Onlar küçədə öpüşürdülər, Sxinvalda isə belə şeyləri xoşlamırlar" />

Onu durmadan öpürdü

Onlar küçədə öpüşürdülər, Sxinvalda isə belə şeyləri xoşlamırlar

JAMnews Sxinval küçələrində kiçik sorğu keçirdi. 19 adamı yolda saxlayıb “Küçədə öpüşmək ədəblidirmi? deyə soruşdular. Yalnız bir nəfər “Hə dedi. Qalanlar isə yaman qəzəbləndilər.

Video-sorğu haqda bir neçə şərh.

– ‘Küçələrdə dodaq-dodağa öpüşmək yolverilməzdir. Bizdə bu adət deyil və bizim şəhərdə belə şeylər heç vaxt olmur’.

– ‘Mən kiminsə yolda öpüşdüyünü görəndə özümü təhqir olunmuş sayıram. İstəmirəm ki, uşağım bunu görsün’.

– ‘Bəlkə bu, haralardasa normal bir haldır… hansısa şəhərlərdə. Mən ilk dəfə cütlüyün Moskvanın mərkəzində öpüşdüyünü görəndə… bu mənim üçün pornofilm kimi bir şey idi’.

– ‘Mən hətta Rusiyada da olsaydım – bilirəm ki, orada küçələrdə öpüşürlər – mən elə tərbiyə almışam ki, özüm heç vaxt öpüşməzdim’.

– ‘Osetin üçün bu, əsl mədəniyyətsizlikdir, çünki Osetiya bir az fərqli ölkədir, ona görə’

– ‘Ədəbsizlikdir. Qafqazda həmişə ədəb-ərkana dəyər verilib, ona görə’

– ‘Bu ona görə məhrəmlik adlanır ki, ancaq iki insana – qadına və kişiyə aiddir. Onda deyək ki, niyə küçələrdə nəsil artımı ilə məşğul olmayaq ki’.

– ‘Küçədə dodaq-dodağa öpüşməyi mən normal sayıram. Tələbəliyim Rusiyada keçib… böyük hissəsi. Və orada öyrəndiyimi özümlə Osetiyaya gətirdim Rusiyada yaxşı olan hər şeyi’.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 08.04.2016


More on JAMnews