2014-cü ildə qanunvericiliyə edilən dəyişiklikdən sonra qeyri-hökumət təşkilatları həqiqətən də yalnız dövlət tərəfindən maliyyələşə bilər " />

Prezident köməkçisi hesab edir ki, Azərbaycanda QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir

2014-cü ildə qanunvericiliyə edilən dəyişiklikdən sonra qeyri-hökumət təşkilatları həqiqətən də yalnız dövlət tərəfindən maliyyələşə bilər

“Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) 99 faizi dövləti və dövlətçiliyi təbliğ edir”, – prezidentin ictimai-siyasi işlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyinə həsr olunmuş tədbirdə bildirib. Həsənov vurğulayıb ki, bu “xoş” göstəricidir.

Məmurun sözlərinə görə, xüsusən də “xarici çevrələrin təsiri altına düşərək, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə olunan” digər QHT-lərin fonunda.

Hazırda yerli QHT-lərin xarici donorlardan maliyyə almaq üçün rəsmi qayda praktiki olaraq mövcud deyil. Belə vəziyyət 2014-cü ilin dekabrında, Azərbaycan hökuməti QHT-lərin xaricdən qrant alması prosesesini nəzarət altına almağa çalışandan sonra yaranıb.

Yeni qaydalara əsasən, bütün xarici qrantlar AR Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. Bu birincisi. İkincisi isə, donor fondlarının və təşkilatlarının özləri də Azərbaycanda qeydiyyatdan keçməlidir. Bu nəzarətin xeyrinə arqument olaraq bildirilib ki, xarici pulların hara xərcləndiyinə nəzarət etməmək ölkəni potensial risk qarşısında qoymaq deməkdir. JAMnews-un məqaləsində bu haqda daha ətraflı oxumaq mümkündür.

Nəticədə xarici donorlar Azərbaycandan üz döndərib, donor vəsaitləri hesabına fəaliyyət göstərən QHT-lərin çoxu isə bağlanıb və ya fəaliyyətini xeyli məhdudlaşdırmalı olub.

QHT-lərdən biri – Humanitar Tədqiqatlar İctimai Birliyidir. Təşkilat rəhbəri Əvəz Həsənov deyir ki, 2014-cü ildən sonra onlar faktiki olaraq fəaliyyətlərini dayandırıblar, baxmayaraq ki, kağız üzərində mövcudluqları davam edir:

“Ümumiyyətlə, əgər 2014-cü ilə qədər ölkədə 200-ə yaxın fəal QHT vardısa, indi onlardan 50-i ayaqda qalıb, onlar da işləyə bilmir. İndi QHT-lərin vəsait tapmaq üçün faktiki olaraq bir yolu var – maliyyəni dövlətdən almaq. Hökumət isə təbii ki, lazım bildiyi layihələri maliyyələşdirəcək. Odur ki, Əli Həsənovun səsləndirdiyi 99 faiz, məncə, həqiqətə uyğundur”.

Öz çıxışında Əli Həsənov ötən 10 il müddətində dövlətin qeyri-hökumət təşkilatlarının 4500 layihəsini dəstəkləmək üçün 36 milyon manat xərclədiyini xatırladıb. Bu, hazırkı məzənnə ilə 21 milyon dollar təşkil edir.

Həsənov həmçinin bu sektorda 30 minə yaxın insanın işlə təmin olunduğunu da bildirib.

Öz siyasi baxışlarından asılı olaraq, xəbər agentlikləri Əli Həsənovun sözlərinə çox müxtəlif reaksiya verib və onları fərqli yozub. Bəziləri onun çıxışından sitat gətirməklə yetinsə də, digərləri, məsələn, Contact.az hesab edir ki, öz sözləri ilə Əli Həsənov “ölkədə mövcud olan QHT-lərin hökumətyönlü (GONGO) olduğunu etiraf edib”.


More on JAMnews