Həm Sxinval, həm də Tbilisidəki hüquq müdafiəçiləri Cənubi Osetiyada Tamara Mearakişviliyə təzyiqləri qanunsuz sayır " />

Onun haqqında səhv adamlar danışırdılar

Həm Sxinval, həm də Tbilisidəki hüquq müdafiəçiləri Cənubi Osetiyada Tamara Mearakişviliyə təzyiqləri qanunsuz sayır

Cənubi Osetiyada ictimai fəal Tamara Mearakişvili ətrafında qalmaqal inkişaf etməkdədir.

İctimai fəal Tamara Mearakişvili Cənubi Osetiyada yaşayır və son zamanlarda onu artıq bir neçə dəfə saxlayıb və dindiriblər. Son insident avqustun 16-da baş verib. Onu Leninqor şəhərində [bu, osetin versiyasıdır, gürcü versiyasında şəhər Axalqori adlanır] düz evinin yanında saxlayıblar. Tamaranı milis bölməsinə aparıblar, halbuki ona saxlanma barədə sənəd təqdim edilməmişdi. Həmin gün evində axtarış aparılıb, ailə üzvlərinə isə bildiriblər ki, “ekstremist ədəbiyyatı” axtarırlar.

Tamaranı elə həmin gün buraxdılar, amma elə səhəri gün də yenidən dindirməyə çağırdılar.

Tamara Mearakaşvili nədə ittiham olunur?

 

Leninqor rayonunun rəsmi prokurorluğu ictimai fəal Tamara Mearakişvilini özünün “Exo Kavkaza” onlayn portalındakı dərclərində “Vahid Osetiya” partiyasının üzvü Spartak Dryayevə qarşı böhtan atmaqda günahlandırır.

 

 

Tamaranı bu faktla bağlı ona qarşı cinayət işinin açılması haqda rəsmi qərarla tanış ediblər. Halbuki böhtanın konkret olaraq nədən ibarət olduğu tam aydın deyil, qərarda da bu, izah edilmir. “Exo Kavkaza” yazır ki, Spartak Dryayevin adı ümumiyyətlə efirdə çəkilməyib.  

Bundan əlavə, Cənubi Osetiya qanunvericiliyinə görə, böhtan atmaqda ittiham cinayət deyil, inzibati işin açılmasına səbəb ola bilər.

 

Sxinvalda jurnalistlər və hüquq müdafiəçilərinin şərhləri   

 

“İr” media mərkəzinin direktoru İrina Qaqloyevanın “Exo Kavkaza” portalına müsahibəsində:

“Bütün bunlar təbii ki, təəccüb doğurur. Tam aydındır ki, onu həbs edənlər Mearakişvilinin tanınmış fiqur olduğunu, bizdə də, orada da [Tbilisidə] müəyyən təşkilatların buna reaksiya verəcəyini bilirdilər. Yəni belə bir hiss varıydı ki, bu, qəsdən edilib. Bunu niyə belə səs-küylü etdilər və niyə bu hadisənin deyək ki, sosial şəbəkələrdə necə rezonans yaratdığını görən rəsmi orqanlar tərəfindən heç bir şərh verilmir?… Bizdə insanı sadəcə müdafiə edən institutlar yoxdur. Düşünürəm ki, əvvəllər də olan hüquq özbaşınalığı davam edir, heç nə dəyişmir. Demokratik dövlətdə isə insan hüquqi mənada qorunmalıdır”.

 

“Demokratiya və insan haqlarının müdafiəsi naminə Cənubi Osetiya qadınları assosiasiyası” qeyri-hökumət təşkilatının keçmiş sədri Lira Kozayeva “Exo Kavkaza” portalına müsahibəsində:

“Onlar bir şeyi nəzərə almadılar ki, bizi illər boyu o qədər aşağılayıblar və illərdir bizi o qədər qorxudublar ki, bundan artıq aşağılamağa daha yer yoxdur, qorxudulası adam da qalmayıb. Söhbət məhz Tamaranı müdafiə etməkdən getmir, söhbət vətəndaş cəmiyyətinin başına gələnlərdən gedir. Mən çox rahat təsəvvür edirəm sabah onların mənim evimin qapısını döyüb, içəri girərək, istənilən kağızı mənə uzatmaqlarını, axı onlar çoxdandır ki, hər şeyin yiyəsidirlər”.

Jurnalist Zarina Sanakoyeva özünün “Facebook” səhifəsində yazıb:  

“İttihamın irəli sürülməsi və ya sadəcə izahat – bizimkilər üçün bu, artıq böyük şeydir. Heç bir izahat verilmir. Amma bu zaman artıq qonşu dövlətin rəsmi şəxslərindən bəyanatlar gəlir. Bizim səfehlər isə susur, sonra da Tamaraya qarşı bundan da istifadə edəcəklər, deyəcəklər ki, onun haqqında səhv adamlar danışıb”.

Tbilisidəki hüquq müdafiəçilərinin şərhləri

Gürcüstanın münaqişə zonalarında yaşayan şəxslərin hüquqları üzrə xalq müvəkkilinin müşaviri Medeya Turaşvili JAMnews-a müsahibəsində:

 

“Tamara çox fəal insandır. Axalqori işğal olunandan sonra Tamara orada qalmaq qərarını verir. Onun qaçqın statusu yoxdur, o Axalqoridə  məhz daimi yaşayır və oradakı vəziyyət haqqında ucadan danışır. Yerli Gənclər evinin direktoru olub, amma işdən azad edilib. Sonra da ona problemlər yaratmağa başladılar.

Bu, əsasən, onun mediada Axalqorinin problemləri haqda danışması ilə bağlıdır. Sxinvaldan baxanda bu necə görünür? Onların əyalətində tənha gürcü qadını hakimiyyəti tənqid edir.

Mearakaşvili Gürcüstandan vəkil tələb edib və bir çox hüquq təşkilatları onu pulsuz müdafiə etməyə hazırıydılar. Amma onları ora buraxmırlar. Tamara Mearakaşvili dostlarının köməyilə yerli, o cümlədən də Vladiqafqazdan özünə vəkil tapa bilib. Vəkilin peşəkarlığından razı olduğunu deyir”.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews