu ildə bitirmək nəzərdə tutulub

Rusiyanın ən iri qaz şirkəti olan “Qazprom” 2019-cu ilin sonuna qədər Cənubi Osetiyanın tam qazlaşdırılmasını öz üzərinə götürüb.

Bununla yanaşə təbii qazın qiyməti bugünkü kubmetrinə görə 4.27 rubldan [təxminən 0,07 dollar] kubmetrinə görə 5.47 rubla [təxminən 0.09 dollar] qədər yüksələcək, yəni hazırda Şimali Osetiya sakinlərinin ödədiyi qiymətə olacaq.

Bu razılaşma Cənubi Osetiya prezidenti Anatoli Bibilovla “Qazprom” rəhbəri Aleksey Millerin Moskvada baş tutmuş görüşündə əldə edilib, – Cənubi Osetiya  prezidentinin mətbuat xidməti məlumat verir.

“Sentyabrda “Qazprom”la saziş imzalanacaq və növbəti ildən respublikanın qazlaşdırılması başlayacaq. “Qazprom” Cənubi Osetiya ərazisində 2,5 milyard rubldan artıq [təxminən 415 milyon dollar] məbləğdə qaz şəbəkəsini maliyyələşdirməyə hazırdır”, – Anatoli Bibilov jurnalistlərə deyib.

Bu gün Cənubi Osetiyada yalnız Sxibval sakinləri qazla təmin olunub.

Respublikaya qaz Rusiyadan 2007-2009-cu illərdə inşa edilmiş Dzuarikau-Sxibval magistral qaz xətti vasitəsilə daxil olur.

Materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews