DİN avtomobil qəzalarının statistikasını açıqlayıb " />

Ötən il Gürcüstanın yollarında 329 nəfər həlak olub

DİN avtomobil qəzalarının statistikasını açıqlayıb

Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, 2018-ci ildə 3071 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb ki, bunların nəticəsində 329 nəfər həlak olub. Bu, 2017-ci ildə olduğundan 2 faiz yüksəkdir.

Gürcüstanda avtomobil qəzalarının statistikası narahatlıq doğurur, lakin onların sayı ildən ilə artır.

Müqayisə üçün: 2017-ci ildə 2626 YNH qeydə alınıb ki, bunların nəticəsində 322 nəfər həlak olub.

Yol-nəqliyyat hadisələrinin sayına görə Gürcüstan Avropada aparıcı yerlərdən birini tutur. Vəziyyətin yaxşılaşdırılması üçün mütəxəssislər sərt tənzimləyici tədbirlərin görülməsini tələb edirlər.

Qəzalara ən çox səbəb olan amillərin siyahısı:

•  sürət həddini aşma

• xətalı manevr – “dönmə işıqları”nı işə salmadan bir zolaqdan digərinə keçmə, bütöv xəttin pozulması, qadağan edilən yerdə ötmə

•  sərxoş halda idarəetmə

•  piyadalar tərəfindən təhlükəsizlik qaydalarının pozulması

•  avtomobilin texniki nasazlığı

       • qaydasında olmayan yol infrastrukturu

DİN-in hesabatında deyilir ki, ötən il YNH-də yaşı 16-ya qədər olan 21 uşaq həlak olub. Gürcüstanda maşınların salonunda xüsusi uşaq oturacaqlarının olması məcburi deyil və bu, mütəxəssislərin fikrincə, avtomobil qəzalarında uşaq ölümünün artmasına gətirib çıxarır.

REUTERS/Romeo Ranoco

 

Facebook Comments

More on JAMnews