Ekspertlər hesab edirlər ki, Qarabağ Azərbaycan və Ermənistanla eyni sırada özünü münaqişə tərəfi kimi qəbul etdirməyə israrlı olacaq" />

Qarabağ ermənilərinin liderinin münaqişənin həlli üzrə danışıqlar prosesinin iştirakçısı olan ölkələrə səfəri Azərbaycanı hiddətləndirib

Ekspertlər hesab edirlər ki, Qarabağ Azərbaycan və Ermənistanla eyni sırada özünü münaqişə tərəfi kimi qəbul etdirməyə israrlı olacaq

Azərbaycanda tanınmamış Dağlıq Qarabağ Respublikası liderinin ATƏT-in Misk Qrupunun tərkibinə daxil olan üç ölkəyə səfəri müzakirə olunur.

• Azərbaycan-Rusiya münasibətlərində bal ayı

Azərbaycan XİN rəsmi bəyanat yayaraq,  bu səfərlərin “münaqişə ətrafında vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara biləcəyi” ilə bağlı xəbərdarlıq edib.

“Bu  halda bütün məsuliyyət erməni tərəfinin üzərinə düşəcək”, – Azərbacan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Hansı səfərlərdən söhbət gedir?

Qarabağ ermənilərinin lideri Bako Saakyan 2018-ci il noyabr ayı ərzində Minsk Qrupuna daxil olan hər üç ölkəyə – ABŞ, Fransa və Rusiyaya səfər edib.

Ən son səfər noyabrın 24-də Moskvaya baş tutub. Saakyanın mətbuat xidməti onun Moskvaya səfəri haqda   məlumat verib, amma bu səfərin təfərrüatı barədə başqa heç nə məlum deyil.

Nəticədə Fransa Azərbaycan XİN-dən etiraz notası alıb, ABŞ və Rusiya isə yalnız bəyanatla qarşılaşıb.

“[Tanınmamış Qarabağım liderini] qəbul etməklə [Moskva] Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqda sazişi pozur”, – Azərbaycan XİN-in bəyanatında deyilir.

XİN xatırladır ki, bu sazişə əsasən, “tərəflər separatçı hərəkatları dəstəkləməmək öhdəliyini götürüblər və həmçinin ayrı-ayrı şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətini qadağan edir və qarşısını alır”.

Dağlıq Qarabağ Respublikası Cənubi Qafqazda əhalisinin böyük hissəsini etnik ermənilərin təşkil etdiyi tanınmamış respublikadır. Dağlıq Qarabağ ətraf ərazilərlə birlikdə 1991-1994-cü illərdə hərbi əməliyyatların nəticəsində erməni tərəfinin nəzarəti altına keçib. Münaqişə “dondurulmuş” hesab edilir, lakin qoşunların təmas xəttində atışmalar davam edir və insanlar həlak olur.

 

ATƏT-in Minsk Qrupu (The OSCE Minsk Group) — Qarabağ münaqişəsiin sülh yolu ilə həllinin axtarışına rəhbərlik edən ATƏT-in üzv ölkələri qrupudur.

• Qarabağın ayrılması necə başlamışdı? – Mark Qriqoryanın xatirələri 

• Ermənistan və Azərbaycanda müharibə oyunu 

Ekspertlər nə deyir?

Azərbaycanlı ekspetlər bir məsələdə yekdildirlər ki, Bako Saakyanın səfərləri həmsədrləri Qarabağ münaqişəsi üzrə danışıqlarda Qarabağ ermənilərini tərəf kimi qəbul etməyə məcbur etmək niyyətindən xəbər verir.

JAMnews-un siyasi şərhçisi Şahin Rzayev:

“Qarabağ ermənilərinin liderlərinin Avropa ölkələrinə və Rusiyaya səfərlərində yeni bir şey yoxdur. Onlar bu təcrübədən münaqişənin lap əvvəlindən, 90-cı illərdən istifadə edirlər.

Həmin səfərlərin əsas məqsədi siyasi deyil, daha çox humanitardır. Onların səsi onsuz da eşidilir, belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mütəmadi olaraq Xankəndini ziyarət edirlər. Bu səfərlərdə Qarabağ ermənilərinin liderləri müxtəlif xeyriyyəçilik fondları ilə görüşlər keçirir və özünü müstəqil elan etmiş respublikada çətin həyatı dəstəkləmək üçün ianələr barədə razılığa gəlirlər.

Bəs nəyə görə bu dəfə Azərbaycanın reaksiyası əvvəlkilərə nisbətdə daha kəskin oldu? Yəqin ona görə ki, Ermənistanda hakimiyyət dəyişib və yeni lider Nikol Paşinyamn Qarabağ ermənilərini münaqişə tərəfi kimi qəbul etməyi və birbaşa onlarla danışıqlar aparmağı təklif edib. Bu Bakını qıcıqlandırır.

İlk zərbəyə Fransa tuş gəldi, belə ki, Saakyan turnesinı məhz Parisdən başladı. Sonradan Qarabağ erməınilərinin lideri Vaşinqtona və Moskvaya yollandı, reaksiya isə bir az yumşaldı. Bunun səbəbləri barədə yalnız ehtimal irəli sürmək olar, lakin güman ki, ABŞ və Rusiyaya bizim hakimiyyət Fransaya nisbətən xeyli çox hörmət edir və onlardan çəkinir”.


More on JAMnews