Çoxlu “qadın” filmi, qapalı konsert və köhnə kombinatda əyləncə axşamı " />

“Qadın olmaq” – Bakıda gender bərabərliyinə dair art-festival keçirilir

Çoxlu “qadın” filmi, qapalı konsert və köhnə kombinatda əyləncə axşamı

Azərbaycanda qadının müasir dünyadakı roluna həsr olunmuş art-festival keçirilir. Proqrama kino nümayişləri, sərgilər, müzakirələr və ədəbiyyat axşamı daxildir. Festival sentyabrın 17-dən 27-ə qədər davam edir.

• Azərbaycanda andeqraund incəsənəti – yardım əvəzinə senzura

• Hicab, ya da iş – Azərbaycanda müsəlman qadınlar diskriminasiyadan şikayətlənir

Festival haqda daha ətraflı

“MAIDEN TOWER. To Be a Woman” (QIZ QALASI: Qadın olmaq) müasir incəsənət festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti tərəfindən Avropa ölkələrinin səfirlikləri və yerli tərəfdaşlarla birlikdə təşkil edilib.

Təşkilatçılar bu festivalı Azərbaycan qadınının seçki hüququ qazanmasının yüz illiyinə həsr ediblər. “Festival özündə qadınların Azərbaycan və dünya cəmiyyətində rolunun gücləndirilməsini əks elətdirir”, – təşkilatçılar bildirir.

Festivalda Almaniyadan Argentinaya qədər dünyanın müxtəlif ölkələrindən olan rəssamlar, mədəniyyət fəalları və digər yaradıcı insanlar iştirak edir. Əlbəttə ki, yerlilər də.

Festival proqramı

İlk festival tədbirləri hələ rəsmi açılışdan əvvəl baş tutub.

Sentyabrın 17-də “Nizami” kinoteatrında Yunanıstan istehsalı olan “Pomidorlar Vaqnerə rast gəldikləri zaman” sənədli filmi nümayiş olunub.

Sentyabrın 18-də Bakı kənarındakı tərk edilmiş yarı-dağılmış vəziyyətdə olan kombinat bir axşamlığına art məkanına çevrilib. Gənc rəssamlar binanın çöl divarlarını cəsarətli qraffitilərlə bəzəyiblər, heykəl sexində isə müasir musiqi konserti təşkil ediblər.

Bunun ardınca festival proqramında çox sayda film nümayişi yer alıb. Məsələn: 

  • ailəsi tərəfindən 10 il müddətində faktiki olaraq kölə vəziyyətində saxlanılan qadın haqqında Macarıstan istehsalı olan sənədli film;
  • kimyəvi məhlulla üzü yandırılan gənc britaniyalı qadının həyata qayıtmaq çabasından bəhs edən Hollandiya dramı;
  • Braziliyanın ilk diplomat qadınının yüz illik yubileyinə həsr olunmuş sənədli film.

Həmçinin müxtəlif ölkələrdən olan şairələrin şeir axşamları, bir neçə müzakirə və sərgi də nəzərdə tutulub.

Əksər tədbirlərə giriş pulsuzdur, amma bəzilərinə yalnız dəvətnamə ilə qatılmaq mümkündür. Məsələn, Yunanıstan və Azərbaycan musiqiçilərinin birgə konsertinə. 

Ətraflı proqramla festivalın saytında tanış olmaq olar.


More on JAMnews