Xüsusi təyinatlılar gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib " />

Polis Gürcüstan parlamenti qarşısında aksiyanı dağıtdı

Xüsusi təyinatlılar gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib

Xüsusi təyinatlı polis Gürcüstan parlamenti qarşısında etiraz aksiyasını dağıdıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək, palrament qarşısındakı ərazini nümayişçilərdən təmizləyb.

Qarşıdurma bir neçə saat davam edib. Parlamentə uğursuz hücum cəhdindən sonra xüsusi təyinatlılar gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməyə başlayıb.

Qaz və rezin güllələrdən zərər çəkən adamları təcili yardım maşınları aparıb.

Foto: JAMnews

Aksiya iştirakçıları qazdan qonşu küçələrə qaçır, sonra da təkrar parlament qarşısındakı meydana qayıdırdılar, buradan da onları xüsusi təyinatlılar qovurdu.  

• Tbilisidə nümayişçilər parlament binasına soxulmağa çalışır

Foto: JAMnews

Tbilisinin mərkəzində bir neçə minlik aksiya parlamentin iclas zalında Parlamentlərarası Pravoslav Assambleyasının iclası keçiriləndən və iclası Gürcüstan parlament sədri yerindən Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov açandan sonra başlayıb. Etirazçılar parlament sədri, DİN və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərlərinin istefasını tələb edirlər.  

 

 


More on JAMnews