Alla Kokionun musiqi festivalı. Nadir konsertdən iki klip" />

Osetin oğlanlar Pyasollanı ifa edirlər

Alla Kokionun musiqi festivalı. Nadir konsertdən iki klip

Alla Kokion Cənubi Osetiyada tanınmış brenddir. O, osetin və yapon dillərində oxuyur. Deyir ki, ispan dilini hələ uşaqlığından sevir, amma dili öyrənməyə artıq böyüyəndən sonra başlayıb. Özünün ilk mahnısını osetin deyil, ispan dilində, Qarsiya Lorkanın sözlərinə bəstələyib. 

Bununla belə, əksər mahnıları osetin şairi Teymuraz Xacetin sözlərinə bəstələnib.

Alla Kokion artıq dördüncü ildir ki, bağda konsertlər təşkil edir, amma ilk dəfə idi ki, festival təşkil etmək alındı.

Şimali Osetiya-Alaniya və Cənubi Osetiyadan gənc və o qədər də məşhur olmayan ifaçılar, həm də beynəlxalq müsabiqələr laureatı, skripkaçı Qriqori Tadtayev (“Clever-kvartet) çıxış etdilər. Festivala Mədəniyyət və Gəclərlə İş Nazirliyi dəstək verdi.

Düzdür, yağış yağdı. Amma konserti dayandırmadılar – onu yaxınlıqda yerləşən xoreoqrafiya zalında keçirdilər.

Əvvəlcədən Alla Kokion akkordeonda ifa etməyi öyrənirdi, amma həmişə gitaranı sevib. Elə onunla da qalıb. İndi həm də tütəkdə ifa etməyi öyrənir.

Arzusu 12 simli arfada, milli osetin alətində ifa etməkdir. Bəlkə nə vaxtsa onun belə arfası olacaq.

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc olunub 01.08.2016


More on JAMnews