FHN hamıya xəbərdarlıq edir ki, ehtiyatlı olmaq lazımdır " />

Noyabrda Azərbaycanda 45 nəfərdən çox adam dəm qazından zəhərlənib. Heç kim ölməyib

FHN hamıya xəbərdarlıq edir ki, ehtiyatlı olmaq lazımdır

2019-cu ilin noyabr ayında Azərbaycanın ən azı 45 sakini dəm qazından zəhərlənib. Onların arasında uşaqlar da var. Heç kim ölməyib.

Soyuqlar düşən zaman Azərbaycanda ilbəil belə hadisələr mütəmadi olaraq baş verir.

• Kərpic, pişik və digər üsullar: Bakıda mənzili necə isitməli?

• Yerevandakı qəzalı binaların sakinlərinin gedəsi yeri və gözləyəcəyi bir şey yoxdur

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbərdarlıq edir ki, çox ehtiyatlı olmaq və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.

Dəm qazı nədir

Dəm qazı üzvi yanacağın natamam yanması nəticəsində yaranan zəhərli qazdır. O, insan üçün son dərəcə təhlükəlidir və güclü zəhərlənməyə, hətta ölümə səbəb ola bilər.

Azərbaycanda zəhərlənmələr niyə baş verir

Azərbaycandakı əksər evlərdə və mənzillərdə mərkəzləşdirilmiş isti su təchizatı yoxdur. Suyu əsasən vanna otağında, yaxud mətbəxdə quraşdırılmış qaz qızdırıcılarının köməyi ilə qızdırırlar.

Qaz qızdırıcılarının köməyi ilə bir çox hallarda mənzillər də qızdırılır.

Qızdırıcılar nasazdırsa, yaxud normal ventiyasiya yoxdursa, dəm qazı mənzilə daxil olur.

Fövqəladə Hallar Nazirliyi müntəzəm olaraq evlərdəki qaz qızdırıcılarının vəziyyətini yoxlayır və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir. Lakin bir tərəfdən, müfəttişlər bəzən işə o qədər də can yandırmır, digər tərəfdən isə, bəzi mənzil sahibləri onların məsləhətlərinə məhəl qoymur. Belə ki, misal üçün, vanna otağının normal ventilyasiyasını təmin etmək məqsədilə bəzən onun qapısında dəliklər açılmalıdır, əksər insanlar isə bunu etmək istəmir.

Dəm qazı ilə zəhərlənmənin əsas əlamətləri:  

  • baş ağrısı,
  • başgicəllənmə,
  • ürəyin sürətlə döyünməsi,
  • ürəkbulanma/qusma
  • şüurun qaralması və ya bayılma. 

Əsas ehtiyat tədbirləri: 

  • qaz qızdırıcılarının, həmçinin odun sobalarının və kaminlərin saz vəziyyətdə olub-olmamasının yoxlanılması;
  • qızdırıcı cihazların nəzarətsiz buraxılmaması;
  • qızdırıcının olduğu yerdə ventilyasiyanın nəzarətdə saxlanılması;
  • tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməsi.

Zəhərlənmə baş verərsə, zərərçəkmiş dərhal təmiz havaya çıxarılmalı və təcili tibbi yardıma zəng edilməlidir.


More on JAMnews