Qədim kompleks iki ölkə arasında hələ də mübahisə predmeti olaraq qalır. Sərhədin delimitasiyası haqda danışıqlar gedir" />

Gürcüstanlı fəallar Gürcüstan və Azərbaycan sərhədinin mübahisəli hissəsində yerləşən monastırın ətrafında yenidən aksiya keçirib

Qədim kompleks iki ölkə arasında hələ də mübahisə predmeti olaraq qalır. Sərhədin delimitasiyası haqda danışıqlar gedir

Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya olunmamış hissəsində, dağlıq ərazidə yerləşən qədim monastır kompleksi ətrafında siyasi münaqqişə dərinləşir.

Söhbət Gürcüstanda David-Qareci, Azərbaycanda isə Keşikçidağ adlandırılan tarixi abidədən gedir.

David-Qareci / Keşikçidağ – unikal fotolar, video, Azərbaycan və Gürcüstan arasındakı mübahisənin tarixçəsi 

Gürcüstanın milli azlıqlar yaşayan regionlarında Rusiya təbliğatı necə işləyir

David-Qareci / Keşikçidağ təxminən 6-cı əsrə aid abidədir. O zamandan bəri bu regionda dövlət sərhədləri dəfələrlə dəyişib və bu gün Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya olunmamış hissəsi məhz kompleksin üzərindən keçir. Sərhədin bu hissəsinin delimitasiyası və müvafiq olaraq bu tarixi abidənin taleyi haqda danışırlar iki dost və strateji tərəfdar olan ölkə arasında dəfələrlə bərpa edilib. Amma hələlik heç bir nəticə verməyib.

 

Azırbaycan və Gürcüstan David-Qareci / Keşikçidağın kimə məxsus olduğu haqda bir-birindən çox fərqlənən tarixi məlumatlar təqdim edirlər. Gürcüstan bildiri ki, bu, gürcü mədəniyyətinin nümunəsinin, Azərbaycan isə onu alban mədəniyyətinə aid edir.

Mayın 28-də fəallar və keşişlər David Qarecidə növbəti etiraz aksiyasını keçiriblər – yüzlərlə vətəndaş təpədə, sərhəd xəttinin keçdiyi Çuçkituri qalasının ətrafında canlı zəncir yaradıblar və təpənin zirvəsinə Gürcüstan bayrağı sancıblar.

“Bu, Gürcüstan cəmiyyətinin David Qareciyə qarşı yaranmış təhlükəyə reaksiyasıdır. Azərbaycan tərəfinin bizim hakimiyyətə göstərdiyi təzyiq çox böyükdür və bizim hökumətimiz dözməyə bilər. Buna görə də vətəndaşlar burada toplaşıb”, – aksiya təşkilatçılarından biri David Katsarava deyib.

გარეჯი დღეს.

Posted by დავით ქაცარავა on სამშაბათი, 28 მაისი, 2019

Gürcüstanın sərhəd polisinin rəis müavini Temur Kupatadzenin sözlərinə görə, sərhədçilər Azərbaycandan olan həmkarları ilə birlikdə etiraz aksiyasının keçirildiyi əraziyə nəzarət edib, iştirakçılara və keşişlərə tədbirin təhlükəsiz şəraitdə keçirilməsi üçün kömək göstəriblər.

“Azərbaycan tərəfindən guya təxribatların olduğu haqda dezinformasiya yayılmışdı. O tərəfdən bura bircə nəfər də olsun Azərbaycan vətəndaşı keçməyib, orada yalnız öz vəzifəsini yerinə yetirən sərhədçilər dayanıb. Sərhəd polisinin əməkdaşları bütün növ təxribatların qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün yerlərdədirlər”,  — Kupatadze deyib.

Mayın 27-də Gürcüstan Pravoslav Kilsəsinin Katolikos-patriarxı İkinci İliya David Qareci ətrafında yaranan vəziyyətlə bağlı bəyanatla çıxış edib:

“Sakitliyi qorumaq vacibdir; daha tədbirli olmaq və vətəndaş məsuliyyəti nümayiş etdirmək lazımdır, xüsusən də ruhanilər və inanclılar”, – Patriarxın katibi Mixail Botkovelinin səsləndirdiyi bəyanatda belə deyilir.

Patriarxın bəyanatında qeyd olunur ki, son hadisələrin analizi Gürcüstan və Azərbaycan münasibətlərində gərginliyin olmasını üçüncü tərəf istəyir və bu yolverilməzdir.

“Biz həmçinin Gürcüstan və Azərbaycan hakimiyyətlərini intensiv danışıqlar aparmağa çağırırıq ki, ədalətli nəticə əldə edilsin, bizim xalqlarımız və bizim ölkələrimiz arasındakı dostluq qorunsun və dərinləşsin. Gürcüstan kilsəsi öz tərəfindən bu prosesdə fəal iştirak etməyə hazır olduğunu ifadə edir”, – patriarxın bəyanatında deyilir.

Mayın 26-da gürcü fəallar David Qarecinin Gürcüstan ərazisində olan hissəsinsdə növbəti etiraz aksiyası keçiriblər. Yenə də yüzlərlə gənc əl-ələ tutaraq təpə boyu düzülüblər. Bu canlı zəncir monatır kompleksinin Azərbaycan ərazisində yerləşən hissəsindəki Çiçxituri qülləsinə və Udabno məbədinə doğru uzanıb.

Biz tələb edirik ki, bütün David Qareci kompleksi, Udabno məbədi və Çiçxituri kilsəsi həmişə açıq olsun. Biz bildiririk ki, torpağımızın heç bir hissəsini verməyəcəyik – bizim buna haqqımız yoxdur”, – nümayiş təşkilayçılarından biri David Katsarava bildirib.

Fəallar David Qarecidə növbəti aksiyanı mayın 28-də keçirməyi vəd ediblər. Onların sözünə görə, bu, keçiçlərin və ictimai qrupların birgə aksiyası olacaq və “David Qareci və Qafqaz – bizim evimizdir” adını daşıyacaq.

Biz Gürcüstan, Azərbaycan və Ermənisdtan bayraqlarını gətirəcəyik və bu, bizim heç kimlə, xüsusən də qafqazlı qardaşlarımızla düşmənçilik istəmədiyimizin ifadəsi olacaq”, – fəalların bəyanatında deyilir.

Gürcüstanlı fəalların David Qarecidə yeni etirazlarına kompleks rayonunda Azərbaycan tərəfindən yeni yolun inşası səbəb olub. Gürcüstan tərəfinin məlumatına görə, inşaat işləri mayın 25-ə qədər davam edib və bunu gürcüstanlı fəalların yaydığı dron çəkilişləri də təsdiq edir.

Amma Azərbaycan tərəfi bildirir ki, abidə ətrafında heç bir inşaat işi aparılmayıb.

Sərhədin delimitasiya problemi: mahiyyət və perspektiv

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat kaitibi Leyla Abdullayevanın bildirdiyinə görə, iki ölkə arasında 480 kilometrlik sərhədin yalnız 314 kilometri razılaşdırılıb.

Yerdə qalan 166 kilometr ətrafında məsələnin həlli üçün 1996-cı ildə delimitasiya və demarkasiya üzrə Gürcüstan-Azərbaycan ikitərəfli komissiyası yaradıılıb. Amma komissiyanın işi heç vaxt fəal olmayıb, 2011-ci ildən isə ümumiyyətlə toplaşmayıb.

Bütün bu müddət ərzində keşişlər və turistlər David-Qareciyə Gürcüstan tərəfindən heç bir maneəsiz gedib-gəliblər, o cümlədən Azərbaycan tərəfində qalan hissəsinə də pasport nəzarətindən keçmədən, məhdudiyyətsiz ziyarət edə biliblər.

2019-cu ilin aprel-may aylarında, Azərbaycan sərhədçiləri kompleksin öz ərazilərindəki hissəsinə girişi bağlayandan sonra vəziyyət qəfil gərginləşib.

Münaqişənin kəskin fazası bir neçə gündən sonra həllini tapıb.

2011-ci ildən sonra Bakıda mayın 23-24-də Sərhədlərin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın ilk iclası olub. Gürcüstanı xarici işlər nazirinin müavini Laşa Darsaliya, Azərbaycanı isə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Komissiyanın növbəti iclasının Tbilisidə 2019-ci il iyunun yarısında keçirilməsi gözlənilir.

Tərəflərin rəsmi reaksiyası

Gürcüstan

“David Qareci məsələsi Gürcüstan cəmiyyəti üçün çox həssasdır”, – Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

O, “Azərbaycanın Gürcüstanın xahişini nəzərə alaraq, inşaat işlərini dayandırmasını” yüksək dəyərləndirib – “baxmayaraq ki, inşaat işlərinı yalnız öz ərazilərində aparırdılar”.

Mamuka Baxtadze hesab edir ki, “Azərbaycan və Gürcüstan arasında proses (sərhəddin delimitasiyası) sona qədər qardaşlıq və strateji tərəfdaşlıq əsasında aparılacaq”.

Azərbaycan

Mayın 22-də Azərbaycanın “Azərbərpa” Elmi-Tədqiqat İnstitutunun nümayəndələri Keşikçidağ qoruğunda olublar.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Mühafizəsi, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin direktoru Teymur Kərimli bildirib ki, ziyarətçilərin rahatlığı üçün tarixi abidənin ərazisində müasir infrastruktur quraşdırılacaq.

“İndi qoruq əməkdaşları üçün administrativ binanın inşası ilə bağlı danışıqlar aparılır. Bundan başqa, yollar təmir olunacaq və abidələrin konservasiyası və mühafizəsi üzrə tədbirlər gücləndiriləcək”, – ONA agentliyi Kərimova istinadən xəbər verir. 

Azərbaycanın Xarici İşlər Nazirliyi öz növbəsində bəyan edib ki, “Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tez bir zamanda delimitasiyasının tərəfdarıdır”.

Azərbaycanda ekspertlər Gürcüstanı kompleks məsələsini siyasiləşdirməməyə və ajiotaj yaratmamağa çağırıb.

Facebook Comments

More on JAMnews