İrakli Okruaşvili Mixail Saakaşvili hökumətində müdafiə naziri olub. O, siyasətə qayıdıb və yeni müxalifət hərəkatının əsasını qoyub" />

Qalmaqallarla məşhur siyasətçi bütün Gürcüstan üzrə hakimiyyətdən narazıların səfərbərliyinə başlayır

İrakli Okruaşvili Mixail Saakaşvili hökumətində müdafiə naziri olub. O, siyasətə qayıdıb və yeni müxalifət hərəkatının əsasını qoyub

Gürcüstanın keçmiş müdafiə naziri (Mixail Saakaşvilinin “inqilabi” hökumətində) İrakli Okruaşvili siyasətə qayıdıb və Tbilisidə “Qalib Gürcüstan” yeni müxalifət hərəkatının təqdimatını keçirib.

Siyasətçi özünü hakim partiyaya, ilk növbədə onun başçısına, ölkənin qeyri-foamrl lideri, milyarder Bidzina İvanişviliyə əks mövqedə görür.

Okruaşvili ilə birlikdə yeni hərəkatı Milli forumun keçmiş sədri Qubaz Sanikizde, Gürcüstan Ali Məhkəməsinin keçmiş sədri Kote Kemulariya və parlamentin sabiq üzvü Valeri Gelbaxiani təqdim ediblər.

Okruaşvilinin təqdimatda bildirdiyinə görə, yeni hərəkat bütün Gürcüstan üzrə tərəfdarlarının səfərbərliyinə başlayır və oktyabrda böyük qurultay keçirəcək.

“Bu, bir və ya bir neçə həfər ətrafındakı şaqul üzərində qurulmuş siyasi struktur olmayacaq. Biz ölkədəki vəziyyəti artıq dözülməz sayan çox narazı insanı bir hərəkatda birləşdirmək iddiasındayıq.

Biz həmçinin (partiya lideri) Bidzina İvanişviliyə qarşı çıxmış hakim “Gürcü arzusu” partiyasıının istənilən üzvü ilə əməkdaşlıq edəcəyik. Qapılarımız onlar üçün açıqdır”, – Okruaşvili deyib.

Qubaz Sanikidze öz çıxışında bildirib ki, yeni hərəkat ölkəyə yeni alternativ təklif edir.

“Bu gün Gürcüstan hələ də yol ayrıcındadır. Hazırkı hakimiyyət və onun liderinin təklif etdikləri yol qaranlıq zirzəmiyə gedən yoldur ki, burada nadanlıq, ümidsizlik hissi, yalan, riyakarlıq, nifrət, satqınlıq hökmranlıq edir, burada ümummilli maraqlar şəxsi maraqlarla əvəzlənib… Burada dövlət qanunla deyil, bir nəfərin istəkləri ilə idarə olunur”, – Sanikidze deyib.

Onun sözlərinə görə, yeni hərəkat ölkəyə “ikinci yol” təklif edir ki. bu yolda islahatlar davam etdiriləcək, ölkədə inkişaf perspektivi olacaq. Kote Kemulariyanın sözlərinə görə, Gürcüstanın hazırkı hökuməti “müstəqilliyin itirilməsi”nə gətirib çıxara bilər. Onun fikrincə, Ukraynanın da təcrübəsi sübut edir ki, “oliqarxların hakimiyyətdə olduqları zaman keçib”.

İrakli Okruaşvili kimdir

İrakli Okruaşvili 2004-2006-cı illərdə Gürcüstanın müdafiə naziri olub. O, Saakaşvilinin ən yaxın silahdaşı olub, lakin 2007-ci ildə Gürcüstanda müxalifət partiyasının yaradıldığını elan edib və Saakaşvilinin ünvanına ciddi ittihamlar səsləndirərək, onu avtoritarizmdə günahlandırıb və bundan sonra korrupsiyada ittiham olunaraq həbs edilib.

Həbsdən sonra o, müraciət edərək, prezidentin ünvanına səsləndirdiyi ittihamlardan imtina edib və zaminə azadlığa buraxılıb. Daha sonra isə Gürcüstanı tərk edib və Fransada siyasi sığınacaq alıb.

2008-ci ildə məhkəmə onu rüşvətxorluğa görə qiyabi olaraq 11 il müddətinə həbs cəzasına məhkum edib.

Okruaşvili Gürcüstana 2012-ci ildə – hakimiyyət dəyişildikdən sonra qayıdıb, tezliklə onun üzərindən bütün ittihamlar götürülüb, məhkəmənin hökmü ilə ləğv edilib.

Müdafiə naziri olduğu dövrdə Okruaşvili Rusiyanın, həmçinin tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının ünvanına sərt və radikal bəyanatları ilə məşhurlaşıb. Ələlxüsus, 2006-cı ildə o, “Yeni ili Tsxinvalidə (Cənubi Osetiyanın paytaxtında) qarşılamağa” söz verib.

Gürcüstan silahlı qüvvələrinin uğurlu islahatları prosesinin başlanmasını da Okruaşvilinin adı ilə əlaqələndirirlər.

Son zamanlar Okruaşvili hökumətin və hakim “Gürcü arzusu” partiyasının, o cümlədən onun lideri Bidzina İvanişvilinin ünvanına kərkin tənqid dolu çıxışlar edib.


More on JAMnews