Müzakirə olunan digər məsələlər arasında Qarabağ münaqişəsinin nizamlanması perspektivləri və Türkiyə ilə münasibətlər də var" />

Pentaqonun Ermənistanda yaratdığı biolaboratoriyalar Rusiya XİN rəhbərinin Yerevana səfərinin əsas mövzularından biri kimi

Müzakirə olunan digər məsələlər arasında Qarabağ münaqişəsinin nizamlanması perspektivləri və Türkiyə ilə münasibətlər də var

Sergey Lavrov, bioloji laboratoriyalar, ABŞ, Pentaqon, Qarabağğ münaqişəsi, öz müqəddəratını təyin etmə, ərazi bütövlüyü, Türkiyə

Rusiyalı mütəxəssislərin Ermənistan ərazisində yerləşən bioloji laboratoriyalara buraxılması məsələsi Ermənistan xarici işlər naziri Sergey Lavrovun Ermənistana ikigünlük səfərinin yekunu olaraq noyabrın 11-də Yerevanda keçirilən mətbuat konfransının əsas müzakirə mövzusu olub.

Lavrovun bildirib ki, Moskva bu məsələ ilə bağlı tezliklə memorandum imzalamaq ümidindədir.

Hələ Rusiya xarici işlər nazirinin səfərindən əvvəl onun Ermənistan tərəfi ilə KTMT hərbi bloku və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi haqda məlumat verilmişdi. Hər iki qurum Rusiyanın liderliyi altında fəaliyyət göstərir, Ermənistan hər ikisinə cəlb olunub və hər ikisi ilə bağlı Rusiyaya həlli edilməsi tələb olunan sualı var.

Amma bu haqda danışıqlar bitəndən sonra Sergey Lavrovun ermənistanlı həmkarı Zohrab Mnatsakanyanlaə birgə keçirdikləri mətbuat konfransında heç bir şey deyilməyib.

Söhbətin hansı bioloji laboratoriyalardan getdiyi və bunun Moskva üçün niyə belə vacib olduği haqda bütün təfərrüatlar.

Sergey Lavrov, bioloji laboratoriyalar, ABŞ, Pentaqon, Qarabağğ münaqişəsi, öz müqəddəratını təyin etmə, ərazi bütövlüyü, Türkiyə

ABŞ-ın maliyyəsi ilə Ermənistan laboratoriyaları

2008-ci ildən Pentaqon Ermənistanda ona yaxın bioloji laboratoriya yaradıb. Onlar Amerikanın müdafiə məqsədli “Müştərək iştirakla bioloji proqramı” üzrə işləyirlər. Bu laboratoriyalar Ermənistanın mülkiyyətidir.

Bu cür ABŞ-ın maliyyəsi ilə yaradılan modernləşdirilmiş bioloji laboratoriyalar Gürcüstanda, Ermənistanda, Ukraynada, Qazaxıstan, Özbəkistanda və Azərbaycanda mövcuddur. Orada bioloji tədqiqatlar aparılır, viruslar öyrənilir.

Ermənistan hakimiyyəti bildirir ki, bioloji laboratoriyalar yalnız tibbi məqsədlərlə istifadə olunur.

17 ölkədən olan mütəxəssislər Tbilisinin Luqar laboratoriyasında olub. Onların rəyində nə yazılıb?

Daha əvvəl Ermənistanın baş naziri də tərəflərin memorandum üzərində işlədiyini təsdiqləyib:

“Bu sənədin əsas məqsədi tərəflərin maraqlarını təmin etməkdir ki, heç kimin, bizim heç bir tərəfdaşımızın laboratoriyalarla bağlı qorxularına yer qalmasın”.

Baş nazir bildirib ki, 2018-ci ildə onun şəxsi sərəncamı ilə rusiyalı mütəxəssislər bioloji laboratoriyaya buraxılıb. Onlara bu müəssisələrin Rusiya üçün heç bir təhlükə kəsb etmədiyinə əmin olmaq imkanı yaradılıb.

“Düşünürəm ki, rusiyalı həmkarlarımız buna əmin olublar”, – Nikol Paşinyan “Kommersant” qəzetinə müsahibəsində bildirib.

Elə həmin 2018-ci ildə Gürcüstanda yerləşən bioloji laboratoriyanın fəaliyyəti ilə bağlı qalmaqal yaranıb.

O zaman Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Qiorqadze bildirmişdi ki, Luqar laboratoriyasında insanlar üzərində təhlükəli təcrübələr həyata keçirilir.

Ötən ilin noyabrında Tbilisidə yerləşən Riçard Luqar adına İctimai Tədqiqat Səhiyyə Mərkəzi 17 ölkədən olan iyirmidən çox mütəxəssisi qəbul edib. “Turun” məqsədi Rusiyanın bioloji silah istehsalında ittiham etdiyi laboratoriyada nələrin baş verdiyini aydınlaşdırmaq olub.

Yekdilliklə qəbul edilən rəydə qeyd olunub ki, laboratoriya işinin şəffaflığını təmin edir və onun bütün fəaliyyəti müxtəlif xəstəliklərin qarşısının alınması ilə əlaqədardır.

Rusiyanın maraqları və Ermənistandakı biolaboratoriyalar

Mətbuat konfransında Rusiya XİN rəhbəri Moskva və Yerevanın bioloji təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.

Bu kontekstdə o, bioloji silahın hazırlanmasını qadağan edən konvensiyanın mövcudluğunu da xatırladıb və bildirib ki, ABŞ qəti şəkildə bu konvensiyaya etiraz edir, dünyanın hər yerində ikitərəfli əsasda özünə tabe olan laboratoriyalar yaratmağa çalışır.

Lavrovun bu bəyanatından belə nəticəyə gəliblər ki, Rusiya həmin laboratoriyaların Ermənistanda mövcud olduğunu güman edir.

Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Rusiya ilə memorandumun imzalanmasımnın mümkünlüyünü şərh edib:

“Sənəd bizə bioloji təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlıq potensialımızı səfərbər etməyə imkan verəcək. Məsələ birinci növbədə bizim bioloji təhlükəsizliyinizdən ibarətdir”.

Memorandumun nə zaman imzalana biləcəyi haqda isə heç nə deyilməyib.

Qarabağ münaqişəsinin nizamlanması haqda

Rusiyalı nazirin səfəri zamanı regional təhlükəsizlik və Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı haqda görüşdən əvvəl məlumat verilmişdi.

Ermənistanlı jurnalistlər Ermənistanın baş nazirinin israr etdiyi kimi Qarabağ tərəfinin danışıqlar masasına qaytarılması və sülh prosesinə cəlb olunmasına Rusiyanın necə münasibət bəslədiyi ilə maraqlanıblar.

Lavrov bununla bağlı bildirib ki, ilkin mərhələdə Qarabağ tərəfi danışıqlar prosesində təmsil olunub və 90-cı illərin əvvəllərində hərbi əməliyyatların dayandırılması haqda razılaşmanın iştirakçısı olub. Amma “əvvəlki prezidentlərdən biri Qarabağın maraqlarını Yerevanın təmsil edəcəyi haqda qərar qəbul etdi”. Amma nazirin sözlərinə görə, elə indi də Dağlıq Qarabağ əhalisinin fikri nəzərə alınmadan münaqişənin nizamlanması mümkün deyil:

“Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqının, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılaşmanı rəsmiləşdirmək mümkün olmayacaq, Ermənistan sadəcə bu sənədi imzalamayacaq. Biz bax bundan çıxış edirik.

Biz ATƏT-in Minsk Qrupunun iştirakçısı kimi prosesi irəliyə apara, yalnız ümumi razılıq məcrasında getməsinə nail olmağa çalışa bilərik… Yekun razılaşmalar həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycanın maraqlarını nəzərə almalıdır”.

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması haqda

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələsinə toxunduğu zaman Lavrov bildirib:

“Biz Ermənistn və Türkiyə arasında bütün problemlərin öhdəsindən gəlinməsi üçün hər dəstəyi göstəririk. Biz Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün öz imkanllarımızdan istifadə etməyə hazırıq, amma bunun üçün hər iki tərəfin bunda maraqlı olması lazımdır”.

Sergey Lavrov hesab edir ki, “kiminsə bu ölkələr arasında müharibə başladacağını güman etmək üçün heç bir əsas” yoxdur:

“İstənilən halda, bizim bütün siyasətimiz burada sülhün bərqərar olmasına, birgə yaşamın mümkünlüyünə və qarşılıqlı sərfəli əməkdaşlığa istiqamətlənib”.


More on JAMnews