Abxaziyada yol qəzalarının sayı faciəli şəkildə artır – problem eyni zamanda cəmiyyətin mentalitetindədir" />

Onlar ölmək niyyətindədir

Abxaziyada yol qəzalarının sayı faciəli şəkildə artır – problem eyni zamanda cəmiyyətin mentalitetindədir

Yollarda qəzaların sayı Abxaziyada ən əsas problemlərdən birinə çevrilir. 2016-cı ilin 10 ayı ərzində 66 insan ölüb, bu da balaca respublika üçün dəhşətli bir rəqəmdir.  

Sosial şəbəkələrdə onların faciəvi artımının iki səbəbini göstərirlər: yüksək vəzifəli məmurların və övladlarının yollarda azğın davranışı və mentalitet: yol hərəkəti qaydalarına riayət edilməməsi yerli sakinlər üçün qürur predmetidir.

Ötən həftənin statistikası:

  • Oktyabrın 23-də, bazar günü Suxumun mərkəzində iki maşının bir-biriylə toqquşması nəticəsində cavan oğlan və qız və yeddi aylıq körpə ölüb, daha bir qadın hələ də xəstəxanada ağır vəziyyətdədir; sonra da şəhərin başqa yerində sürücü dirəyə dəyib. 
  • Növbəti gün, bazar ertəsi üç bədbəxt hadisə baş verib – Müsser sanatoriyasına aparan yolda, Suxumda Eşba küçəsində və İnqur-Psou yolunda, Kındıq kəndi ərazisində. Bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
  • Növbəti dörd gün ərzində Abxaziyada daha 5 yol nəqliyyat hadisəsi baş verib. 

“Əminliklə böyük sistem böhranının olduğunu demək olar… qurbanların sayı hərbi xəbərlərdəki qədərdir… Mənə elə gəlir biz elə bir həddə çatmışıq ki, seçim etmək lazımdır: ya biz dövlət kimi yaşayırıq, ya da etiraf edirik ki, cəmiyyətin orta əsr quruluş formasına üstünlük veririk. Burada da yollarda qətllər törətmək indulqensiyası və haqqı, kadrların  nəsil-tayfa mənsubiyyəti üzrə seçimi, korrupsiya, feodal parçalanma və qəbilə davası mümkündür, – jurnalist İbrahim Çkadua “Facebookda yazır.

Abxaziya prezidenti Raul Xadjimba son zamanlar sayı artan qəzalarla bağlı təcili müşavirə çağıraraq, bildirib ki, “bütün məmurlar və rəhbərlərə qarşı, tutduğu vəzifədən asılı olmayaraq, onlar və ya onların övladları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına yol verildiyi hallarda sərt tədbirlər görüləcək.  

O cümlədən də o dedi ki, qəzada günahkar məmur oğlu olacaqsa həmin məmur dərhal işindən azad olunacaq.

Xadjimba söz verdi ki, hər bir halla bağlı açıq istintaq keçiriləcək və pozuntulara yol verən hər kəsin adı mediada veriləcək.

“Heç kimə rəhm edilməyəcək, – prezident xəbərdar etdi.

Bir neçə ay bundan əvvəl Abxaziyada yollarda pozuntuların video-kameralar vasitəsiylə qeydə alınması sistemi testdən keçirilməyə başlandı, hakimiyyət söz verir ki, 2017-ci ildə bu sistem tam şəkildə işə salınacaq.

Həm də ictimai hərəkat yaradılıb, bu hərəkatın fəalları aksiyalar vasitəsiylə yerli sürücülərin mentalitetinə təsir etməyə çalışırlar. Onlar “Öldürmə. Özün də yaşa, “Sürətini azalt kimi yazılar hazırlayıb, onları avtomobil sahiblərinə paylayırlar. 

Jurnalist Anton Krivenyuk isə hesab edir ki, milisin mediada dərc olunan əyani materialları, fəallıq və sosial reklam mənasızdır. Onun fikrincə, qəza törədənlərin böyük hissəsi 1990-cı illərdə doğulan adamlardır.

“İstintaq materiallarından görünür ki, yollarda qatillərin və öz həyatlarına qəsd edənlərin dörddə üç hissəsi 1992-1995-ci illərdə doğulan adamlardır… Bizim itirilən nəslimiz var. Bu dövrdə doğulan uşaqların böyük hissəsi tənəzzül, mədəniyyətin cəmiyyətin həyatını tərk etməsinin qurbanlarıdır. Onlar heç nəyin daşıyıcısı deyillər. Onlar ancaq sağlıq leksikasını qura bilirlər. Bu, heç bir təhsili, əksər vaxtlarda da mədəniyyəti olmayan insanlardır.  Onlar oxumağı bacarmır, heç bir dili normal səviyyədə bilmirlər, onlar bizimlə eyni sosial məkanda yaşamırlar. Onlar ümumiyyətlə yaşamırlar. Onlar ölməyə hazırlaşır. Buna hansının necə nail olacağını biz bilmirik”, – Krivenyuk deyir.

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 2.11.2016


More on JAMnews