Qarabağ münaqişəsi tərəflərinin arasında mübahisə mövzusuna çevrilən xalçalar" />

Qarabağ xalçası – nifaq alması

Qarabağ münaqişəsi tərəflərinin arasında mübahisə mövzusuna çevrilən xalçalar

Dağlıq Qarabağ münaqişəsinə görə xalçaçılıq da qarşıdurma mərkəzində qalıb: Azərbaycanda Qarabağ xalçalarını özlərinki, Ermənistanda və Dağlıq Qarabağda isə erməni xalçaları hesab edirlər.

Xalçaçı Roza Sarqsyan xatırlayır ki, divardan asılan xalça evlərinin ən dəyərli əşyası idi. “Böyük alqırmızı sarı və südrəngi naxışları olan xalça idi. İlk başdan bu xalça mənim cehizliyim üçün alınmışdı. Amma düzünü desəm, heç xoşuma gəlmirdi, çox nəhəng, ağır idi, buna görə də ər evinə bu xalça və “dəsti” olmadan getdim”.

“Dəsti” vaxtilə Qarabağda yaşayan ailələrin az qala şərəf məsələsi hesab olunan xalçalar dəstinə deyilir. 

Ötən əsrin 30-cu illərinə qədər Dağlıq Qarabağ evləri üçün xalçalar dörd hissədən ibarət toxunurdu və “dəst” adlanırdı – üç kilim və bir böyük xalça.

“Dəst” mədəniyyəti bu gün qalmayıb, amma xalçaçılığın Qarabağ qolu Ermənistanda və Qarabağda bu gün də davam edir və dünyaya erməni xalçaçılığı kimi təqdim olunur.

Anuş Sarqsyan

Roza xalça toxumağı məktəbin xalçaçılıq dərnəyində öyrənib. İndi bu onun işidir.

“Artsax xalçalarında xüsusi ornamentlər olur, hansı ki, onları digər regionların xalçalarından fərqləndirir. Güllər, arılar, həyat ağacı,parlaq rəngarənglik”, – Roza qəhvəsini qurtumlayaraq və bir əli ilə dəzgahdakı xalçanı sığallayaraq danışır.

Rozanın və digər dörd xalçaçının bir illik zəhməti nəticəsində bu gün Qandzasar monastır kompleksi və Şuşa şəhərindəki Müqəddəs Xilaskar Kazançetsots məbədi əl işi xalçalarla döşənib.

Qarabağ xalçası, 1927-ci ildə toxunub

Bu Qarabağ xalçası 1927-ci ildə toxunub. Əsası və xovu yundan hazırlanıb. Erməni xalçalarına xas olan ikili ilmə ilə toxunub. Qalınlığı 28X30 (kvadrat diametrdə) ölçüsündədir. Xovun uzunluğu yeddi millimetrdir.

Xalçanın qırmızı fonu at, it, balalayka çalan kişi rəsmləri ilə naxışlanıb. Xalça qıvrılmış şabalıdı iplərlə – başları hörülmüş saçaqlarla haşiyələnib. Bu cür ornamentli xalçalar Lori, Tavuş, Qarabağda çox yayılıb. Xalçaların ornamentləri təyinatına tam müvafiq yaradılır: naxışlardan biri mehrab üçündür, digəri döşəmə üçün.

“Qədim zamanlarda iplər rənglənəndən sonra inək sidiyinə salınırdı və yalnız bundan sonra yuyulurdu. Bu, boyanı daha davamlı edirdi”, – Ermənistan Tarix Muzeyinin etnoqrafiya şöbəsinin əməkdaşı Liliya Avanesyan danışır.

Gil kasalarda təbii boyalar

Liliya Avanisyan Qarabağ xalçaları haqda çox məlumatlıdır. O, Dağlıq Qarabağıən kəndlərini gəzib, qədim xalçaların fotolarını çəkib, xalçaçılarla danışıb, onların peşəkar sirlərini yazıb. 

Bu gün Qarabağ xalçalarını “Meqeryan” şirkətinin muzeyində görmək və almaq mümkündür. Şuşanik Hakopyanın 1880-ci ildə Hadrut rayonunda toxuduğu badam naxışlı xalçadan qalan bu parçanı muzeyə onun nəvələri bağışlayıb. 

Şirkət sahibləri Raffi Meqeryan hesab edir ki, “hər bir xalça kitab kimidir, erməni xalqının tarixinə dair informasiya daşıyır”.

“Xüsusi ornamenti və şux rənglərinə görə Artsax xalçalarına tələbat böyükdür”, – Raffi deyir.

Qarabağ xalçaları

əjdahalar, arılar, çiçəklər, həyat ağacı, qırmızının, göyün, ağın çalarları – gömgöydən firuzəyiyə, süd rəngindən fil sümüyü rənginə qədər, xalça üzərində bütün bu rənglərin mövcudluğu xalçaçılığın Qarabağ məktəbinə aid olduğunu göstərir.

Xalçalarda istifadə olunan hər bir ornament xüsusi anlamı olan naxışlardn ibarət olur: “Tsaxkaxaç” (Çiçəkli xaç), “Vişapaqorq” (Əjdaha xalçası), “Vaanavor” (Qalxanlı), “Mexvabun” (Arı yuvası), “Vorotan”, “Rombvari naxış”, “Amaras”, “Astxaavk” (Ulduz quş), “Həyat ağacı”…

Əjdaha işarəsi: “S” hərfinin əksində ermənilər yalnız Kosmos, Yaradanın işarəsini yox, həm də qədim ilan işarəsini görürlər. Qərb dünyası üçün bu, bir qədər ziddiyyətli və anlaşılmaz görünür. Demək olar ki, bütün Avropa, Şərq, hətta qədim erməni əfsanələrində əjdaha yalnız Yaradanın köməyilə məğlub etmək mümkün olan şər qüvvə kimi qəbul edilir, Ermənistanda isə başqa, tam əks xüsusiyyətlərə sahib daha qədim əjdaha var. Su mühafizi kimi o, nəhəng müdafiəçini, təbiətin dirçəlişi rəmzini özündə əks etdirir.

Həyat ağacı və ya Kosmos ağacı mifoloji, Bibliya motivləri daşıyır. Həyatın şaquli xəttini vurğulayır – doğuşdan çiçəklənənə qədər, məhsuldarlıq, uzun ömürlülük, olümsüzlük.

Svastika – kosmik qüvvənin müstəqil nişanı. Mahiyyətcə ucları əyilmiş xaçdan ibarətdir, günəşin hərəkətini – sağdan sola, soldan sağa – göstərir. Bu nişan günəş rəmzi hesab edilir, çünki o, günəş dairəsi ilə birlikdə əks olunur.

Badam – analıq və məhsuldarlıq rəmzi. 

Arı  – ilahi ananı, əməyi, yaradıcılığı simvolizə edən arı kultu olub. 

Lilit Avanesyanın sözlərinə görə, bu Qarabağ xalıları üçün xüsusi cinsdən olan qoyunların yunundan istifadə olunub.

“Bu, “Qarabağ” cinsli qoyunların yunudur, rəngarəgdir (qəhvəyi, boz, qara və sairə rənglərin müxtəlif çalarları)” – Liliya Avanesyan danışır.

Bir qoyundan qırxılan yun bəzən üç-dörd kiloqram təşkil edir. Qoyun yunu prujin kimidir, onu yaxşı-yaxşı əyirmək lazımdır, yoxsa, xalça deformasiyaya uğrayacaq. Artsaxın Dizak əyalətinin xalçaları xüsusilə möhkəm əyirilmiş yunu ilə seçilirdi. Qarabağ xalçalarının klassik qalınlığı 32X36 ilmədir (kvadrat diametrə düşən iplərin sayı).

Asmik Sayadyan əmin edir ki, indi də onların demək olar ki, bütün xammalı – yun, boya – yerli istehsaldır.

“İpliyin açıq sarı rəngini biz ağ tut ağacının kəpəyindən əldə edirik, qəhvəyini qoz, ağ nar qabığından, sarı rəngi solmazçiçək güllərindən, qırmızını boyaqotu köklərindən, yalnız göy rəng indiqodur, Hindistandan idxal edirik”.

Xalça, Qarabağ, 20-ci əsrin əvvəli

Rəng möhkəmləndirici qismində indi də təbii materiallardan istifadə olunur.

“Dörd cür möhkəmləndiricidən istifadə ediri, amma mən yalnız ikisinin adını deyəcəm – zəy və çaxır daşı, qalan ikisini sirr olaraq saxlayırıq”, – Asmik Sayadyan deyir.

Vernisaj, Yerevanda bazar

Vernisaj, Yerevanda bazar

Qarabağ xalçaları hətta Vernisajda – Yerevanın mərkəzində açıq səma altında bazarda da satılır.

Onlarla xalça arasında Valeri Ovsepyan iki xalçanı göstərir və əmin edir ki, bunlar Qarabağ xalçalarıdır.

“Bunları əsasən diasporadan olan ermənilər alır”, – yerli bazarda xalçalara marağın azaldığından şikayətlənən Valeri deyir.

   

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews