Amerikanın altı ştatında son zamanlar abort hüququnu kəskin məhdudlaşdıran qanunlar qəbul edilib " />

Niyə ABŞ-da qadınlar abort hüquqlarını müdafiə etməyə məcburdur?

Amerikanın altı ştatında son zamanlar abort hüququnu kəskin məhdudlaşdıran qanunlar qəbul edilib

Amerikadakı mühafizəkarlar çoxdan abortun qadağan edilməsini istəyirlər. Son zamanlar onlar təzyiqi gücləndirib və nəticədə bir neçə ştatda qadınların abort hüququnu bu əməliyyatı tamamən qadağan etməyə qədər məhdudlaşdıran qanunlar qəbul edilib – The Washington Post nəşrinin materialında deyilir.

 

Çoxdankı mübahisə 

İki ştat – Alabama və Missisipi bu məsələdə lider olub. Birində qanunvericilər 2 həftədən yuxarı hamiləlik zamanı abort qadağan edilib, digərində isə qanunsuz abort cinayət elan olunub (həkimlər məsuliyyətə cəlb olunacaq).

Amma bu qanunların qüvvəyə minmək şansı çox azdır. Keçmişdə bu cür cəhdlər dəfələrlə edilib. Hər dəfə abort hüququnun tərəfdarları məhkəməyə müraciət edib və qələbə qazanıblar, çünki bir dəfə Ali Məhkəmə artıq bu məsələyə baxıb və qadınların abort hüququnun xeyrinə qərar çıxarıb.

Abortun əleyhinə olanlar nəyə ümid edir?

Amma son zamanlar ABŞ Ali Məhkəməsinin tərkibi dəyişib. Hakimlərdən biri vəfat edib, başqa biri təyin olunub (bu prezidentin səlahiyyətindədir) və nəticədə hazırda ölkənin ali məhkəmə orqanının tərkibində abort hüququnun əleyhdarları çoxluqdadır.

İndi mühafizəkarlar məsələni Ali Məhkəməyə qədər aparmaq və orada qələbə qazanmaq istəyirlər.

Müqavimət

ABŞ-da abort hüququnun əleyhdarlarının sayı çoxdur və onlar ən çox cənub ştatlarında nüfuzludurlar. Çoxluğu elektoratı mühafizəkarlardan ibarət olan  respublikaçıların təşkil etdiyi Amerika Senatının tərkibində də onların sayı az deyil.

Amma abortları məhdudlaşdırmaq və ya tamam qadağan etmək cəhdləri Amerika cəmiyyətində, xüsusən də həkimlərdə kəskin reaksiya doğurur. Qadağaya qarşı nümayişlərə minlərlə fəal toplaşır.

Bu yaxınlarda Ali Məhkəmənin qarşısında baş tutan mitinqdə ABŞ prezidentliyinə namizədliyini irəli sürən senator Kirsten Cillibrand bəyan edib ki, abortların əleyhinə olanlar “qadınlara müharibə elan ediblər”.

Facebook Comments

More on JAMnews