Döyüşün bütün detalları və Cənubi Osetiya və Şimali Osetiya-Alaniyada döyüşü necə izləyirdilər " />

Osetiyalı boksçu Murat Qassiyev mütləq dünya çempionu titulu uğrunda döyüşü uduzdu

Döyüşün bütün detalları və Cənubi Osetiya və Şimali Osetiya-Alaniyada döyüşü necə izləyirdilər

21 iyulda Moskvada “Olimpiyski” kompleksində baş tutan boks üzrə mütləq dünya çempionu döyüşü Cənubi Osetiya və Şimali Osetiya-Alaniyada (Rusiya Federasiyası) ən böyük hadisə oldu. Səbəb burada pərəstişkarları çox olan, Vladikavkazda anadan olmuş 25 yaşlı boksçunun titul uğrunda mübarizə aparması idi.  

Amma qələbə Qassiyevin rəqibi ukraynalı Aleksandr Usikə qismət oldu. O, mütləq dünya çempionu olmaqla özündə dörd titul cəmləşdirdi -Ümumdünya boks ittifaqı, (WBC), Ümumdünya boks təşkilatı (WBO), Ümumdünya boks assosiasiyası və beynəlxalq boks fedarasiyasının versiyası ilə.

O həm də hörmətli beynəlxaq nəşriyyat olan “The Ring”in prestijli mükafatı Məhəmməd Əli kubokunun da sahibi oldu.

O

n minlərlə, bəlkə də yüzminlərlə insan Qassiyevə azarkeşlik edirdi. Vladiqafqazda, Azadlıq Meydanında böyük ekran quraşdırılmışdı və insanlar döyüşə meydandan baxırdı. Cənubi Osetiyada ilk olaraq səma altında qədim yaşayış məskəni olan Qaliatda, onun yüksək qüllələri fonunda fanzona yaratmaq fikri yaranmışdı. Döyüş gecə saatlarında olmalıydı və insanların qaranlıqda və daş uçqunu təhlükəsi olan yolda hərəkət etməli olması bu fikirdən daşındırdı.

Qassiyev və Usik qarşıdurması tək osetinlər üçün deyil, bütün boks dünyası üçün ən gözlənilən hadisələrdən biri idi.

Hər iki boksçu peşəkar rinqdə məğlub olmamışdılar. Murat Qassiyev peşəkar karyerasına 17 yaşında başlayıb, onun hesabında 19-u nakautla olan 26 qələbə var. O məhşur məşqçi Abel Sançezlə çoxdan işləyir. Onun döyüşə hazırlıq vaxtının əksəriyyəti, ondan qabaqkı döyüşlər kimi Sançezin ABŞ-da, Kaliforniya dağlarındakı Big Bear məşq mərkəzində keçib. Yerli jurnalistlər hazırlıq vaxtı onun solaxay Usikə uyğunlaşması üçün əsasən solaxay sparinq ilə məşq etdiyini yazırdı.

Aleksandr Usik bu final döyüşü öncəsi 14 peşəkar döyüş keçirib, onların on birində rəqibini nakauta göndərib.

Öncə ağır çəki üzrə Ümumdünya boks super seriyasının finalı mayın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilməli idi. Amma Rusiya mediyasının yazdığına görə, təşkilatçıların çətinlikləri yarandı və daha əvvəl Moskvanı təklif edən Qassiyevin menecerləri döyüşün orada keçirilməsinə nail oldular.

Sonra Usikin ukraynalı menecerləri Moskvada onların təhlükəsizliklərinin təşkilindən narazı olduqlarından çətinliklər yarandı  və onlar döyüşü ləğv edə biləcəklərini deyirdilər.

Amma hər şey qaydasına qoyuldu və döyüş baş tutdu.

Qalib Aleksandr Usik mükafat olaraq dörd milyon dollar alacaq.

Məğlub Murat Qassiyev iki milyon dollar.

Döyüşdən sonra Usik Qassiyevi “igid və özünün ən güclü rəqibi” adlandırdı.

Qassiyev Usiki öz peşəkar karyerasında ən güclü rəqibi adlandırdı:

 

Döyüşdən sonrakı müsahibəsində Murat Qassiyev ilk olaraq doğma Vladiqafqaza gedəcəyini bildirib.

“Ailəm və dostlarımla görüşəcəm. Rusiya irəli! Biz hələ geri dönəcəyik, indikindən daha güclü”, – Qassiyev deyib.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews